“Ermənistanın törətdiyi təxribat məqsədyönlü xarakter daşıyıb” - General

“Ermənistanın törətdiyi təxribat məqsədyönlü xarakter daşıyıb” -General

Ermənistanın törətdiyi təxribat məqsədyönlü xarakter daşıyıb və Azərbaycan Respublikasının suveren sərhədləri çərçivəsində baş verib.
Milliirs.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginlik yalnız danışıqlar yolu, sərhədin delimitasiya və demarkasiyası aparılmaqla həll olunmalıdır.
General-mayor qeyd edib ki, dövlət sərhədindəki insidentlə əlaqədar Azərbaycan tərəfi ictimaiyyəti dərhal və obyektiv məlumatlandırıb. Azərbaycandan fərqli olaraq Ermənistan isə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti məsələnin həqiqi mahiyyətindən yayındırmaq üçün bir-birini təkzib edən dezinformasiyalar yaymaqla məşğul olub.

Tarix: 27-05-2021, 20:21


Bölməyə aid digər xəbərlər