16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Ayaz Osmanov peşəkarlığı, işinin ustası və digər müsbət xüsusiyyətləri ilə sayılıb-seçilən həkimlərdəndir

Şərəfli həkim peşəsinə yiyələnən Ayaz həkim bu sənətinin müqəddəsliyini qoruyub saxlayır. Dr. Osmanov müayinə etdiyi hər kəsin rəğbətini qazanan həkimlərdəndir. Pasientlərə şəfa bəxş edən bu insan savadlı və bacarıqlı həkim olmaqla yanaşı, həm də çox qayğıkeş bir insandır.
Ayaz həkim isə xəstələrin əksəriyyətinin tanımadığı, həkimlərin isə bir çoxunun adına və andına məhəl qoymadığı “hansısa” bir Hippokrata deyil, hamının, bütün dünyanın tanıdığı və səcdə etdiyi uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamı, Allahın bəndəsi kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər ürəyi, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışmışdır.

Hörmətli Ayaz həkim!
Ölkəmizin sizin kimi profesional həkimlərə ehtiyacı var. Mənim kimi yüzlərlə, bəlkə də minlərlə onkoloji xəstəliklərdən əziyyət çəkənlər var. Siz onları şəfalı əllərinizlə həyata qaytarırsınız. Mənim kimi xəstələrin ölkədən kənara müalicəyə getməmələrinə məhz sizin kimi həkimlər səbəb olur. Sağ olun ki, varsınız. O qızıl əlləriniz heç vaxt dərd görməsin. Allah uğurlarınızı, nailiyyətlərinizi davamlı etsin. Sizin kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.
Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən Ayaz həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək. Ulu Tanrıdan sonra yaranmışların ən alisi olan insanı sağlamlığa qovuşduran, ona ikinci həyat bəxş edən, bu müqəddəs və şərəfli olduğu qədər də çətin peşənin yetişdirib cəmiyyətimizə bəxş etdiyi, həkim adını ləyaqətlə daşıyan, ona ucalıq gətirən şəxsiyyətlərdən biri olan Dr. Ayaz Osmanova Azərbaycan xalqı adından təşəkkür etməyi borc bildik.


Tarix: 6-05-2021, 07:21


Bölməyə aid digər xəbərlər