Neft, virus mutasiyası təşvişi ilə ucuzlaşmaqda davam edir

Neft qiymətləri, Böyük Britaniyada koronavirusun mutasiyaya uğraması və buna dair təşviş ilə düşməkdə davam edir. 
QanunXəbər.com xəbər verir ki, bir çox ölkə Böyük Britaniya ilə uçuşları təxirə salıb və ölkədə 16 milyon insan indi karantin tədbirləri daxilində evdə qalmaq məcburiyyətindədir.
Dolların da güclənməsi ilə bu valyutada ticarət olunan əmtələr ucuzlaşır.
Covid-19-dakı yeni mutasiya qlobal hərəkətliliyi azaldaraq qlobal neft tələbinin artmasını dayandıra bilər. Təklif tərəfində isə, Rusiya OPEC+ın Fevral ayındakı yığıncağında istehsalın artırılmasını dəstəkləmək niyyətində olduğunu bildirib.
Neft qiymətləri, peyvəndlər ilə bağlı irəliləyişlərin olması ilə əlaqədar olaraq Oktyabr ayının sonundan bu yana 30% ətrafında yüksəlmişdi. İndi virusun 70% daha çox yoluxan yeni növü və artan karantin tədbirləri narahatlıqları artırır.
Bakı vaxtı ilə saat 11:30-da, Qərbi Texas nefti (WTI) 2% ucuzlaşma ilə 47,05 dollardan, Brent neft isə, bazar ertəsi günü 2,6% dəyər itirdikdən sonra bu gün 1,7% ucuzlaşma ilə 50 dollardan ticarət olunub.
Mutasiya (dəyişiklik) — dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm formasıdır.


Tarix: 15-12-2020, 11:55


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı