Baku Medical Plaza Klinikasının Mama-ginekoloqu Mətanənt Məmmədova ilə müsahibə

QanunXəbər.com bildirir ki, Baku Medical Plaza Klinikasının   Mama-ginekoloqu Mətanənt Məmmədova Yumurtalığın polikistozu, Polikistoz xəstəliyin əsas əlamətləri, səbəbləri və müalicəsi ilə bağlı Həkimim rublikasının suallarını cavablandırıb.

Yumurtalığın polikistozu nə deməkdir? Yumurtalıq kistasından fərqi nədir? 

Polikistoz yumurtalıqlar sindromu qadınların təxminən 5%-də görülən və müalicə edilə bilən xəstəlikdir. Polikistoz yumurtalıq sindromu - çox sayda kistozları olan yumurtalıq toxuması deməkdir. Bu xəstəliyin səbəbi yumurtlama pozğunluğudur. Xəstəlik zamanı çatlaması lazım olan folekul yarımçıq inkişaf edir və yumurtalıq toxumasının içində 3-10 millimetrlik kistaya çevrilir. Yumurtalıq toxuması bu kistaların artması səbəbindən "polikistoz", yəni çox sayda kistanın əmələ gəldiyi quruluşa çevrilir.
Polikistoz yumurtalıqlar sindromu zamanı hormonal tarazlığın pozulması nəticəsində qadında ovulyasiya prosesi baş vermir. Kistaların olması səbəbindən yumurtalığın qişası bərkimiş, onun ölçüləri isə xeyli artmış olur. Polikistoz xəstəliyi qadınların sonsuz olmasının ən çox təsadüf edilən əsas səbəblərindən biridir. Bundan başqa, polikistoz xəstəliyi müalicə olunmadığı hallarda, ağır uşaqlıq qanaxmalarına, piylənməyə, yumurtalığın (və ya ölçüsü böyük olduğu halda kistanın) dağılmasına və bəzi hallarda isə hətta onkoloji xəstəliklərə də (uşaqlığın xərçəngi, süd vəzisinin xərçəngi) səbəb ola bilər.
Yumurtalığın polikistozu hormonal dəyişikliklərlə əlaqədar bir xəstəlikdir və yumurtalığın kistası ilə əslində heç bir əlaqəsi yoxdur. Terminin kökündəki kista sözü əslində həqiqi kista deyil. Xəstəliyin bir təzahürü olan ovulyasiyanın baş verməməsi ilə əlaqədar follikulların yumurtalıq səthində toplanmasını əks etdirir. Belə ki, ayda bir dəfə yetişib partlamalı olan follikullar bu xəstəlikdə axıra qədər yetişmir və ultrasəs müayinəsində yumurtalıq səthində toplanmış çoxsaylı kistalar şəklində görünür ki, sindromun adı da burdan götürülmüşdür.

Polikistoz xəstəliyin əsas əlamətləri hansılardır?

- aybaşı tsiklinin pozulması;
- bəzi hallarda qanaxma;
- bədəndə (sinədə, belin aşağı hissəsində) və üzdə kişi tipinə xas olan şəkildə tük örtüyünün artması;
- sızanaqlı səpgilər, dəri və saçların yağlı olması;
- 50% xəstələrdə səbəbi olmadan çəkinin kəskin şəkildə artması;

Xəstəliyin diaqnostikasında hansı testlərdən, köməkçi vasitələrdən istifadə edirsiniz? Hansı kriteriyalara əsaslanərsınız?

Diaqnostikada əsaslandığımız kriteriyalar: follikul yetişməsi və ovulyasiyanən pozulması, kişi cinsi hormonlarının yüksək olmasının laborator və ya klinik əlamətləri (məsələn, tüklənmə), ultrasəs müayinəsində yumurtalıqların polikistik görüntüsü, bu əlamətlərə səbəb ola biləcək digər xəstəliklərin istisnasə. Sadaladığım kriteriyalara nəzər salanda, hansı köməkçi diaqnostik metodlardan istifadə etdiyimiz də məlum olur. Əlbəttə ki, ginekoloji müayinənin bir parçası olan ultrasəs, bundan başqa, laborator hormon analizləri son diaqnozu qoymaqda bizə kömək edir. 


Xəstəliyin müalicəsi haqqında nə deyə bilərsiniz?

 Yumurtalıqların polikistozu tamamilə müalicə oluna bilən bir xəstəlik deyil. Apardığımız müalicə xəstənin şikayətlərinə görə istiqamətləndirilir. Xəstə bizə menstruasiya pozğunluğu şikayəti ilə müraciət edibsə, müalicədə hormonal vasitələrdən istifadə edirik. Bu vasitələr təkcə menstruasiyaları nizama salmır, eyni zamanda xəstəliyin patogenetik mexanizmini qıraraq, müalicəvi təsir də göstərir. Tərkibinə kişi cinsi hormonlarının təsirinin qarşısınə alan maddələr daxil edilmiş preparatlar da vardır ki, bunların sayəsində tüklənmə kimi əlamətləri də aradan qaldıra bilirik. Əgər xəstə hamilə qala bilmədiyi üçün müraciət edibsə, bu zaman müalicəmizin istiqaməti follikul yetişməsinə doğru olur. Bu məqsədlə ovulyasiyanı işə salan preparatlardan istifadə edirik. 



Polikistozun əməliyyat (laparoskopiya) vasitəsi ilə müalicəsi nə vaxt həyata keçirilir? 


Əgər hormonal həblərlə müalicə heç bir fayda verməmişdirsə, onda laparoskopiya təyin edilə bilər. Laparoskopiya qeyri-adi əməliyyatdır, belə ki, onun keçirilməsi zamanı cərrah dərini kəsmir, sadəcə dəridə dəliklər açaraq bütün manupilyasiyaları aparır. Əməliyyatdan sonra dəliklər tezliklə sağalır və laparoskopiya zamanı kəskinləşmə ehtimalı olduqca azdır. Laparoskopiyanı ümumi narkoz altında edirlər. Qadınlara əməliyyatın keçirilməsindən 8-12 saat sonra artıq ayağa qalxmağa icazə verirlər, xəstəxananı isə 1-2 gün sonra tərk edə bilərsiniz.


Tarix: 24-09-2020, 07:04


Bölməyə aid digər xəbərlər