Dr. Günel Xalıqverdiyeva- Amerika Oftalmoloqlar Akademiyası üzvü, savadlı həkim-oftalmoloq

Dr. Günel Xalıqverdiyeva -“Hippokrat andı”na sadiq qalan və bu gün Azərbaycan səhiyyəsinin inkişafında dərin iz buraxan həkimlərimizdən biri hesab olunur. Bu günə kimi onun şəfalı əllərindən məlhəm alan hər kəs həm ona  dərin etiramlarını bildirirlər.
 Dr. Xalıqverdiyeva Bioloji Təbabət Klinikasında həkim-oftalmoloq vəzifəsində uğurla çalışır. 
QanunXəbər.com İnformasiya Agentliyinə bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Günel həkimə edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq. Redaksiyamıza ünvanlanan məktubların bir neçəsini oxucu kütləsinin diqqətinə çatdırırıq:
  Gözümdə yaranan problemlərlə bağlı Bioloji Təbabət Klinikasına  gəlməyimiz heç də təsadüfi deyildi, çünki bilirdim ki, burada savadlı, peşəkar həkimlər çoxdur. Öz işinin mütəxəssisi olan, işini çox sevən Dr.Xalıqverdiyeva sanki bizim ağ xalatlı xilaskarımız oldu.
Günel həkimin səyi nəticəsində mənim üzərimdə aparılan katarakta əməliyyatı çox uğurla keçdi. Görməm yüz faiz bərpa olundu.
Sağlamlığımın bərpasında əməyi olan tibb işçilərini isə yaddan çıxarmıram. Klinikanın bütün kollektivinə başda o cümlədən Günel həkimə minnətdarlığımı bildirirəm. Əməliyyat olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarıma deyirəm. Əlləriniz var olsun həkim!

                                              Hörmətlə Ayan Məmmədova
Daha bir təşəkkür məktubu Kərimovlar ailəsindən ünvanlandı:
Günel həkimin şəfalı əllərinin bəhrəsini bizdə gördük. Ona görədə Günel həkim başda olmaqla bütün tibbi personala  öz təşəkkürümü bildirərək,onlara uzun ömür,möhkəm can sağlığı və işlərində yeni-yeni uğurlar arzu edirəm!!!..... Bu sətirlər Günel həkimin müalicəsindən şəfa tapan Bakı sakini Arzu Rüstəmovun QanunXəbər.com saytına yazdığı minnətdarlıq məktubundandır. “Düzü, mən görəcəyimə ümidimi itirmişdim. Məni həmin həkimin yanına apardılar. Günel həkim bizi çox səmimi və mehribancasına qarşıladı. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir şey yoxdur, əməliyyat edəcəyik, xəstəlikdən qurtulacaqsan. Artıq müalicə öz bəhrəsini verir”. Mən həyata yenidən ümidimi bağladım . 
Azərbaycan Nəşriyyatı yazıçı-jurnalistləri adından Dr. Xalıqverdiyevaya öz təşəkkürümüzü bildirərək  deyirik: - Həyatınız nurlu, təltifləriniz axarlı, işləriniz uğurlu olsun həkim.Amin.


Tarix: 8-02-2021, 08:04


Bölməyə aid digər xəbərlər