16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Nikol Paşinyanın xam xəyalı: Aİ-yə üzvlük reallaşmayacaq - ŞƏRH





Bölməyə aid digər xəbərlər

Aprel ayında baş nazir Nikol Paşinyanın Ermənistanda başlatdığı etirazların altı ili tamam olur. 2018-ci il aprelin 12-də “Serji rədd et” və ya Nikol tərəfindən “məxməri inqilab” adlandırılan hərəkat aprelin 23-də o zamankı baş nazir Serj Sarkisyanın postunu tərk etməsinə gətirib çıxardı. Mayın 1-də hökumət başçısı postuna yiyələnən N.Paşinyan o vaxtdan ölkənin lideridir. Ermənistanda Qarabağ klanına nifrətin pik həddi uğursuzluqlarına rəğmən onun hakimiyyətdə qalmasına imkan verir. Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsi, 30 ildən çoxdur bu bölgədə yuva quran erməni separatçı-terrorçu rejiminə son qoyulması belə Ermənistan vətəndaşlarının Nikola inamını azaltmayıb. İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyət, minlərlə erməni əsgərinin məhvi, imzaladığı kapitulyasiya aktı belə onun devrilməsinə gətirib çıxarmayıb. Əksinə, müharibədən sonra növbədənkənar seçkilərdə qalib gəlib.
Bununla yanaşı, N.Paşinyan hakimiyyətinə münasibətdə getdikcə fərqli fikirləşənlərin sayı artır. Ən maraqlı olan odur ki, Qarabağı artıq yada salan yoxdur. Əvəzində Rusiya ilə gərginlik fonunda Ermənistanın Ukraynaya çevrilə biləcəyindən ehtiyatlananların sayı artır.

Müstəqil və müxalifət mediası N.Paşinyanın altı illik idarəçiliyinə fərqli mövqedən yanaşır. Daha çox onu məsuliyyətsiz bəyanatlar səsləndirməkdə, verdiyi sözlərə əməl etməməkdə ittiham edirlər - bütün bunlar baş nazirin idarəçiliyini xarakterizə edən əsas cəhətlər kimi vurğulanır. Son günlərin ən aktual məsələsi - Rusiya ilə yaşanan gərginlik fonunda Ermənistanın Avropa ailəsinin bir üzvünə çevriləcəyi az qala illüziya kimi qəbul edilir.
Əksər müstəqil və müxalifət mediası iddia edir ki, Nikolun altı illik idarəçiliyi yalan vədlər üzərində qurulub. Əsas arqumentlər də ondan ibarətdir ki, 2018-ci il “məxməri inqilabın”dan sonra ölkənin problemləri azalmaq əvəzinə, daha da artıb. Vəd olunan proqramların heç biri yerinə yetirilməyib - işsizlik, miqrasiya sürətlə artır. N.Paşinyanın vəd etdiyi “iqtisadi möcüzə” planı da reallaşmayıb.

Əvvəla, Nikol Paşinyan vəd edir ki, Ermənistan Avropa İttifaqının üzvü olacaq. Lakin bir qədər fərqli düşünən kəsim hesab edir ki, bu, çox təhlükəli yalandır. Əsas iddia da ondan ibarətdir ki, Qərbin özünün belə İrəvanın Avropa İttifaqına qoşulması ilə bağlı planı yoxdur. Brüsselin Ermənistanı sadəcə Ukraynasayağı özünə inteqrasiya edəcəyi vurğulanır. Bu vədin nəticələri isə göz önündədir. Kiyevə vəd edilən üzvlük reallaşmayıb. Ölkə ərazilərinin xeyli hissəsini itirib. Milyonlarla insan ev-eşiyini tərk edərək Avropaya sığınıb. Müharibənin də tezliklə başa çatacağı gözlənilmir. Analoji ssenari Ermənistan üçün də keçərlidir. Ölkənin sürətlə Rusiyadan uzaqlaşması, Kreml əleyhinə bəyanatları gücləndirməsinin cavabsız qalmayacağı şəksizdir. Hətta gözləmək olar ki, vəziyyət Ukraynadan da ağır ola bilər. Ermənistanda yerləşən Rusiya hərbi bazası hər an partlaya bilən mina rolunu oynayır. Digər təhlükəli ssenari Metsamor Atom Elektrik Stansiya ilə bağlıdır. Onsuz da qəzalı vəziyyətdə olan stansiyada hər an nəsə baş verə bilər. Ermənistan hələ də anlamaq istəmir ki, Qərbin şirnlikləndirici vədləri ona baha başa gələ bilər.
Erməni mediası bir məsələni də xüsusi qabardır. Qeyd olunur ki, Ermənistanın yeganə vəzifəsi Rusiya və İranla mübarizəsində “vasitə” rolunu oynamaqdır. Qərb də bunu gizlətmir. Nikol Paşinyan da buna razılıq verib. İrəvanın tezliklə Avropa İttifaqı ailəsinin üzvü olacağı, sadəcə sadəlövhlər üçün nəzərdə tutulub.

Erməni mediasında yer alan ikinci məsələ isə Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı ilə bağlıdır. Hakimiyyət iddia edir ki, Ermənistan Rusiyanın himayəsi ilə qurulan hərbi təşkilatı tərk edərsə, Qərb və NATO Ermənistanın təhlükəsizliyinə təmin edəcək. Erməni mediası bunu da yalan adlandırır. Əsas faktor kimi də NATO-nun Baş katibi Yens Stoltenberqin Bakı və İrəvana səfəri göstərilir. Bildirilir ki, bu səfər bir çox mətləblərə aydınlıq gətirdi. Onlar sadəcə Ermənistanın təhlükəsizliyini təmin etməyəcəklər.
Üçüncü məsələ yenə də KTMT ilə bağlıdır. Məhz N.Paşinyan hakimiyyəti ilk gündən qurumu tərk etməyə qərar verib. 2022-ci il oktyabrın 6-dan baş nazir rəsmən KTMT-dən çıxmaq, Rusiya qoşunlarının Qarabağ və Ermənistandan çıxmasını, Rusiyanın Türkiyə ilə əvəzlənməsi siyasətini yürüdür. Ermənistan müxalifətində belə bir fikir hökm kəsilib ki, hakimiyyət Qərbə doğru istiqamət götürməyib, əksinə, ölkəni Türkiyənin nəzarəti altına salmağa çalışır.

Dördüncüsü, Azərbaycanla Ermənistana arşında sərhədlərin delimitiasiya və demarkasiyasına gəldikdə, Nikol Paşinyan hakimiyyətinin bu məsələdə də yalan danışdığı vurğulanır. “Axı sərhədlərin təhlükəsizliyinin təminatçısı kim olacaq? Fransa prezidenti Emmanuel Makron, yaxud Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişelmi? Bu iki şəxs Praqa görüşündən sonra necə keçmiş separatçı DQR rejiminə qarant olmuşdular, Ermənistan üçün də elə olacaqlar”, - erməni mediası yazır.
Maraqlıdır ki, müxalif olan erməni mediasında da türkofobiya azalmayıb. Hər vəchlə iddia edirlər ki, Paşinyan Ermənistanı Türkiyənin ağuşuna sürükləyir. Ölkənin avrointeqrasiyasını isə yalan adlandırır. Əksinə, vurğulanır ki, erməni vətəndaşların Avropa İttifaqına ölkələrinə viza alması çətinləşib və korrupsiya mənbəyinə çevrilib. Avropa dəyərlərini geosiyasi vektorla qarışdırmaq gərək deyil. Ukrayna nümunəsi göz önündədir.
Beləliklə, Ermənistan cəmiyyəti bir müddət sonra “məxməri inqilab”ın növbəti ildönümünü təmtəraqla qeyd edəcək. Bəs görəsən, baş nazir hesabat çıxışında hansı nailiyyətləri qeyd edəcək? Yaxın gələcəkdə ermənilərin Avropa ailəsinin bir üzvünə çevriləcəyini iddia etməyə isə çox güman ki, cürət etməyəcək.(Report)
Tarix: 1-04-2024, 18:30
Bölməyə aid digər xəbərlər
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
2-04-2024, 09:18
Aprel qələbəsinin 8-ci İLİ
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
30-06-2021, 11:03
Əldə olunmuş Qələbə ədalətin təntənəsidir
15-04-2024, 19:32
Müstəmləkə dövrünün xiffəti - Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
1-12-2023, 07:24
Laçının işğaldan azad edilməsindən üç il ötür
25-04-2024, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
3-02-2024, 15:21
Mədəniyyət Nazirliyi bu yubileyə biganə qalacaq?
25-11-2023, 07:52
Kəlbəcərin azad olunmasının ildönümüdür
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL