Dr. Elnurə Əliyeva Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyir.

Tam səmimiyyətlə deyə bilərəm ki, Baku Medical Plaza Klinikasında  insanlara göstərilən yüksək səviyyəli səhiyyə xidməti, ən müasir tibbi biliklərə yiyələnmiş savadlı həkimlərin peşəkarlığı,pasientlərlə xoş rəftar və diqqət haqlı olaraq klinika haqqında müsbət ictimai rəyin və cəmiyyətin yüksək münasibətinin formalaşmasını şərtləndirib. Burada yaradılan şərait heç də Avropanın ən qabaqcıl klinikasından geri qalmır. QanunXəbər.com İnformasiya agentliyi olaraq redaksiyamıza ünvanlanan məktublarada pasientlər Baku Medical Plaza Klinikasıın  cərrah- mama-ginekoloqu, Dr.Elnurə Əliyevanın peşəkarlığından böyük razılıq ifadə edirlər. Həkim-ginekoloq adını ləyaqətlə daşıyan Elnurə Əliyeva peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik olan əsil insandır. Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir ginekoloq –kimi ona olan inam və ehtiramı daha da artırır. İşini çox sevir və öhdəsindən layiqincə gəlir.  


Böyük nüfuza malik, qabaqcıl həkim olaraq tanınan Baku Medical Plaza Klinikasının həkim cərrah mama-ginekoloqu Dr. Elnurə Əliyeva haqqında redaksiyamıza təşəkkürlər dolu məktublar daxil olur və pasientlər zəng vurub öz minnətdarlıqlarını işıqlandırmağımızı xahiş edirlər:
Biz də, qürur duyuruq ki, Azərbaycan həkimi ilə həqiqətən də öyünməyə dəyər.


-Hörmətli Elnurə xanım! Ölkəmizin sizin kimi profesional həkimlərə ehtiyacı var.

-Mənim kimi yüzlərlə, bəlkə də minlərlə ginekoloji xəstəliyindən əziyyət çəkənlər var. Siz onları şəfalı əllərinizlə həyata qaytarırsınız. Mənim kimi xəstələrin ölkədən kənara müalicəyə getməmələrinə məhz sizin kimi həkimlər səbəb olur. Sağ olun ki, varsınız. O qızıl əlləriniz heç vaxt dərd görməsin. Sizin müalicəniz əsasında mənə ən böyük xoşbəxtlik bəxş etdiniz. Məni qadın səadətinə qovuşdurdunuz. Allah uğurlarınızı, nailiyyətlərinizi davamlı etsin. Sizin kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.
Həyatda heç bir şey səbəbsiz baş vermir, Tanrıya verdiyi dərd üçün də, şəfa üçün də təşəkkür edirəm, sayəsində belə bir həkmi, ziyalını tanıtdırdı mənə! Bəli, cərrah mama-ginekoloq Elnurə Əliyeva keçib xəstənin yanında əyləşə bilən, onun çəkdiyi acını bölüşməyi bacaran, ağrısını öz içindən keçirə bilən bir həkimdir. Üzümü ona tutub Ulu Tanrıdan cansağlığı arzulayır, xəstələri üçün həmişə inam, ümid və etibar yeri olmasını diləyirəm.

Mən öz ailəmiz və bütün xəstələrin valideyinləri adından Elnurə həkim başda olmaqla Baku Medical Plaza Klinikasında çalışan həkimlərə təşəkkürlərimizi bildiririk və deyirik: “Bir həkim bir aləm deməkdir. Qoy Ulu Tanrı həmişə sizə yar olsun. Siz Hippokrat andına sadiq olduğunuza görə həmişə seviləcək və həmişə də hörmətlə qarşlanacaqsınız. Bu xeyirxahlığınıza, insanlara dərin sevginizə görə də Böyük Yaradan həmişə sizi qoruyacaq”.
Biz də QanunXəbər.İnformasiya agentliyi adından adından ömrünü insanları xəstəliklərin əlindən alıb sağaltmaq, onları yenidən həyata qaytarıb, ana olmaq səadətini yaşatmaq kimi xeyirxah bir işə həsr edən Elnurə Əliyevaya ömrünün müdriklik çağının zirvəsində qalmağı, insanlara sevinc və yaşamaq eşqi bağışlamaq kimi xeyirxah işini bundan sonra da eyni əzmkarlıqla davam etdirmək üçün daha uzun ömür arzulayırıq.


Tarix: 21-10-2020, 07:11


Bölməyə aid digər xəbərlər