16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Dr.Cəmilə İsmayılova həkim-ginekoloq

Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir ginekoloq –kimi ona olan inam və ehtiramı daha da artırır. İşini çox sevir və öhdəsindən layiqincə gəlir. Redaksiyamıza daxil olan məktublar içərisində
Cəmilə İsmayılovaya edilən minnətdarlıqların sayı – hesabı yoxdur. Oxucularımıza onlardan bir neçəsini təqdim edirik.

 
Əzizimiz Cəmilə xanım. Neçə-neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Ana olmağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Birinci dəfə yanınızdan çıxanda içimdə çox böyük inam yaratdınız. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə. Allah sizi də həmişə sevindirsin mənim hözəl həkimim.
Bir pasiyent olaraq bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə körpə sevinci bəxş edən Cəmilə İsmayılovaya və tibbi – persona dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəm 


Tarix: 2-04-2021, 08:09


Bölməyə aid digər xəbərlər