Erməni hiyləsi: tankı bu yolla “gizlədirlər” – Şərh

Ermənistan hərbi texnikalarını Ordumuzun hədəfindən yayındırmaqdan ötrü tibbi maşınlar üçün nəzərdə tutulmuş fərqlənmə nişanlarından istifadə edir. Ermənilər xüsusən Teleqram kanallarında sözügedən texnikaların fotosunu paylaşaraq, Ordumuzun guya humanitar məqsədli texnikaları vurması haqda yalan məlumatlar yayırlar. Maraqlıdır, üzərinə tibbi maşınlar üçün nəzərdə tutulmuş fərqlənmə nişanı olan hər hansı zitehli texnika vurula bilərmi?
Məsələ ilə bağlı QanunXəbər.com -a danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, zirehli nəqliyyat vasitəsinin üzərinə tibbi maşınlar üçün nəzərdə tutulan fərqlənmə nişan olsa belə, onun vurulmasında heç bir problem yoxdur:
“Məsələ ondadır ki, bu tip hərbi texnikaların üzərində böyük və kiçik çaplı toplar və ya atəş qurğuları olur. Yəni üzərində tibbi maşınlar üçün nəzərdə tutulan fərqlənmə nişanı olsa belə, bu, həmin texnikanı toxunulmaz etmir. Məsələyə məntiqlə yanaşsaq, gərək üzərində bu nişanı daşıyan tank və ya digər hərbi vasitələri də vurmayaq. Ermənistan hərbi texnikalarını Ordumuzun hədəfindən yayındırmaq üçün belə bir hiyləyə əl atır.
Bundan əlavə, piyadaları daşıyan MAZ, KAMAZ və s. tipli maşınların da üzərinə bəzən sözügedən fərqlənmə nişanı vurulur. Bu tip maşınlar bəzən qida, dərman, hətta silah-sursat belə daşıya bilər. Lakin bu da həmin maşınları sırf fərqlənmə nişanı var deyə toxunulmaz etmir.
1907-ci il tarixli Haaqa Konvensiyası humanitar məqsədli və ya tibbi maşınların vurulmasını qəti şəkildə qadağan edir və bu, müharibə cinayəti sayılır. Lakin indiki müharibə pilotsuz aparatlarla aparıldığı üçün onu idarə edən ekipaj üzvləri bu maşınların silah-sursat daşıdığını müəyyən etdiyi təqdirdə vura bilər”.


Tarix: 30-10-2020, 07:00


Bölməyə aid digər xəbərlər