13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
“İsrail Hayom”: “İsrail çətin anlarda Azərbaycana dəstək olmalıdır”

Güclü Azərbaycan İsrailin maraqlarına cavab verir, cünki bu ölkə İsrail üçün müttəfiq olmaqdan daha artıqdır.
Bu barədə İsrailin “Safadi” Beynəlxalq Diplomatiya, İnformasiya, Tədqiqat və İnsan Haqları Mərkəzinin siyasi təhlilçisi, “Qadınlar və cihad: Amerika, İsrail və ərəb mediasında fələstinli terrorçular” kitabının müəllifi Reyçel Avraamın “Israel Hayom” qəzetində dərc edilən məqaləsində yazılıb.
Məqalədə Ermənistan Silahlı Qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribata diqqət yönəldilir.
“Koronavirus pandemiyası dövrünə baxmayaraq, erməni diasporu tərəfindən Azərbaycana qarşı kütləvi aksiyalar təşkil edildi. İndi isə “Azadlıq Radiosu” (“Radio Free Europe”) məlumat verir ki, Ermənistan hücumların təşkil edilməsində Azərbaycan Respublikasını günahlandırıb.  Bir müddət sonra bu ittihamlar Azərbaycan hökuməti tərəfindən rədd edildi.
Bütün bu hadisələrin fonunda, əminəm ki, İsrailin Azərbaycana dəstək verməyə davam etməsi son dərəcə vacibdir, çünki bu ölkə müsəlman dünyasında bizim azsaylı müttəfiqlərimizdən biridir.
Ondan başlayaq ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. 1991-ci ildən bəri Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozaraq, Dağlıq Qarabağı işğal altında saxlayır. Bu əraziləri ələ keçirən Ermənistan ordusu Xocalıda 613 azərbaycanlı mülki vətəndaşı vəhşicəsinə qətlə yetirib. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalaraq, məcburi köçkün oldu və hazırda Azərbaycan ərazisinin beşdə biri işğal altındadır”, - R.Avraam məqaləsində yazır.
Yazının müəllifi bir müddət əvvəl ravvin Zamir İsayevin çıxışında söylədiyi cümlələri xatırladır. Sitat: “12 iyul tarixindən başlayaraq Ermənistan ordusu Azərbaycan sərhədləri boyunca təcavüzkar əməliyyatlar keçirməyə başlayıb. Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan kəndlərində yerləşən binaları bombalayaraq dağıdıb. 12 Azərbaycan hərbçisi həlak olub, bir neçə nəfər yaralanıb. Bir mülki şəxs öldürülüb. Ermənilər bu əməliyyatlarda qarşı tərəfə xeyli ziyan vurublar. Azərbaycan ordusu Ermənistanın bu ərazilərdə təcavüzə başlayacağını güman etməyib. Orada heç bir münaqişə olmayıb”.
Üstəlik Demokratiyaların Müdafiə Fondunun Enerji məsələləri üzrə baş məsləhətçisi Brenda Şaffer “The Jerusalem Post” qəzetinə verdiyi müsahibədə təsdiq edib ki, sərhəddəki toqquşmalar Azərbaycan tərəfindən başlanılmayıb, çünki hərbi toqquşmalar Azərbaycan neftinin Avropaya nəql ediləcəyi marşrutun yaxınlığında baş verib.
“Öz növbəsində, Azərbaycanın Yəhudi İcması da Azərbaycan dövlətini dəstəkləyir. Ravvin Z.İsayevin sözlərinə görə, azərbaycanlılar bütün dünyada yəhudi xalqına çox müsbət münasibət bəsləyirlər. Onlar (azərbaycanlıları nəzərdə tutur) həmişə yəhudiləri dəstəkləyirlər. Yəhudi xalqı yüzillər boyu Azərbaycanda dinc şəkildə yaşayıb. Bu ölkədə antisemitizm olmayıb. İsrail Azərbaycan üçün xüsusilə vacib ölkədir. Azərbaycan İsrailin hər zaman ona dəstək verməyə hazır olduğunu bilir”.
Qeyd etmək lazımdır ki, Azərbaycan tək ticarət sahəsində deyil, eyni zamanda İsrailin regional səviyyədə də müttəfiqidir.
Güclü Azərbaycan özünü Ermənistanın təcavüzündən müdafiə etmək qabiliyyətindədir, İsrail hökuməti isə bu kritik anda Azərbaycana kömək etmək üçün əlindən gələni etməlidir”, - məqalədə bildirilir.


Tarix: 24-07-2020, 13:03


Bölməyə aid digər xəbərlər