16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə - İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH



Bölməyə aid digər xəbərlər

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb. Çünki Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və vəziyyət düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul edir. Digər tərəfdən, Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsas dəstəkçilərindən biridir.
1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Altı ay sonra - sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri almanəsilli Lorentz Kuntz olub (Azərbaycanda alman icmasını təmsil edib). Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub saxlanılmasını təmin edir.

Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektiv dialoq mövcuddur. Onu da xatırlatmaq yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev 1996-cı il iyulun 1-4-də Almaniyada rəsmi səfərdə olub. Təsadüfi deyil ki, Berlin bu illər ərzində Avropada Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eləcə də, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır.
Almaniya dünya siyasətində öz yeri və rolu olan ölkədir. Ona görə də Prezident İlham Əliyevin bu dövlətə səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan lideri səfər zamanı ikitərəfli münasibətlərin pik həddə olduğunu xüsusi qeyd edib. O bildirib ki, son vaxtlar Almaniyaya səfərləri müntəzəm xarakter alıb və Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır.
Keçən ilin martında Berlində, iki ay əvvəl Münxendə kansler ilə görüşdüyünü xatırladan dövlət başçısı bildirib: “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər də var. Prezident İlham Əliyev almaniyalı iş adamları ilə əvvəllər reallaşdırdığı görüşündə ölkəmizin bu sahədə mövcud imkanları barədə ətraflı məlumat verib. O bildirib ki, təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Belə bir əminlik ifadə edilib ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcək.

Qeyd etmək yerinə düşər ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişənin həllində obyektiv mövqeyi ilə seçilib. Məsələn, Almaniya “Dağlıq Qarabağı” respublika kimi tanımayıb. Bununla da öz mövqeyini nümayiş etdirmiş olub. Almaniya bununla Fransadan fərqli olaraq iki ölkə arasında sülhün əldə edilməsində tərəfsizlik göstərib. Bu isə onun rəsmi Bakının daxili işlərinə qarışmaq niyyətində olmadığını göstərib.
Elə bu gün də kansler Olaf Şolts bu mövqeni bir daha təsdiqləyib. “Son görüşdə hər ikiniz (Azərbaycan və Ermənistanı nəzərdə tutaraq) məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz”, - deyən kansler Almaniyanın hər iki ölkəni lazımi kompromislər üçün dəstəkləməyə hazır olduğunu vurğulayıb: “Demarkasiya ilə bağlı ilkin razılıq bizi sevindirir. Bu istiqamətdə cəsarətli addımı təşviq edirəm”.
Göründüyü kimi, Azərbaycanla Almaniyanın münasibətləri hazırda sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bundan sonra da Avropa üçün uzun illər əhəmiyyətli tərəfdaş olacaq.(Report)
Tarix: 26-04-2024, 16:53
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
2-04-2024, 14:58
ABŞ-Ermənistan hərbi əməkdaşlığı və susqun Tehran - ŞƏRH
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
15-04-2024, 16:18
Üçüncü dünya müharibəsi: Azərbaycan üçün əsas milli maraqların qorunmasıdır - ŞƏRH
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
4-04-2024, 16:42
Azərbaycan yeni münaqişə ocağına qarşı - əsas hədəf təhlükəsiz Cənubi Qafqazdır - ŞƏRH
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-03-2024, 18:38
3 nazirin imzaladığı Bakı Bəyannaməsi - TAM MƏTN
20-04-2024, 16:21
Addım - addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
30-06-2021, 11:05
Müstəqillik illərində ordu quruculuğu – Ulu Öndərin fəaliyyəti
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
19-03-2024, 14:36
Stoltenberqin Qafqaz SƏFƏRİ və Putinin üçüncü dünya müharibəsi MESAJI