13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
“Janet Reger” brendinin sahibi 58 yaşına baxmayaraq, gənc görünüşünün sirrini paylaşdı - FOTO

Böyük Britaniyanın paytaxtı London şəhərinin sakini gənc görünüşünün və cazibədar bədən quruluşunun sirrini bölüşüb.Bu barədə “Daily Mail” xəbər yayıb.
Anasının yaratdığı “Janet Reger” alt paltarı brendi ilə bağlı biznesə rəhbərlik edən 58 yaşlı Aliza Reger bədəninin sellülitsiz olmasının sirrinin soyuq su olduğunu deyib:
“Qan dövranını sürətləndirmək və elastik dəri əldə etmək üçün hər gün buz kimi soyuq suyun altında iki dəqiqə dayanıram. Sonra bədənimi fırça ilə massaj edirəm, bu, qan dövranını daha da yaxşılaşdırır və ölü dərini təmizləyir”.
Duşdan sonra o, bədəninə losyon, yağ və nəmləndirci krem çəkir.
Bədən quruluşunu qorumaq üçünsə Reger idmanla məşğul olur. Ölkədə karantin rejimi tətbiq olunana qədər o, həftədə 4-5 dəfə idman zalına gedib.
“Mən güc məşqlərini sevirəm. Karantin dövründə isə qaçışla məşğul oluram. Ancaq sosiallaşmaya görə idman zalları üçün darıxıram”, -
 deyə o bildirib.


Tarix: 7-07-2020, 12:47


Bölməyə aid digər xəbərlər