15:14 / 03-12-2024
Xəyyam Əhmədli dəfn olundu
10:16 / 03-12-2024
Neftimiz ucuzlaşdı
18:26 / 02-12-2024
Bu ərazidə işıq olmayacaq
13:32 / 02-12-2024
Sabah leysan yağacaq
11:14 / 02-12-2024
Prezident qəbul keçirdi
09:41 / 02-12-2024
Bayden oğlunu əfv etdi
Qafqazdan Mərkəzi Asiyaya uzanan fransız casus şəbəkəsi - Parisin məkrli planı - ŞƏRH

Qafqazdan Mərkəzi Asiyaya uzanan fransız casus şəbəkəsi - Parisin məkrli planı - ŞƏRH

Fransa Afrika ölkələrində diplomatik uğursuzluqları fonunda yeni koloniya axtarışını davam etdirir. Bu fonda ən uğurlu namizəd də Ermənistan ola bilər. Onun İrəvanla bağlı siyasəti bu qənaəti gücləndirir. Belə ki, Yelisey sarayı Rusiya ilə gərginlik və rəqabəti sürətlə Cənubi Qafqaza gətirir.

Ermənistan bütün mənada Fransanın regionda müstəmləkəsi olmaq üçün ideal namizəddir. İrəvanı silahlandırıb revanşizmə sürükləyən Paris çirkin və riyakar oyun oynayır, onu ölümcül silahlarla təchiz edir. Məsələn, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, Fransa Ermənistana başqa ölkələr üçün əlçatmaz olan hərbi texnika tədarük edir. Səfir paylaşımına Fransanın “Thales” şirkətinin istehsal etdiyi radarları, o cümlədən üç ədədi Ermənistana təhvil verilmiş “Ground Master 200” sistemləri haqqında məqalənin linkini əlavə edib. Bu, Fransanın Ermənistanı fəal şəkildə silahlandırmaqda davam etdiyini bir daha nümayiş etdirir. Bu da öz növbəsində Cənubi Qafqazda uzunmüddətli sülhün əldə olunması imkanlarına mənfi təsir göstərir.

Hər halda Fransa unutsa da, Ermənistan fransız silahının dəmir parçası olduğunu yaddan çıxarmamalıdır. Bu, 44 günlük müharibənin ilk günlərində də təsdiqini tapdı. Ermənilərin bəh-bəhlə təbliğ etdikləri "Ohanyan xətti"ni yada salaq. Bu "xətt"in qurulmasında fransız şirkətləri mühüm rol oynamışdılar. Səfirin də indi durub Ermənistanı yeni silahlarla təchiz edəcəklərini bəyan etməsi avantüradan başqa bir şey deyil.


Fransanın Ermənistanla müdafiə və hərbi texnologiyalar sahəsində əməkdaşlığı başqa nədən xəbər verir?

Birincisi, Makron hakimiyyəti erməniləri yeni hərbi gərginliyə ruhlandırır, bununla da onları sülh planının reallaşmasından uzaqlaşdırır.

İkincisi, səfir bu açıqlaması ilə demək istəyir ki, ölkəsi İrəvanı tək buraxmaq niyyətində deyil. İddia edir ki, Ermənistanın təhlükəsizliyi naminə onu silahlandırır.

Üçüncüsü, Fransa NATO daxilində ilk ölkədir ki, qadağaların üstündən xətt çəkərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvünü silahla təchiz edir. Dekotini də bunu xüsusi tonla səsləndirir.

Ermənistan çox gözəl anlayır ki, 2020-ci ildə biabırçı məğlubiyyət zərbəsi aldığı Azərbaycan onu dizüstə çökdürüb, döyüş qabiliyyətini darmadağın edib. Sadəcə, bunu etiraf etməyə cürət etmir. Fransa da İrəvanı aldatmağa və təxribata, avatüraya çəkməyə çalışır. Məgər sınmış Ermənistan ordusu döyüş qabiliyyətinə malikdir? Əlbəttə ki yox! Sadəcə, Paris mümkün olmayanı mümkünə çevirməyə ümid edir. Məhz bu səbəbdən də gələcək müstəmləkəsini yeni və təhlükəli gərginliyə sürükləyir.


Avantüradan söz düşmüşkən, Fransanın Cənubi Qafqaz planının ən avantürist hissəsi casus şəbəkəsi ilə bağlıdır. Artıq bəlli olur ki, Paris casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın atası oğlunun görüşdüyü iki "diplomat"ın Fransa xüsusi xidmət orqanlarının agentləri olduğunu təsdiqləyib. Fransa Prezidenti Emmanuel Makrona yanvarın 23-də göndərdiyi məktubda atası Riçard Rayan yazıb ki, Martin başqalarının oyunlarının qurbanı olub.

“Qeyd edək ki, dekabrın 4-də “Merkorama” MMC-nin Baş direktoru Martin Rayan Bakıda casusluq ittihamı ilə həbs edilib. Özlərini Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları kimi təqdim etsələr də, əslində isə xarici kəşfiyyat agentləri olublar. Martini də casusluğa onlar sövq ediblər. Həmin iki agent sonradan Bakıdan qovulublar. Azərbaycanda ifşa olunmuş Fransa casus şəbəkəsi ilə bağlı məsələlər aparıcı fransız mətbuat səhifələrinin geniş müzakirə mövzusuna çevrilib, hətta həbsdə olan Martin Ryanın atası məsələlərdə Fransa kəşfiyyat orqanı DGSE-ni kəskin ittiham edən müsahibələrlə çıxış edib". Bu barədə "Observer Online" yazıb.

Bu il aprelin 6-da yayımlanmış məqalədə qeyd edilir: “Məlum olur ki, Azərbaycanın təhlükəsizlik orqanı tərəfindən iş üzrə həbs edilənlərdən biri də Fransanın Azərbaycandakı diplomatik heyətinə yerləşdirilmiş kəşfiyyatçıları ilə əməkdaşlıq etmiş Azərbaycan vətəndaşı A.Məmmədlidir. O, Fransa vətəndaşlığının verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Fransa vətəndaşı Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın xeyrinə yox, ziyanına işləməyə başlayıb. Azərbaycanda Fransanın casus şəbəkəsinin ifşası prezident Emmanuel Makron üçün dərs olmayıb. Ölkəsini aşağılamaqda davam edir, beynəlxalq aləmin gözündə gülünc vəziyyətə salmaqdadır.


Foto: Sud.ua

Yeri gəlmişkən, bəlli olan odur ki, fransız xüsusi xidmət orqanlarının casus şəbəkəsi Mərkəzi Asiyaya qədər uzanır. DGSE-nin tək Qafqazda deyil, Mərkəzi Asiya da aktiv fəaliyyət göstərdiyi üzə çıxıb. Yayılan məlumatlara görə, Qırğızıstanın Milli Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları sifarişli qətl törətmək üçün Bişkekə gedən və ölkənin paytaxtında saxlanılan 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələrinə təhvil veriblər. Bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat mərkəzi məlumat yayıb. Mediada yer alan xəbərlərə görə, bu şəxslər fransız kəşfiyyatı üçün məlumatlar toplayıblar. Fransanın "Europe 1" radiosu iddia edir ki, fransız xüsusi xidmət orqanlarının Mərkəzi Asiyada operativ tədbirləri yayda keçiriləcək Olimpiya Oyunları zamanı terror hücumlarının qarşısını almağa yönəlib. Lakin bu da inandırıcı görünmür. Sadəcə, hədəf bölgəni nəzarətə almaqdır.

Beləliklə, görünən odur ki, Makron Fransası Cənubi Qafqaz daxil olmaqla Mərkəzi Asiyaya qədər çirkin və məkrli planın reallaşmasına çalışır.  (Report)



Tarix: 9-04-2024, 18:42


Bölməyə aid digər xəbərlər