Bu gün ABŞ Mərkəzi Bankının (Fed) növbəti iclası başa çatacaq.
QanunXəbər.com xəbər verir ki, Fed qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır. Hazırda Fed-in faizi 0-25% aralığındadır.
Fed-in yığıncağında "göyərçin" mövqeyini qoruyacağı gözlənilir.
Fed, inflyasiya mövzusunda daha rahat bir yanaşmaya keçəcəyini açıqlamışdı. Mərkəzi bankın təşviqləri, pandemiya, ABŞ-da Prezident seçkisi və müqaviləsiz Brexit kimi risklərə qarşı bir müddətdir etibarı dəstəkləyir.
ABŞ Prezidenti Donald Tramp, koronavirus peyvəndinin dörd həftə ərzində hazır ola biləcəyini deyib. Ticarət mövzusunda da yüksək gərginlik davam edir. Ümumdünya Ticarət Təşkilatı, ABŞ-ın 234 milyard dollardan çox Çin idxalına tarif tətbiq etməklə beynəlxalq tənzimləmələri "tapdaladığını" açıqlayıb.
Bu gün, Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) qərarının ardından Fed sədri Jerome Powell mətbuat konfransında çıxış edəcək.
Qeyd edək ki, maliyyə bazarlarında sərt pul siyasətlərini müdafiə edənlərə "şahinlər", yumuşaq pul siyasətlərini müdafiə edənlərə isə "göyərçinlər" deyilir.
Bölməyə aid digər xəbərlər