Həbsxanada görüşərik - Baqrat Qalstanyan Paşinyanı HƏDƏLƏDİ

Həbsxanada görüşərik - Baqrat Qalstanyan Paşinyanı HƏDƏLƏDİ

Bilirəm ki, Paşinyanla (Ermənistanın baş naziri – red.) görüş proseduru var və mən ona həbsxanada baş çəkəcəyəm.


Bunu Ermənistanda keçirilən aksiyaların rəhbəri, “Vətən naminə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan mayın 30-da İrəvandakı Respublika meydanında itaətsizlik etirazı zamanı jurnalistlərlə söhbətində deyib.



Onun sözlərinə görə, Paşinyanla hər gün görüş gözlənilir.


“Nə bu adamın, nə də Vahe Qazaryanın (Ermənistanın daxili işlər naziri - red.) cəsarətləri yoxdur”, - Qalstanyan qeyd edib.Qalstanyan sözlərinə görə, hazırda hökumətdə qanunsuz iclas çağırılıb.


“Bu adam hər cəhətdən tükənib: həm mənəvi, həm də hüquqi cəhətdən. Siz velosiped sürürdünüz, amma indi velosiped haradadır?”, - deyə hərəkatın lideri əlavə edib.


Qeyd edək ki, mayın 29-da Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, əgər kimsə onunla görüşmək istəyirsə, qəbula yazıla bilər.



Tarix: 30-05-2024, 14:10


Bölməyə aid digər xəbərlər
26-03-2024, 09:52 Cünevrədə mühüm TOPLANTI