Prezident Dövlət Agentliyinin səlahiyyətini azaltdı - FƏRMAN

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Nizamnaməsinə dəyişiklik edilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Bununla Prezidentin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanı dəyişdirilib.
Yeni fərmana əsasən, Nizamnamənin 3.1.22-ci yarımbəndi ləğv edilib.
Nizamnamənin 3-cü maddəsi AAYDA-nın hüquq və vəzifələrini özündə ehtiva edir.
Sözügedən yarımbənddə isə göstərilirdi ki, Agentlik avtomobil yollarının, habelə körpülərin, tunellərin, digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işləri lisenziya alınmadan yerinə yetirir.
Prezidentin fərmanı ilə isə Agentlik bundan sonra həmin səlahiyyətə malik olmayacaq.


Tarix: 9-07-2020, 17:15


Bölməyə aid digər xəbərlər