16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
ASALA, PKK himayəçisi Fransanın Moskva terrorundakı izi - TƏHLİL





Bölməyə aid digər xəbərlər

Fransa terrorizmi dəstəkləyən dövlət kimi də dünya tarixində xatırlanacaq. Uzun illər müstəmləkə torpaqlarında dinc sakinlərə qarşı törətdiyi soyqırımı azmış kimi, bəzi terror cinayətlərinin də mərkəzində Fransa dayanır.
Ötən il Mali hakimiyyəti Fransadan hərbçilərini çıxarmağı tələb etmişdi. Buna səbəb fransızların terrorçularla əlaqəsi göstərilirdi.
Fransa hakimiyyəti Afrikada iradəsinə tabe olmayan, Yelisey sarayının ağalığına qarşı mübarizə aparan neçə-neçə siyasətçini fiziki olaraq məhv edib.
Bu gün isə Moskvada “Crocus City Hall”da törədilən terror hadisəsinin günahkarları araşdırılır. "Bu cinayəti hansı dövlət və niyə törədib?" sualına cavab axtarılır. Siyahıda adı ilk yerdə gələn ölkələrdən biri məhz Fransadır.
Rusiya Milli Təhlükəsizik Şurası sədrinin müavini Dmitri Medvedev “Crocus City Hall”da baş verən hadisədə Fransa prezidenti Emmanuel Makronun adını çəkib. Müxtəlif dəyərləndirmələrə əsasən, rəsmi Paris bu dəhşətli terror aktının sponsorlarındandır.

Fransanın adı bu cinayətdə, nəzəri cəhətdən olsa belə, niyə hallanır? Beynəlxalq aləmdə elə hadisələr baş verir ki, onun müəllifini və ya müəlliflərini axtarmağa elə də çox vaxt lazım olmur. Məsələn, 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən silsilə teraktlarda “əl-Qaidə”nin adının hallanmasına heç kim təəccüblənmədi, yaxud bu qruplaşmaya qara yaxıldığını dilə gətirmədi. Çünki “əl-Qaidə” davranışı və törətdiyi cinayətlərə əsasən bu "nüfuzu" qazanmışdı. Sonradan irəli sürülən mülahizələr öz təsdiqini tapdı. Quantonama həbsxanasında bu terrorla əlaqəsi olan qrup üzvləri həbsdə saxlanıldı.
“Crocus City Hall” terror cinayətinin açılmasında Rusiya daha maraqlı ölkədir. Bu baxımdan, Federasiyanın aidiyyəti qurumlarının məsələyə dair çoxsaylı əsaslarının olduğu da istisna edilmir.
Fransa Türkiyəyə qarşı fəaliyyət göstərən bütün terror qruplaşması təəssübkeşləri və tərəfdarlarının, bir sıra hallarda isə üzvlərinin, liderlərinin sığınacaq yeridir. Ötən əsrin əvvəllərində Fransada daşnaklar Osmanlı və Türkiyənin rəsmi dövlət adamları, diplomatlarını terror edib.

Sonralar bu sıraya ermənilərin ASALA terror təşkilatı da daxil oldu. Bu qruplaşma Fransanın himayəsi altında olan Livanın Beyrut şəhərində 1980-ci illərdə yaradılıb. Onun türklərə qarşı törətdiyi çoxsaylı cinayətlərin izləri tarixdə qalıb.
Bundan başqa, 1981-ci ildə bu ölkədə erməni gəncləri “Orli qrupu”terror qruplaşmasını qurub. Bu qrup 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib. “İntiharçılar eskadronu” adlı erməni terror təşkilatı 1981-ci ildə Parisdə yaradılıb. Bu terror qrupu Türkiyənin Fransadakı Baş Konsulluğunun binasına hücumda iştirak edib. Emmanuel Makronun prezidenti olduğu ölkədə 1990-cı ildə “Gənc ermənilər ittifaqı” yaradılıb. O, diplomatların oğurlanması ilə məşğul olub. 1991-ci ildə Fransada “Erməni azadlıq hərəkatı” (AOD) yaradılıb. O, ASALA ilə sıx şəkildə fəaliyyət göstərib.
Fransa Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalması istiqamətində ən çox fəallıq göstərən erməni havadarlarından idi. 2020-ci ildə 44 günlük müharibə zamanı da Fransa Ermənistanın Azərbaycanda törətdiyi cinayətlərin şəriki olduğunu göstərmişdi. Rəsmi Paris həmin günlərdə özünü terrorçu qruplaşmaların başçısı kimi aparırdı.

Yelisey sarayı Azərbaycanı könüllü olaraq tərk edərək Ermənistana getmiş erməni sakinləri ələ almaq üçün təkcə ötən ilin əvvəlində 12,5 milyon avro ayırmışdı. Sonrakı dövrdə bu rəqəm daha çox olub. Emmanuel Makron bu yaxınlarda Ukraynaya 2 min hərbçi göndərəcəyini bildirmişdi. Ehtimal olunur ki, onların bir hissəsi Qarabağdan könüllü olaraq Fransaya köç edən sakinlərdir. Onlar vaxtilə Qarabağda Azərbaycana qarşı silahlı hücumlarda iştirak etmiş köhnə döyüşçülərdir. Bu baxımdan, Makron hakimiyyətinin xüsusi xidmət orqanları sosial vəziyyəti ilə əlaqədar tora saldığı erməniləri Fransa dövlətinin adından Ukraynaya göndərməyə çalışır. Vaxtilə terrorçu PKK, İŞİD, ”əl-Qaidə” və başqa qruplaşmalar da sıralarına bu sayaq silahlı toplayıb. İndi Fransanın belə davranışı terror qruplaşmaların fəaliyyətini xatırladır.
Fransa hakimiyyəti Afrikada qalıb möhkəmlənmək, olduğu ölkələrin hakimiyyət orqanlarına təzyiq vasitəsi olaraq terrorçu qruplaşmalardan daim istifadə edib. Bu baxımdan, onun beynəlxalq terrorizmlə əlaqələri xəbəri də yenilik sayılmır. Fransanın “Lafarge” şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərmiş sement zavodunun İŞİD terror qruplaşması ilə əlaqələri buna örnəkdir. Zavodun bu terror qruplaşması tərəfindən maliyyələşdirdiyi çoxdan təsdiqlənib. Türkiyə Milli Kəşfiyyat Təşkilatının keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorizmə xidmət göstərən bu sement zavodu darmadağın edilmişdi.

Bu və başqa məlumatlar Fransanın beynəlxalq terror hadisələrində əli olduğunu təsdiqləyir. Odur ki, “Crocus City Hall”da törədilən terror aktında Fransa xüsusi xidmət orqanlarının əli olduğu da istisna edilmir. Bu mənada, rəsmi Parisin azərbaycanəsilli iş adamlarına məxsus konsert zalında məlum terrorun törədilməsi də təsadüfi sayılmır. Yelisey sarayı bu cinayəti ilə Azərbaycanla Rusiya arasında əlaqələrə xələl gətirmək, Rusiyada dini və etnik zəmində nifaq yaratmağı hədəfləyə bilər. Çünki Azərbaycanın Cənubi Qafqazda Qərb və Şimalla güclü əlaqələrə malik yeganə dövlət olması faktını Fransa hakimiyyəti qəbul edə bilmir.
Yeri gəlmişkən, Fransa Rusiyadan ən çox təbii qaz alan Avropa İttifaqı ölkəsidir. 2024-cü ilin əvvəlindən bu ölkə Federasiyadan mayeləşdirilmiş təbii qazın (LNG) illik alışını 75 faiz artırıb. Bu da Aİ-nin istənilən digər ölkəsinin göstəricilərini üstələyir.
"Politico"nun məlumatına görə, 2024-cü ilin ilk üç ayında Fransa Rusiyadan 600 milyon avrodan çox LNG alıb.
Qeyd edək ki, rəsmi Paris Avropa İttifaq ölkələrini Azərbaycanın təbii qazından imtina etməyə çağırıb. Bu isə deməyə əsas verir ki, Fransa energetika bazarında da Azərbaycan üçün problem yaratmağa cəhd göstərir.
Rəsmi Bakının mövqeyi Parisə Cənubi Qafqazda at oynatmağa mane olur. Rusiya ilə Azərbaycanın münasibətlərinin korlanması isə vəziyyətin Qərbə doğru dəyişməsinə təkan verər. Belə hal isə Parisin əlini gücləndirər. Bu kimi səbəblərə görə Fransa Azərbaycanın hətta Qərb bloku ilə də münasibətlərinin inkişafına mane olmağa çalışır. Beləliklə, müstəmləkəçi, insan alverçisi Fransa bundan sonra beynəlxalq aləmdə həm də terrorçuluğun sponsoru olaraq tanınacaq.(Report)
Tarix: 12-04-2024, 18:41
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
15-04-2024, 19:32
Müstəmləkə dövrünün xiffəti - Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
1-05-2024, 18:58
Azərbaycan neokolonializm praktikasına göz yummayacaq - İlham Əliyevdən dünyaya mesaj - ŞƏRH
13-05-2024, 13:20
Gürcüstandakı xaosda “FRANSIZ BARMAĞI” – Paris qonşu ölkəni qarşıdurmaya sürükləyir...
2-04-2024, 18:58
Fransanın Ermənistandakı nümayəndələri: Hədəf Türkiyədir?
1-04-2024, 19:22
“Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb - YENİLƏNİB
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-05-2024, 18:10
Fransanın gecikən bəyanatı - Makron hökuməti geri çəkilir - ŞƏRH
29-03-2024, 10:35
Ombudsman bəyanat YAYDI
9-04-2024, 18:42
Qafqazdan Mərkəzi Asiyaya uzanan fransız casus şəbəkəsi - Parisin məkrli planı - ŞƏRH
25-03-2024, 15:27
Moskvadan sonra Avropada terror QORXUSU
23-03-2024, 10:40
Ölənlərin sayı 82 nəfərə çatdı - Yenilənib
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
11-01-2024, 13:12
“BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransanın cinayətləri ört-basdır edilir çünki...”-Asim Mollazadənin şərhi
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL