16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Gürcüstandakı xaosda “FRANSIZ BARMAĞI” – Paris qonşu ölkəni qarşıdurmaya sürükləyir...

Bölməyə aid digər xəbərlər

Gürcüstan ayaqdadır. Hər an vətəndaş toqquşması baş verə bilər. “Xarici agentlər haqqında” qanun layihəsi bu gün parlamentdə sonuncu, üçüncü oxunuşda müzakirəyə çıxarılır. Buna etiraz edənlərsə təkcə parlamentin qarşısını yox, bütün Tiflis küçələrini bürüyüb. Ötən həftə 200 min etirazçı eyni anda küçələrə çıxıb. Bu da məsələnin kifayət qədər ciddi olmasından xəbər verir.
Dinc etirazlar isə hər an qarşıdurmaya çevrilə bilər. Çünki etirazçılar arasında kifayət qədər xarici agent var. Onlar öz ağalarından göstəriş aldıqları andaca hərəkətə keçəcəklər.
Hansı ölkələr Gürcüstanda vətəndaş qarşıdurmasını istəyir?
Maraqlıdır ki, Gürcüstanda xaosun yaranmasında maraqlı olan bəzi ölkələr artıq açıq şəkildə mövqelərini büruzə verməyə başlayıblar. Həmin ölkələrdən biri də Fransadır. Rəsmi Paris ilk gündən etirazçıları dəstəkləyib.
Bununla kifayətlənməyən fransız siyasilər öz çevrələrindəkilərlə də ciddi iş aparırlar. Təsadüfi deyil ki, Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili etirazçıların sırasına qatılan ilk diplomat olub.
Belə ki, o “Xarici agentlər haqqında” qanun layihəsinə görə rəhbərlikdən bu vəzifədə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini xahiş edib:
“Şəxsən mən ətrafımda nə hökumətdə, nə də diplomatlar arasında açıq-aşkar rusiyayönümlü olan heç kəsi tanımıram. Başa düşürəm ki, bu, müəyyən məqsədə çatmaq üçün bir növ taktika ola bilər. Bu istiqamətdə mənim rolum və tezisim: “Avropaya doğru irəliləyin”-dir”.
Cavaxişvili iddia edir ki, bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyinin iki əməkdaşı açıq şəkildə “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı çıxış ediblər.
Həmin şəxslərdən biri - Xarici İşlər Nazirliyinin Avro-Atlantik İnteqrasiya Departamentinin müşaviri Georgiy Tsikarişvili bildirib ki, qanun layihəsi “ölkənin Avropa İttifaqına inteqrasiyasını təhdid edir və Gürcüstan Konstitusiyasına və ölkənin demokratik inkişafına ziddir”.
Daha bir maraqlı məlumat odur ki, Gürcüstanın Ermənistandakı səfirliyinin birinci katibi Aleksandr Qoqoladze də qanun layihəsinin əleyhinə çıxış edib. O, həmçinin etirazçılara qarşı “hakimiyyətin nümayişkəranə şəkildə istifadə etdiyi zorakılığı” pisləyib.
Fransa öz təsir dairələrində işə başlayıb.
Göründüyü kimi, Gürcüstanda baş verənlərə ilk reaksiya verənlər Fransa və Ermənistanda işləyən gürcülərdir. Bu da o deməkdir ki, Fransa Cənubi Qafqazda xaos yaratmaqda çox istəklidir. Ona görə də hər vasitə ilə Gürcüstanda qarışıqlıq yaratmağa çalışır.
Bunun üçün hətta yerli diplomatları ələ almaqdan belə çəkinmir. Baxmayaraq ki, Fransanın bu mövqeyi beynəlxalq hüquqa ziddir. Amma rəsmi Paris beynəlxalq qanunları və digər dövlətlərin suveren hüquqlarını çoxdan ayaqlar altına atıb.
Yada salaq ki, son illər Fransa öz ərazisindən Ermənistana hərbi sursatların çatdırılması üçün Gürcüstana davamlı təzyiqlər edirdi. Nəhayət, ötən il rəsmi Paris öz istəyinə çatdı. Gürcüstan hökuməti Fransadan göndərilən hərbi sursatın Ermənistana çatdırılması üçün koridor verdi. Bu gün isə Gürcüstanda ictimai-siyasi sabitliyin pozulması üçün Yelisey Sarayı yeni planlar cızır.
Bu planlarsa Gürcüstana yaxşı heç nə vəd etmir. Rəsmi Paris çalışır ki, Gürcüstanda anti-Rusiya ritorikaları güclənsin. Sonunda isə bu məsələ hərbi toqquşmaya qədər gedib çıxsın.
Hərbi münaqişə baş verəcəyi təqdirdə isə Fransa birbaşa və yaxud Avropa İttifaqı bayrağı altında Cənubi Qafqaza soxulsun. Ona görə də Fransa həm Ermənistanda, həm də Gürcüstanda ciddi iş aparır.
Azərbaycanla bacarmadı…
Rəsmi Parisin gücü çatmayan tək region ölkəsi isə Azərbaycandır. Təsadüf deyil ki, Fransa Ermənistan və Azərbaycan XİN rəhbərinin Almatı görüşünü dəstəkləyib.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mayın 12-də departamentin saytında dərc olunmuş bəyanatda deyilir:
“Fransa mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundunun keçirilməsini alqışlayır. Paris sülh müqaviləsinin imzalanması məqsədilə İrəvanla Bakı arasında danışıqların davam etdirilməsini dəstəkləyib. Fransa tərəflərin 7 oktyabr 2022-ci ildə Praqada keçirilən dördtərəfli görüş çərçivəsində 1991-ci il Almatı Bəyannaməsinə, bu prosesin əsası kimi onların ərazi bütövlüyünün qarşılıqlı tanınmasına sadiqliklərini təsdiqləmələrinin vacibliyini vurğulayır”.
Bununla paralel olaraq, rəsmi Paris 19 aprel 2024-cü il tarixli bəyannamədə razılaşdırılmış prinsiplər əsasında sərhədlərin delimitasiyasını davam etdirməyə çağırıb.
Eyni zamanda, Paris tərəfləri sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə səsləyib:
Maraqlı odur ki, Fransa bu günədək Qərbin iştirakı olmadan baş tutan hansısa görüşü alqışlamayıb. Bax, məsələnin ən təəccüblü yanı da budur. Çünki Fransa açıq şəkildə bütün platformalarda Ermənistanı dəstəkləyir. Ən əsası isə Cənubi Qafqaz məsələsində rəsmi Paris bir qayda olaraq tərəf kimi çıxış edib. Yəni Makron hökuməti Cənubi Qafqaza soxulmaq üçün bütün vasitələrdən istifadə edib.
Bütün bunlara rəğmən Fransanın Almatı görüşünü alqışlması heç cür anlaşılmır. Burada iki məqam var. Ya Fransa gücsüzlüyünü anlayıb, qlaf dəyişdirir. Guya ki, rəsmi Parisin əsas istəyi sülhdür və bu sülhün hansı yolla əldə olunması vacib deyil. Ya da ki, Azərbaycanı xəbərdarlıqları lazımi ünvana çatıb.
Amma bütün hallarda Fransanın dayanacağı heç də inandırıcı görünmür. Ermənistanda və Gürcüstanda baş verənlər də bunu sübut edir.
Bizim.Media
Tarix: 13-05-2024, 13:20
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
25-04-2024, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
5-04-2024, 20:53
Deputatlar bu gün nələri müzakirə etdi...
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
3-05-2024, 15:46
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
5-12-2023, 08:09
Milli Məclis yenidən toplaşır - Gündəlikdə 22 məsələ var
15-12-2023, 18:10
Milli Məclisin növbəti iclasının tarixi və GÜNDƏLİYİ
29-03-2024, 09:44
Milli Məclis bu gün 21 məsələyə görə TOPLAŞIR
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
18-04-2024, 11:00
Gürcüstanda "xarici agentlər" qanunu və etirazlar - Proses nə yerdədir?
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
11-05-2024, 10:16
Avropalı nümayəndə heyəti ilə görüşdən imtina etdi
9-04-2024, 18:42
Qafqazdan Mərkəzi Asiyaya uzanan fransız casus şəbəkəsi - Parisin məkrli planı - ŞƏRH
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH