16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Metsamor həqiqətlərini gizlədən Mirzoyanın Vyana yalanları - ŞƏRH



Bölməyə aid digər xəbərlər

Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyətə dezinformasiya ötürməklə məşğuldur
Avstriyanın paytaxtı Vyanada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin iştirakı ilə danışıqlar baş tutub. Erməni mediasının yaydığı xəbərlərə görə, tərəflər bir sıra mühüm mövzuları, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Məlumata görə, Ararat Mirzoyan və Rafael Qrossi arasında danışıqlar nüvə təhlükəsizliyi üzrə beynəlxalq konfrans çərçivəsində keçirilib.
Maraqlıdır ki, Vyanada “Gələcəyin formalaşdırılması” mövzusunda baş tutan Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda (ICONS 2024) çıxış edən erməni nazir növbəti yalanlarla gündəm olub.
Erməni nazir ölkəsində qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor atom elektrik stansiyasının (AES) törətdiyi qlobal təhlükəyə toxunmayıb. Əksinə, iddia edib ki, ölkəsi beynəlxalq agentliyin təhlükəsizlik tədbirləri üzrə sazişlərinə və əlavə protokollarına tam əməl edir. O, əməkdaşlıq çərçivəsində Ermənistanın AEBA-nın müvafiq tövsiyələrinə uyğun olaraq obyekt səviyyəsində nüvə təhlükəsizliyinin yaxşılaşdırılması üçün bir sıra layihələr həyata keçirdiyini vurğulayıb: “Bu cür təkmilləşdirmələr, eləcə də atom elektrik stansiyalarının genişmiqyaslı modernləşdirilməsi və yenidən qurulması nüvə enerjisinin lehinə əlavə ictimai etimad və təbliğat yaratdı”.
Nazir tədbir iştirakçılarını inandırmağa çalışıb ki, Ermənistan özünün Milli Fəaliyyət Planı vasitəsilə BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsi əsasında üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirir.

Qeyd edək ki, Türkiyə sərhədindən 16 kilometr məsafədə yerləşən AES 1969-1977-ci illərdə Ermənistan SSR ərazisində Metsamor şəhəri yaxınlığında tikilib.
Metsamor AES-in istismar müddətinin çoxdan başa çatması və hazırda işə yararsız olduğu səbəbindən onun bağlanması tələbi ilə Azərbaycanda və digər qonşu ölkələrdə müzakirələr aparılıb. Dəfələrlə vurğulanıb ki, stansiya növbəti Çernobıl və ya Fukusima hadisəsi kimi fəlakət törədə biləcək, partlamağa hər an hazır dinamit kimidir. Stansiyanın təhlükəliliyi barədə dəfələrlə region ölkələri - Türkiyə, Azərbaycan, Gürcüstan tərəfi narazılığını ifadə edib. Hər üç ölkəni təmsil edən qeyri-hökumət təşkilatları, ekoloqlar bəyanatlarla çıxış edib, narahatlıqlarını ifadə ediblər. Çağırışlarda AES-in bütün region üçün təhlükə yaratdığı vurğulanıb.
Türkiyə Böyük Millət Məclisinin Müraciət Komissiyasına atom elektrik stansiyalarının yaratdığı risklərə qarşı tədbir görülməsi ilə bağlı müraciət daxil olub. Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, AES-in bağlanmasında müstəsna məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistanın qoşulduğu Nüvə Təhlükəsizliyi Konvensiyasının icmal iclaslarında, Nüvə Təhlükəsizliyi Konfransında və digər müvafiq forumlarda AES-in təbii fəlakətlərin tez-tez baş verdiyi regionda yerləşdiyi vurğulanır. Stansiya bütün region üçün risk faktorunu təmsil edir.(Report)
Qeyd olunub ki, Ankara həm MAQATE-nin baş konfranslarında, həm də beynəlxalq ictimaiyyətə lazımi müraciəti edərkən bu risklərdən danışır. Bölgə və dünyanın ikinci Çernobılın öhdəsindən gələ bilməyəcəyi və bu səbəbdən də Metsamorun bağlanmalı olduğu vurğulanır.

Təəssüflər olsun ki, bu çağırışlar cavabsız qalıb.
Ermənistanın bu müraciətlərə mövqeyinə gəldikdə, rəsmi İrəvan dəfələrlə bəyan edib ki, stansiyanın bağlanması üçün addım atmaq niyyətində deyillər. Qeyd edilib ki, stansiya ilə bağlı hər hansı məsələ ortaya çıxarsa, dərhal Ermənistan hökumətinə məlumat veriləcək, ilk olaraq problemin olduğu və müəyyən tədbirlər görülməsinin vacibliyi bildiriləcək.
Yeri gəlmişkən, Azərbaycanın vətəndaş cəmiyyəti də hesab edir ki, AEBA və digər müvafiq beynəlxalq təşkilatlar bu aktual problemin həlli üçün regionun ən çox zərər çəkmiş ölkəsi olan Azərbaycanla sıx əməkdaşlıq etməlidir. Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün beynəlxalq ixtisaslaşmış təşkilatlardan təzyiqlər göstərilməlidir. Stansiyanın ekoloji fəlakət doğurması ehtimalının böyük olduğu və fəaliyyətinin dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərə əhəmiyyət verilməməsi Ermənistan rəhbərliyinin məsuliyyətsizliyini və müstəqil siyasi qərarvermə iqtidarında olmadığını sübut edir.
Ehtimal olunan nüvə faciəsi hətta Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsinə ciddi təsir edə bilər. Beynəlxalq təşkilatlar, ətraf mühitin qorunması ilə məşğul olan təşkilatlar bütün regionu əhatə edəcək nüvə qəzası təhlükəsini önləmək üçün yubanmadan konkret və praktiki addımlar atmalıdır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu məsələyə ciddi diqqət yetirməlidir. Ermənistan əhalisi də öz təhlükəsizliyi barədə düşünməlidir.
Beləliklə, qeyd olunanlar AES-in təcili olaraq, heç bir müzakirəsiz və mübahisəsiz bağlanmasına əsas verir. Tək bölgədə yerləşən Azərbaycan, Gürcüstan, Türkiyə və digər qonşu dövlətlərin alim və mütəxəssisləri deyil, beynəlxalq təşkilatlar, dövlətlər də bu problemə ciddi yanaşmalıdır. Yalnız bu halda region üçün böyük təhdiddən qurtulmaq mümkündür. Başqa sözlə, öz əhalisinin və region dövlətlərində yaşayan xalqların təhlükəsizliyini nəzərə almayan Ermənistan hakimiyyəti Metsamor AES-in fəaliyyətini dayandırmasına məcbur edilməlidir.(Report)
Tarix: 22-05-2024, 18:29
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
4-03-2024, 19:04
Qrossi Rusiyaya gedəcək
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
26-04-2024, 17:58
İlham Əliyev Berlində "XV Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edib - YENİLƏNİB-5
8-04-2024, 16:32
İranın vəziyyətinin göstəricisi - Sepahın dezinformasiyası - ŞƏRH
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
29-01-2024, 10:46
"Rosatom" Ermənistanda atom enerjisini inkişaf etdirmək istəyir
1-04-2024, 18:30
Nikol Paşinyanın xam xəyalı: Aİ-yə üzvlük reallaşmayacaq - ŞƏRH
16-05-2024, 13:28
Dünya 60-cı illərə GERİ QAYIDIR – “Nüvə müharibəsi başlayarsa...”
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
10-05-2024, 19:03
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
25-07-2020, 14:05
“Azərişıq” üç rayonun 30-a yaxın kəndində yenidənqurma işləri həyata keçirir - FOTO/VİDEO
26-03-2024, 09:52
Cünevrədə mühüm TOPLANTI
26-04-2024, 10:38
Azərbaycandakı Çernobıl əlillərinin SAYI
19-04-2024, 19:45
İlham Əliyevin xalqa növbəti müjdəsi - dörd kənd də qaytarılır - ŞƏRH
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO