13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Korona dünyanı cənginə aldı: Bu addımları atın – ÜST

Dünya COVİD-19 pandemiyasının kritik mərhələsindədir, xüsusilə şimal yarımkürəsində daha ağır vəziyyətdir.
QanunXəbər.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Onun sözlərinə görə, hazırda bir çox dövlətdə xəstəliyin artımı müşahidə olunur ki, bunun nəticəsində xəstəxanalar və intensiv terapiya şöbələri normadan artıq işləyir.
ÜST-ün baş direktoru dünya liderlərini yeni ölümlərin, milli səhiyyə sistemlərinin tükənməsinin və məktəblərin yenidən bağlanmasının qarşısının alınması üçün dərhal tədbirlər görməyə çağırıb.
O, həmçinin ölkələrin indidən atmalı olduğu beş əsas addımı da sadalayıb:
“Birincisi, ən son məlumatlar əsasında ölkənizdə pandemiyanın baş verməsi ilə əlaqədar mövcud vəziyyəti diqqətlə qiymətləndirin. Mən koronavirusu nəzarətə götürməyi bacaran ölkələrə müraciət etmək istəyirəm, indi xəstələnmə səviyyəsini aşağı səviyyədə saxlamaq üçün səyləri artırmağın vaxtı gəldi. Virusun ölkənizi bir daha ələ keçirməsinə icazə verməyin.
İkincisi, xəstəlik hallarının sayının artdığı ölkələrə vəziyyətin dürüst təhlilini aparmaq və virus ilə mübarizə strategiyasına düzəlişlər etmək lazımdır.
Üçüncüsü, konkret regionlarda pandemiyanın vəziyyəti, eləcə də hər bir vətəndaşdan tələb olunan qaydaları ictimaiyyətə açıq və dürüst şəkildə çatdırmaq lazımdır ki, bütün ölkə pandemiyaya uyğun yaşasın.
Dördüncüsü, vətəndaşların tövsiyə olunan təhlükəsizlik tədbirlərinə riayət etməsini asanlaşdıran sistemlər tətbiq edilməlidir. Əgər insanlara təcrid olunmaq, karantinə getmək və ya işi müvəqqəti olaraq dayandırmaq əmr edilirsə, hökumətlər bu səbəbdən zərər çəkən ailələrə və müəssisələrə əlindən gələn köməyi göstərməlidir.
Beşincisi, dövlət qurumları virusa yoluxmuş insanlarla davamlı əlaqə saxlamalı və onlara bundan sonra nə edəcəkləri barədə ətraflı təlimat verməlidir. Əgər həkimlər xəstələr üçün təmas axtarış sistemini qurub və yoluxanları təcrid etməyə yönəldə bilsələr, məcburi ümumi karantindən qaçmaq mümkün olar”


Tarix: 27-10-2020, 08:20


Bölməyə aid digər xəbərlər