16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
İsrail və İranın aramsız savaş anonsu - müharibə riski nə qədər ciddidir? - ŞƏRH




Bölməyə aid digər xəbərlər

İsrail dövləti yarandığı vaxtdan silahlı qarşıdurma və müharibələrlə üzləşib. Başqa sözlə, bu ölkə savaşlardan çıxıb. Bu baxımdan, onun üçün müharibədə iştirak yeni hadisə sayılmır.
İran İslam Respublikası (İİR) da yarandığı ilk ildən etibarən, İraqla uzunmüddətli müharibə aparıb. Sonrakı illərdə isə yaratdığı müxtəlif silahlı-siyasi qruplaşmalar vasitəsi ilə əsasən İsrailə qarşı savaşıb.
Qısacası, hər iki ölkə müharibə təcrübəsinə malikdir. Ancaq bir fərq var. İsrail ərazisi həmişə birbaşa hücumlara məruz qalıb. Məsələn, ərəb ölkələri və Livan “Hizbullah”ı ilə yəhudi dövlət arasında baş verən müharibələri örnək göstərmək olar.
1988-ci ildə İraqla atəşkəsin imzalanması ilə İran ərazisində hərbi əməliyyatlara son qoyulub. Sistan və Bəlucistan əyalətlərində silahlı toqquşmanı, bir də ölkənin qərb hissəsinə PKK terror qruplaşmasının hücumlarını nəzərə almasaq, İslam Respublikasında 36 ildir sakitlikdir.
İndi dünyanın diqqəti yenidən İsrailə yönəlib. İranın ötən həftəsonu İsrail ərazisinə birbaşa zərbələr endirməsinə yəhudi dövlətinin cavabı nə olacaq?
Tehran iddia edir ki, Suriyanın paytaxtı Dəməşq şəhərindəki diplomatik missiyasını vurduğu üçün İsrailə birbaşa hücum həyata keçirib. Rəsmi Təl-Əviv Tehranın bu iddiasını rədd etdiyi üçün məlum olayın araşdırılmasına ehtiyac olduğu qənaətinə gəlmək olar.

Ancaq çox da uzaq olmayan keçmişdə İranın İsrailin səfirliyinə və yəhudi mədəniyyət mərkəzinə yönəlik hücumları planlaşdırmasında və maliyyələşdirməsində iştirakına dair sənədlər yayılıb.
Məlumatlara əsasən, 1992-ci il martın 17-də Argentinanın paytaxtı Buenos-Ayresdəki İsrail səfirliyinin binasına hücum nəticəsində 29 nəfər ölmüş, 242 nəfər isə yaralanmışdı. Bu ilin aprelində baş tutan məhkəmədə həmin hücumun Argentinanın İranı nüvə materialları və texnologiyası ilə təmin etmək haqqında müqaviləni ləğv etməsinin qisasını almaq məqsədi ilə Tehran tərəfindən təşkil edildiyi, Livanın “Hizbullah” qruplaşması tərəfindən həyata keçirildiyi qənaətinə gəlinib.
Məhkəmə bu terror aktını insanlığa qarşı cinayət kimi qiymətləndirib. İranı isə onun sifarişçisi kimi rəsmən terrorçu dövlət elan edib. İkinci hadisə isə 1994-cü il iyulun 18-də yenə həmin şəhərdə Yəhudi mədəniyyət mərkəzində 275 kiloqramlıq bombanın partladılması ilə törədilib. Törədilən bu terror aktı nəticəsində 85 nəfər ölmüş, 300-dən çox insan yaralanmışdı. Bu cinayətin də izlərinin İran hakimiyyətinə gedib çıxdığı bildirilir.

Həmin hadisələrə cavab olaraq, İsrail İrana hücum etmədi. Yəhudi dövlətinin Argentinadakı səfirliyi də İsrail ərazisi sayılır və beynəlxalq qanunlarla qorunur.
Onda rəsmi Təl-Əviv hadisə baş verən ölkənin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində hadisənin araşdırılmasına üstünük verdi.
Təşkil olunan son hücumdan sonra da Tehranın İsrailə qarşı hədələyici ritorikası davam edir. Ötən gün İran Prezidenti İbrahim Rəisi ölkəsinin maraqlarına zidd olan istənilən hərəkətə “dəhşətli cavab” veriləcəyi ilə hədələyib: “Təcavüzkarın cəzalandırılması əməliyyatı uğurla həyata keçirilib”.
İslam Respublikası xarici işlər nazirinin müavini Əli Baqeri isə İsrailə cavabı 12 gün gözləməyəcəklərini, cəmi bir neçə saniyə ərzində hərəkətə keçəcəklərini bəyan edib.
Tehran rəsmilərinin bu məzmunda açıqlamaları İsrailin mümkün cavabını daha sərt qarşılayacaqları qənaətinə gəlməyə əsas verir.
İsrail hökuməti isə İranın hücumuna qarşı atacağı addımlarla bağlı yekun qərar qəbul etməyib. Ölkənin xarici işlər naziri İsrael Kats bildirib ki, nə qədər gec deyil, İran dayandırılmalıdır. O, İranın hücumuna hərbi cavabla yanaşı, diplomatik cavab zərbəsi də hazırlandığını bildirib. Nazir aprelin 16-da 32 ölkəyə məktub göndərdiyini, onlarla xarici işlər nazirləri və dünya liderləri ilə danışdığını, raket hücumuna görə İrana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, danışıqlarda İranı zəiflətmək üçün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsini istəyib.
Bu çıxışlardan da göründüyü kimi, tərəflər qarşılıqlı hücumları davam etdirəcəklərini gizlətmirlər. Bəhs etdiyimiz açıqlamalar “səhnə”də divardan asılan tüfəngi xatırladır.
İranın İsrailə hücumu həm də ABŞ-nin nüfuzuna ciddi zərbə sayıla bilər. Bu isə Birləşmiş Ştatların beynəlxalq maraqlarına təsirsiz ötüşməyəcək. Məlum əməliyyatın İran hakimiyyəti üçün də ölkə daxilində və xaricində zəifləyən nüfuzunu artırmaq məqsədi daşıdığını ehtimal etmək mümkündür. Region ölkələri İslam Respublikasını daha çox pozucu, dağıdıcı qüvvə kimi tanıyır. O, bu müstəviyə İsraili də cəlb etmək niyyəti ilə hücum səhnəsi yaratmağı hədəfləyib.
Yaranmış durum İran cəmiyyətini psixoloji gərginlikdə saxlayır. Tehran şouya bənzər bu “tamaşa”dan əhalinin narahatlığının səngiməməsi və etiraz aksiyalarının keçirilməməsi üçün də alət olaraq yararlanır.

Bir məsələyə də diqqət etmək yerinə düşər. İranın istənilən dövlətlə mümkün müharibəsi həm də bu ölkənin vətəndaşı olan Güney Azərbaycan türklərinin də həyatına ciddi təsir göstərir. İraqla 8 il davam etmiş mənasız müharibədə bir milyondan çox Güney Azərbaycan türkünün öldüyü barədə qeyri-rəsmi məlumat mövcuddur.
Odur ki, İsrailin mümkün hücumu və beynəlxalq ictimaiyyətin tətbiq edəcəyi sanksiyalar da onların yaşayışına əlavə mənfi təsirlər yaradacaq. Bu mənada Azərbaycan Respublikası ictimaiyyətinin perspektivdə Güney azərbaycanlıların taleyinə laqeyd qalmayacağı qətiyyən istisna olunmur. Çünki vaxtilə İran hakimiyyətinin hikkəli İraqla apardığı müharibənin gedişində Təbriz şəhəri və dinc azərbaycanlı sakinlər də əziyyət çəkmişdi.
Ona görə də İsrailin İrana nəzərdə tutduğu hərbi, iqtisadi, diplomatik hücum bir sıra nigaranlığa son qoya, Tehranın 45 ildə topladığı resursları faş edə bilər. Yəni “divardakı tüfəng”in tətiyinin çəkilməsi ilə Yaxın Şərqdəki mövcud düzənin dəyişməsi üçün yeni yol açılması çox real görünür.(Report)
Tarix: 16-04-2024, 15:00
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
8-04-2024, 16:32
İranın vəziyyətinin göstəricisi - Sepahın dezinformasiyası - ŞƏRH
12-04-2024, 18:41
ASALA, PKK himayəçisi Fransanın Moskva terrorundakı izi - TƏHLİL
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
15-04-2024, 16:18
Üçüncü dünya müharibəsi: Azərbaycan üçün əsas milli maraqların qorunmasıdır - ŞƏRH
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
2-04-2024, 14:58
ABŞ-Ermənistan hərbi əməkdaşlığı və susqun Tehran - ŞƏRH
13-02-2024, 16:47
Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı yekun qərarı - TAM MƏTN
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?