15:14 / 03-12-2024
Xəyyam Əhmədli dəfn olundu
10:16 / 03-12-2024
Neftimiz ucuzlaşdı
18:26 / 02-12-2024
Bu ərazidə işıq olmayacaq
13:32 / 02-12-2024
Sabah leysan yağacaq
11:14 / 02-12-2024
Prezident qəbul keçirdi
09:41 / 02-12-2024
Bayden oğlunu əfv etdi
Dr. Aynur Cavadova ilə müsahibə

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekoloqu Aynur Cavadova  son illər dünyada, eləcə də ölkəmizdə daha çox müşahidə edilən sonsuzluq halları, sonsuzluğu yaradan səbəblər, sonsuzluğun səbəbləri, növləri, süni mayalanma və s. məsələlərlə bağlı QanunXəbər.com İnformasiya Agentliyinin suallarını cavablandırıb: 

Sonsuzluq nədir?
Bir il ərzində müntəzəm olaraq qorunmamış cinsi əlaqələr hamiləliklə nəticələnməyibsə, bu sonsuzluq kimi qiymətləndirilir. Müntəzəm aybaşısı olmayan və yaşı 35-dən çox olan qadınlar artıq 6 aydan sonra sonsuzluqla bağlı problemlə mütəxəssisə müraciət etməlidirlər. Həmin mütəxəssis həyatında 2 və daha artıq düşükləri olan qadınlara da kömək edə bilər.

Qadın sonsuzluğunun səbəbi nə ola bilər?

Hamiləlik baş verməkdən ötrü qadında fəal olan yumurtalıqlar, fallop boruları və uşaqlıq olmalıdır. Bunların hər hansı birinin zədələnməsi və ya funksiyalarının pozulması qadında sonsuzluğun yaranmasına səbəb ola bilər. Abortlar, xüsusən təkrarlanan abortlar çanağın iltihab xəstəliyi, o cümlədən, fallop borularının və uşaqlığın zədələnməsinə gətirə bilər. Abort və çanağın iltihab xəstəliyi sonsuzluqla yanaşı hamiləliklərin düşüklə nəticələnməsinə səbəb ola bilər.

Qadın sonsuzluğunun əlamətləri hansılardır?

Sonsuzluğun hamilə qala bilməməkdən başqa əlaməti yoxdur. Lakin riski artıran bəzi faktorlar var. Buraya həddindən artıq hündür boy və bədən kütlə indeksinin çox aşağı olmasını, anamnezdə ağır iltihabi və cinsiyyət sisteminin infeksion xəstəliklərini, qeyri-müntəzəm menstrual tsikl və ya amenoreyanı (menstruasiyanın tamamilə olmaması) aid etmək olar.
Nəzərə almaq lazımdır ki, hamiləliyin mümkün olmamasına səbəb həm qadın, həm də kişi faktoru, eləcə də bunların hər ikisi ola bilər. Ona görə də sonsuzluğa şübhə yaranrsa, qadın da, kişi də hərtərəfli müayinədən keçməlidir.

Qadın sonsuzluğunun növləri hansılardır?
1. Boru sonsuzluğu 
Boru ilə əlaqədar qadın sonsuzluğunun səbəbi cinsi hüceyrələrin daşındığı yolun bu və ya digər səbəbdən bağlanmasıdır. Çox vaxt bu bağlanma uşaqlıq borularında içdən və ya çöldən bitişmələrin əmələ gəlməsi nəticəsində olur. Bitişmələrin əmələ gəlmə səbəbləri - cinsi orqanların iltihabi xəstəlikləri, abortlar, ağır doğuşlar, travmalar, keçirilmiş ginekoloji əməliyyatlar.

2. Endokrin sonsuzluq 
Qadın sonsuzluğunun ən geniş yayılmış forması endokrin sonsuzluqdur ki, bu hormonal sistemdə baş verən pozğunluq ilə əlaqədardır. Endokrin sonsuzluq zamanı qadın orqanizmində mayalanmaya qadir yumurtahüceyrənin yetişməsi prosesi pozulur. Bu o deməkdir ki, ovulyasiya baş vermir, yetişmiş yumurtahüceyrə olmur və təbii ki, hamiləlik baş verə bilməz. Bu halda qadın orqanizmində endokrin vəzlərin funksiyasının pozulması müşahidə olunur: yumurtalıqlar, böyrəküstü vəzlər, qalxanvari vəz, hipofiz. Ən çox yayılmış endokrin sistem pozğunluğu yumurtalıqların polikistozu sindromudur. Polikistoz zamanı qadın sonsuzluğunun səbəbi androgenlərin artması nəticəsində ovulyasiyanın pozulmasıdır. Polikistoz yumurtalığın içində çox sayda kiçik sistlərin – maye ilə dolu kisəciklərin əmələ gəlməsi ilə xarakterizə olunur. Bu sistlər vaxtında yetişib yumurtalıqdan çıxa bilməyən və ölmüş yumurtahüceyrə saxlayan follikullardır.

3.İnfeksion xəstəliklər

Sonsuzluq səbəblərindən biri də infeksion xəstəliklərdir. Qızlar bəzən həyat tərzlərinə diqqət etmədikdə onlarda infeksion və ya qeyri-infeksion xəstəliklər əmələ gəlir. Bu da xroniki formaya keçəndə daxili cinsiyyət üzvlərində anotomik dəyişikliklərə səbəb olur.
Borularda keçməzlik, uşaqlığın daxili endometrium qatında patoloji hallar yaradır. Nəticədə isə bunlar normal yumurtanın mayalanması və inkişafına mane olur. Çox zaman qızlarımız məhz formada qalmaq üçün səhər yemək yemir, yağlı, heyvan mənşəli qidalardan imtina edirlər. Amma unutmaq olmaz ki, reproduktiv funksiyalara səbəb olan qadın hormonları təbii heyvan piyi və xolestoroldan əmələ gəlir. Xolestorol da kərə yağı, qoyun əti kimi qidalarda daha çox olur. Gündəlik qidada həm şəkər, həm də 

karbohidrat olmalıdır. Yağlı qidalardan qaçmaqla bədənlərində ana olmaq üçün lazım olan hormonların inkişafından uzaqlaşırlar.

İmmunoloji problemlər

Hər bir hüceyrənin HLA antigen pasportu var. Qohum nikahların artması nəticəsində qanlar o qədər qarışıb ki, hüceyrələrdə çaşqınlıq yaradır. Hüceyrələr görüşəndə onlarda HLA antigenlərində eynilik olan cütlüklərin övladı olmur. Son 5-7 ildə respublikanın aparıcı tibb müəssisələrinin hamısında bu problem asanlıqla aşkarlaya bilirik. İmmunoloji sonsuzluğun müalicəsi yoxdur, yeganə yol donor yumurta və ya toxumundan istifadə etməkdir. Çox nadir hallarda izaholunmaz sonsuzluq halları müşahidə edirik. Bu zaman cütlüklərin heç bir problem olmasa da, uşaq sahibi ola bilmirlər. Bu cütlüklər ayrılıb başqaları ilə ailə qurduqları halda uşaqları olur”
Həkimin dediyinə görə hormonal problemlərdən baş verən sonsuzluq halları ilk sıradadır: "Bizdə sonsuzluq hallarının 65-70 faizi məhz baş-beyinlə bağlıdır. Baş-beyin nə qədər yaxşı işləsə, bu zaman qalxanvari vəz, böyrəküstü vəz, mədəaltı vəz, yumurtalıqdakı vəzlərdə xüsusi hormonların ifrazına səbəb olur. İşləmədiyi halda hormon balansı pozulur. Bütün problemlər baş beyindən başlayır. 20 faiz isə daxili cinsiyyət üzvlərinin iltihabı xəstəlikləri ilə bağlıdır. 5 faiz immunoloji, qalanları isə izaholunmaz sonsuzluq hallarıdır. Əsas üstünlüyü hormonal pozuntular təşkil etdiyindən, valideynlər və qızlar öz sağlamlığına diqqət etsələr sonsuzluq problemlərini bir çox hallarda aradan qaldırmaq olar”.


Həkim, müsahibə üçün çox sağ olun.
Buyurun həmişə sağlam qalın.



 
Sonsuzluğun səbəblərini müəyyən etmək üçün hansı müayinələrdən keçmək lazımdır?

Sonsuzluğun səbəblərini müəyyən etmək üçün cütlüyün hər bir üzvü eyni vaxtda müayinədən keçməlidirlər. 

Bəs bu müayinələr hansılardır? - 

Cütülüyün hər iki üzvü cinsi yolla keçən infeksiyalara (xlamidioz, mikoplazmoz, ureplazmoz, genital herpes və həkim təyinatına görə digərləri) görə müayinə keçməlidir; əksər hallarda bu infeksiyalar cinsi üzvlərin bir sıra pozğunluqlarının əsas səbəbi olur; - Kişilər - spermanını keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etmək üçün Spermoqrammanın müayinəsindən keçməlidirlər; - Qadınlar: - qanın hormonal müayinəsi - qadın hormonal sahəsinin müxtəlif göstəricilərinin pozğunluqları əksər hallarda qadın sonsuzluğunun səbəbi olur; - USM - ultrasəs müayinəsi hamiləliyin baş tutmasına və saxlanmasına mane ola bilən xəstəliklərin aşkar edilməsi (uşaqlığın mioması, cinsi orqanların inkişaf qüsurları, uşaqlıq boşluğunda olan çapıqlar və.s.) və yumurtalıqların nə dərəcədə düzgün fəaliyyət göstərməsini (follikul yetişməsi, ovulyasiyanın olub-olmaması) müəyyən etmək üçün aparılır; - histerosalpinqoqrafiya - bü müayinə uşaqlıq boruları keçiriciliyinin müəyyən edilməsi, orda çapıqların və digər pataloji halların olub-olmamasını müəyyən etmək məqsədi ilə aparılır. Bu müayinələrdən savayı, cütlük postkoital (cinsi əlaqədən sonra) test (uşaqlıq boynu və uşaqlıq yolu seliyinin) müayinəsindən də keçməlidirlər (bu testin digər adı - Şuvarski testi). Bu test sonsuzluğun immunoloji formasını aşkar etməyə imkan verir.

Qadında sonsuzluq riskini artıran amillər hansılardır?

Qadının nəsilartırma qabiliyyətini endirən amillər:

Yaşı 35-dən çox olan qadınların təxminən üçdə birində fertillik problemləri qeyd olunur. Yaşa dolduqca qadının hamilə qalmaq ehtimalının azalması ilə yanaşı baş verən hamiləliyin düşüklə nəticələnməsi və uşağın anadangəlmə qüsurla doğulması ehtimalı da artır.

Yaşa dolduqca qadının hamilə olmaq ehtimalının azalması səbəbləri:
Onun yumurtalıqlarında yumurta hüceyrələrini yetişdirib hasil etmə qabiliyyəti azalır
Yumurtalıqlarda yumurta hüceyrələrinin sayı azalır
Yumurta hüceyrələri əvvəlki kimi sağlam deyildir
Fertilliyə mənfi təsir göstərən sağlamlıq problemlərinin ehtimalı artır
Hamiləliyin düşüklə nəticələnməsi ehtimalı artır
Tütünçəkmə
Spirtli içkilərin qəbulu
Bədən çəkisinin həddindən çox artması və ya azalması
Amenorreyaya (aybaşıların kəsilməsinə) gətirən hədsiz fiziki və ya emosional stress

Qadın sonsuzluğunun profilaktikası haqda nə deyə bilərsiz?

 -Qadın sonsuzluğuna qarşı profilaktik tədbirlərə ilk növbədə iltihab proseslərinin vaxtında müalicə etmək, mütəmadi olaraq ginekoloqda müayinədən keçmək lazımdır. Ginekoloqun bir müayinəsi gələcəkdə yarana biləcək bir çox mümkün problemləri bir neçə aylığa aradan qaldıra bilir. Axı xəstəliyin və reproduktiv sistemin funksionallığının pozulmasının vaxtında edilən diaqnostikası gələcəkdə ciddi nəticələri aradan qaldırmağa imkan verər. Bundan başqa, profilaktik tədbirlərə həmçinin daxildir:
- Sadə gigiyena qaydalarına riayət;
- Cinsi münasibətlərdə davamlılıq;
- Sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina edilməsi
- Düzgün balanslaşdırılmış qidalanma;
- Mötədil fiziki yüklənmə;
- Müvafiq istirahət və yuxu;
- Stress və emosional yüklərin aradan qaldırılması;
- Mövsüma uyğun geyim, soyuqdan qorunma, xüsusilə ayaqların və kiçik çanaq nayihəsinin soyuqdan qorunması
- Ginekoloqla məsləhətləşərək hamiləlik əleyhinə vasitələrin düzgün seçilməsi ilə ixtisaslı kontraseptiv variantları;
- Çəkiyə nəzarət və vitaminlər, mikro- və makroelementlərin kifayət qədər qəbul edilməsi


Sonsuzluğun öhdəsindən gəlmək üçün həkimlər nə edir? 

-Sonsuzluğa səbəb olan faktorları, sonsuzluğun müddətini, qadının yaşını, mayalanma üçün cütlüyün üstün tutduğu metodu və hər bir metodun effektivliyini, risklərini və faydasını qiymətləndirdikdən sonra həkim müəyyən metodu məsləhət görə bilər. Sonsuzluğun müalicəsində dərman, cərrahi müdaxilə, uşaqlıqdaxili inseminasiya (mayalandırma) və ya effektiv olan müxtəlif köməkçi texnologiyalar istifadə oluna bilər.
 

Aynur xanım, müsahibə üçün çöx sağ olun.
Buyurun, həmişə sağlam qalın.


Tarix: 9-10-2020, 08:23


Bölməyə aid digər xəbərlər
18-09-2020, 00:23 Peşəkar Səhiyyə İşçisi