13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Sərkisyanın “İsgəndər” etirafı və mahiyyəti...

Erməni cəmiyyətinin ağır məğlubiyyətlə barışmaq istəməməsi ovqatına onların məxsus olduğu dövlətin fiziki, mənəvi, siyasi, hərbi göstəriciləri adekvat deyil. Revanşistlər kimi baş qaldırmağa hazırlaşanlar da ya indiki, ya da potensial məğlublardır. Onların ən böyük səhvi isə Azərbaycanın qələbəsini dürüst təhlil etməmələridir.
Keçmişlər – Köçəryan da, Sərkisyan da hələ ki, təqvimdə 1990-92-ci illərin Azərbaycanını görür. O Azərbaycanı ki, dinc sakinlərinin gözünü qorxutmaqla qaçqınlarının, köçkünlərinin dalğasını yaratmış, ardınca da panikanın boşaltdığı yaşayış məntəqələrini ələ keçirmişdilər. Elə bu müharibədə də dinc sakinlərin gözünü qıracaqlarına bel bağlayırdılar.
Bu günlərdə Serj Sərkisyanın yerli kanallardan birinə verdiyi müsahibədə Paşinyanı “İisgəndər” raketlərindən vaxtında dinc əhalinin yaşadığı şəhərlərə və beynəlxalq əhəmiyyətli infrastruktura qarşı istifadə etməməkdə günahlandırması da eyni məntiqin davamıdır.
Və bu kontekstdə Sərkisyan əslində Ermənistanın hərbi cani mahiyyətini sübut edən faktlar açıqlamışdı. Məsələn, demişdi ki, onda olan məlumatlara görə, erməni hərbi rəhbərliyi “İsgəndər” raketlərindən müharibənin sonlarında, Şuşaya daxil olan Azərbaycan döyüşçülərinə qarşı istifadə edibmiş. Halbuki bunu savaşın ilk vaxtlarında neft və qaz kəmərlərinə qarşı etməliymiş... Daha dəqiq olmaq üçün müsahibəyə müraciət edək. Arayış verim ki, Sərkisyanın kinayə ilə lovğa adlandırdığı kəs Nikol Paşinyandır:
“Xatırlayırsız: bir lovğa var idi, qürrələnərək deyirdi ki, Gəncə aeroportunu yerlə-yeksan etmək əmri verib və həm də hərbi obyekti yox. Bu, böyük axmaqlıq idi. Stepanakert və Martuni yalnız bu həmlədən sonra qarşı tərəfin şiddətli atəşinə məruz qaldı. Bəs biz “İsgəndər”i niyə almışdıq, nə üçün gətirmişdik? Lazım gələn məqamda işlətməmək üçün? Özü də “İsgəndər”i vacib məqamda işə salmaq və ilk növbədə onunla neft və qaz kəmərlərini vurmaq lazım idi”.
Bununla da Sərkisyan etiraf edir ki, müharibənin ilk vaxtında guya Gəncədə hərbi obyekti nişan aldıqlarını iddia edən erməni rəhbərliyinin hədəfində əslində hava limanı kimi mülki obyektlər olub. Bu isə artıq mühaibə cinayətidir. İkincisi isə özünün də və daha artıq cani mahiyyətini vitrinə çıxarır. İlk baxışda dinc məntəqəyə atəş açmağı Paşinyana irad tutan Sərkisyan “mən olsaydım, neft və qaz kəmərlərini nişan alardım!” deməklə əslində özünün də cəsarətinin ancaq dinc yaşayış məntəqələrini vurmağa çata biləcəyini etiraf edir.
Yeri gəlmişkən, Sərkisyanın “İsgəndər” sevgisi ani və ilk baxışdan deyil. O, bu kompleksi hələ Prezident kimi vəsf etmiş, onu Azərbaycana qarşı etibarlı zərdab adlandırmışdı.
“İsgəndər” kompleksini Azərbaycan əleyhinə əsas silah kimi təqdim edən, Paşinyanı da bu silahdan vaxtında istifadə etməməkdə ittiham edən Sərkisyanın yol verdiyi strateji səhvə diqqətinizi çəkmək istəyirəm. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2005-ci ilin dekabr ayında Müdafiə Sənayesi Nazirliyini yaratmaqla dövlətin əsas müdafiə və hücum ehtiyatlarından olan silah-sursat, hərbi texnika asılılığını ləğv etmək niyyətini ortaya qoydu. Əslində Azərbaycan möhtəşəm qələbəyə həm də özünün etibarlı ehtiyat kompleksi ilə nail oldu. Bu həftə Əbu–Dabidə keçirilən sərgidə Azərbaycan təkcə öz sənayesini deyil, həm də Qalib Ovqatını nümayiş etdirirdi. Bu, həm də o demək idi ki, baxın, biz buna görə, bu silahlarla qalib gəlmişik və qələbəmizi də elə ilk növbədə öz müdafiə sənayemizin nailiyyətləri hesabına qoruyacağıq...


Tarix: 22-02-2021, 07:43


Bölməyə aid digər xəbərlər