13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Ukraynada sərnişinlərlə dolu avtobusu girov götürmüş cinayətkar tutuldu - YENİLƏNİB + FOTO/VİDEO

Bu dəqiqələrdə xüsusi təyinatlılar Lutskın mərkəzində terrorçunun girov götürdüyü avtobusa hücum ediblər. 
Cinayətkar tutulub.
[video=]
21:57
Ukraynanın Volın vilayətinin Lutsk şəhərində silahlı şəxs sərnişin avtobusunun içində 20 nəfəri girov saxlamaqda davam edir. Həmin şəxsin hədələdiyi kimi partlayıcı qurğunu işə salmasının qarşısını almaq məqsədilə şəhərdə radio əlaqə kəsilib. 
Partlayıcı qurğulardan artıq biri tapılıb və zərərsizləşdirilib. 
Girovlardan birinin yaralandığı deyilir. Bu barədə terrorçu özü məlumat verib. O qeyd edib ki, girovların vəziyyəti yaxşı deyil, aralarında hamilə qadın və uşaq da var.
Ukraynanın Daxili işlər naziri bildirib ki, avtobusdan üç girov çıxarılıb. Bu, ölkə prezidenti Zelenskinin həmin silahlı şəxslə telefonla danışığından sonra mümkün olub.
13:42
Xəbər verdiyimiz kimi, səhər saatlarında Ukraynanın Volın vilayətinin Lutsk şəhərində silahlı şəxs sərnişin avtobusunda 20 nəfəri girov götürüb.
Ukraynanın Daxili İşlər naziri vəzifəsini icra edən Anton Geraşenko “Facebook” hesabında məsələyə aydınlıq gətirib. O, eyni zamanda, cinayətkarın kimliyini də açıqlayıb:
“Lutskda sərnişin avtobusu girov götürülüb. Orada təxminən 20 insan var. Cinayətkar silahlı olduğunu və avtobusun minalandığını bildirib. Hüquq-mühafizə orqanları bu hadisənin əsirlərin xilas edilməsi ilə nəticələnməsi üçün əllərindən gələni edirlər. Əsirləri götürən şəxslə dialoqun aparılması prioritet təşkil edir. Həmin şəxs 9:25-də polisə zəng edərək, özünü Maksim Ploxoy kimi təqdim edib.
İnternetdə Maksim Ploxoy imzası ilə müəllifin həbs yerlərində olmasının təsviri və həyata baxışını əks etdirən “Cinayətkarın Fəlsəfəsi” kitabı var.
Kitabdan bir hissə:
“Məni 15 ildir düzəltməyə çalışırlar, amma mən düzəlməmişəm, əksinə, daha çox özüm olmuşam. Niyə? Çünki öz öhdəmdən gəlirəm və buna görə başqaları tərəfindən düzəldilmirəm. Çünki özümü qorxuya satmıram. Məni öldürə bilərsiniz, amma düzəldə bilməzsiniz. Mən hər zaman özüm oluram. Edə bilməyəcəyim bircə şey var - cinayətkar olmamaq...”.
***
12:28
Ukraynanın Volın vilayətinin Lutsk şəhərində silahlı şəxs sərnişin avtobusundakı insanları girov götürüb.
Vesti.ru xəbər verir ki, avtobusda 20 sərnişin var. O, əlində olan partlayıcı vasitə ilə əsirlərini öldürməklə hədələyir.
Polis və xüsusi təyinatlılar avtobusu mühasirəyə alıblar. İlkin məlumata görə, həmin şəxsin avtomat silahı və bir neçə əl qumbarası var. Onun hansı tələbləri irəli sürməsi barədə məlumat verilmir. Silahlının insanları vurmaq və şəhərin digər tərəfində partlayış törətməklə hədələdiyi məlumdur. Şahidlərin sözlərinə görə, atəş səsləri eşidilir.
[video=]


Tarix: 21-07-2020, 22:26


Bölməyə aid digər xəbərlər