-Peşəkar həkimlik fəaliyyəti boyunca Gülnarə xanım Əzimova Azərbaycan səhiyyəsində istedadlı həkim-ginekoloq kimi tanınıb sevilir. Əgər bu amalla xidmət göstərməsəydi, tibbdə bu qədər uğur qazana, ən əsası, pasiyentlərin, sadə insanların və el-obanın sevgisini qazana bilməzdi. O, yaxşı bilir ki, həkimin başlıca qayəsi xəstəni şəxsiyyət kimi həyata qaytarmaqdır. İnsana, xüsusilə xəstəyə qayğı, ehtiram həkimdən içdən gələn bir yanğı olmalıdı. Bu yanğı ən çox onun davranışında görünür və xəstəyə məlhəm olur.
-Hazırda çalışdığı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna Gülnarə Əzimovanın adını deyib gələnlərin sayı durmadan artır.
Yaxşı həkim işini görən peşəkar olmaqla yanaşı həm də insana böyük sevgi daşıyan bir qəlbə sahib olmalıdır. Bakı şəhərində yaşayan sakinlərlə görüş zamanı gənc bir qadın yaxınlaşaraq sizinlə ayrıca görüşmək istəyirəm dedi Ellada bacımız 10 ildir övladı olmadığını söylədi və bildirdi ki, imkansızlıqdan yaxşı müalicə ala bilmir. Bir ananın ən böyük arzusu övladı olmasıdır, övladsızlıqdan ailədə də bəzən rahatsızlıqlar olur deyib gözləri dolan Ellada bacımın gözləri neçə gün gözlərimin önündən getmədi və bunu gözəl həkim və insan Gülnarə Əzimovaya danışdım və o dəqiqə mən nə lazımdır kömək edərəm dedi Ailənin maddi imkanlarının heç olmadığını deyəndə lazım olsa bəzi xərcləri mən öz cibimdən ödəyərəm. Həm həkim kimi kömək etdi, həm də bəzi xərcləri özü ödədi. Gülnarə xanım sizin kimi həm peşəkar həm də insani keyfiyyətləri yüksək olan həkimlərimizin sayı daha da çox olsun. Ellada xanım artıq hamilədir və inşallah körpəsini qolları arasına aldığı gün onunla bərabər məndə sevinəcəm.
Tükənməz enerji ilə işləyən Gülnarə xanım demək olar ki, sutkanın neçə-neçə saatını cərrahiyyə əməliyyatlarında olur. Əməliyyatı isə sıradan olmur, xəstənin daxili orqanlarına o qədər ehtiyyatla, həssaslıqla və bir zərgər dəqiqliyi ilə yanaşır ki. Xəstə orqanları kəsib atmağa
yox, mümkün qədər qoruyub saxlamağa çalışır, qadına dünyanın ən böyük sevincini yaşadıb onu ana edən mühüm orqanını kəsib çıxarmağa deyil, saxlamağa, bacardıqca müalicə etməyə daha çox üstünlük verir. Bir sözlə,o, misilsiz həkim, əlləri qızıla bərabər peşəkar cərrahdır-ginekoloqdur.
Bölməyə aid digər xəbərlər