Gələn il Qarabağ Universitetində tədris başlayacaq

Gələn il Qarabağ Universitetində tədris başlayacaq

Qarabağ Universitetində 2024-2025-ci tədris ilində 800-1000 tələbənin təhsil alması planlaşdırılır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, bu rəqəmin 2025-2026-cı illərdə 1600-2000, 2026-2027-ci illərdə 2500-3000, 2027-2028-ci illərdə 3500-4000-ə çatması ehtimal olunur.

"Universitetdə əsas və idarəetmə heyətinin ərazisində daimi 30-40 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Professor və müəllim heyətinin intensiv modullar əsasında səfəri və onlayn qaydada tədrisin təşkili planlaşdırılır. Müəllimlər Şuşa şəhərində və ya Xankəndidə universitetin kampusunda yaşayacaqlar. Universitet 3 korpus, 119 auditoriya, 2 kitabxana, 2 idman zalı, 1 yataqxanadan ibarət olacaq", -deyə nazir bildirib.


Tarix: 30-11-2023, 16:02


Bölməyə aid digər xəbərlər