Mədəndə işləyən gənc 10,69 karatlıq almaz tapdı, həyatı dəyişdi - FOTO/VİDEO

Mədəndə işləyən gənc 10,69 karatlıq almaz tapıb.
“The Sun” nəşrinin verdiyi məlumata görə, hadisə Hindistanın Madhya-Pradeş ştatında qeydə alınıb.
Mənbə yazır ki, Anandilal Khuşvaha icarəyə götürdüyü mədəndə işləyərkən qiymətli daş tapıb.
Almazın 5 milyon rupi (113 847 AZN) dəyərində olduğu bildirilir. Qiymətli daş auksionda satışa çıxarılacaq.
[media=]
Khuşvaha pulu mədəndə işləyən doqquz işçi arasında bərabər şəkildə böləcəyinə söz verib.
“Son altı ayda kollektiv səyimiz nəticəsində biz bu qədər qiymətli daşı tapa bildik”, - deyə o bildirib.
Özünə qalan pulları isə o, oğlunun və qızının təhsilinə xərcləməyi düşünür.
“Bir şeyi dəqiq bilirəm: mədən icarəyə götürməyə davam edəcəyəm”, - deyə o bildirib.


Tarix: 24-07-2020, 13:01


Bölməyə aid digər xəbərlər