16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Yardımlı Mərkəzi rayon Xəstəxanasına müraciət edən hər bir vətəndaş burada şəfa tapır, sağlamlığına qovuşur

Bu gün bu sahədə əldə olunan uğurların təməlində isə ulu öndərimiz, dahi Heydər Əliyevin rəhbərliyi ilə aparılan səhiyyə islahatları dayanır. Heydər Əliyev üçün ən vacib olan məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli əsl peşəkar həkim kadrların hazırlanması idi. Ölkə əhalisinin sağlamlığının etibarlı qorunması üçün, ilk növbədə səhiyyənin qanunvericilik bazası möhkəmləndirdi və bir neçə vacib qanunlar qəbul olundu. 
Bu gün Azərbaycan səhiyyəsinə göstərilən diqqət və qayğı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Son illər bu sahənin dünya standartlarına çatdırılması üçün müasir tipli xəstəxanalar tikilir, mövcud olan tibb ocaqları əsaslı təmir olunur, ən müasir avadnlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilir. Bu sahədə əldə olunan uğurlar, əhalinin sağlamlığının qorunmasına verilən əhəmiyyət dövlətimizin bu sahəyə yetirdiyi diqqətin əyani təzahürüdür. Fəxrlə qeyd etmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələri dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır. Bu barədə danışarkən cənab Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycan səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”. Ölkə başçısı onu da vurğulamışdır ki, həkimlər gözəl xəstəxanalarda işləməlidir və insanlarımız da sağlam olmalıdır. Bunun üçün cənab Prezident öz səylərini əsirgəmir, bu sahənin inkişafını daim diqqətdə saxlayır.
Qeyd etdiyimiz kimi bu gün Azərbaycanda insanların sağlamlıqlarını etibar edə biləcəyi tibb müəssisələri çoxdur. Belə tibb ocaqlarından biri də Yardımlı rayon Mərkəzi Xəstəxanasıdır.
Xəstəxana yarandığı gündən ta bu günə kimi insanların sağlamlığına xüsusi diqqət yetirir, hər bir xəstəyə diaqnoz qoyarkən necə deyərlər, yüz ölçüb, bir biçir. Bəlkə ona görə də bu gün Yardımlı Mərkəzi rayon Xəstəxanası digər xəstəxanalardan fərqlənir. Xəstəxanada çalışan bacarıqlı, savadlı həkimlər çoxdur. Onlar bütün bacarıqlarını insanların sağlamlığına həsr edirlər. Yardımlı Mərkəzi rayon Xəstəxanası dəfələrlə insanlar tərəfindən, əlaqədar təşkilatlar tərəfindən təşəkkürə və minnətdarlığa layiq görülübdür. Xəstəxanaya Dr. Rasim Əkbərov rəhbərlik edir. 
Tibb ocağında yaradılmış nizam-intizam, müraciət edən xəstələrlə xoş rəftar, hər bir xəstəyə xüsusi qayğının nəticəsidir ki, bu tibb ocağına müraciət pasiyentlərin sayı ilbəil artır. Müraciət  edən hər bir vətəndaş burada şəfa tapır, sağlamlığına qovuşur.
Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki, onlar həyatdaki ən vacib, ən dəyərli nemət can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. 
Səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz  işinə hər zaman məsuliyyətlə yanaşan Dr. Rasim Əkbərovu təkcə Bakıda yox, respublikamızda və ondan kənarlarda da çox savadlı, bacarıqlı həkim kimi tanıyırlar. 
Dr. Əkbərova insanların sağlamlığının qorunması yönündəki əməli fəaliyyətində uğurlar arzulayrıq.


Tarix: 13-04-2021, 17:23


Bölməyə aid digər xəbərlər