19:35 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
18:15 / 21-11-2024
Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir
17:36 / 21-11-2024
QHT: İqlim maliyyələşdirilməsi Qlobal Şimalın etdiyi talanın kiçik bir hissəsidir
16:53 / 21-11-2024
Prezident bu mərkəzləri ləğv etdi - Sərəncam
16:27 / 21-11-2024
Azərbaycan XİN Pakistana başsağlığı verib
15:51 / 21-11-2024
Xaçmazda yol qəzası olub, ölən və yaralananlar var
15:11 / 21-11-2024
“Anadolu S”ə hücum - husilərin Türkiyəni təxribata çəkmək cəhdi - TƏHLİL
14:04 / 21-11-2024
Nazir: Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir
12:45 / 21-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək
12:44 / 21-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək
12:01 / 21-11-2024
Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək
15:02 / 15-11-2024
Özbəkistanın ekologiya naziri: COP29 qlobal ekoloji gündəliyi müzakirə etməyə imkan verir
14:30 / 15-11-2024
Rövşən Rüstəmova yeni müavin TƏYİN EDİLDİ - DOSYE
12:34 / 15-11-2024
Sülh sazişi ilə bağlı konkret razılaşma yoxdur - XİN rəhbəri
11:54 / 15-11-2024
Ceyhun Bayramov: Ümid edirik ki, iqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacaq
10:29 / 15-11-2024
COP29-un 5-ci gününün GÜNDƏLİYİ
09:45 / 15-11-2024
Bakıda 4 marşrutun fəaliyyəti BƏRPA EDİLİR
09:16 / 15-11-2024
“Orta Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” proqramı təsis edilib
17:39 / 14-11-2024
Spiker Millətlər Birliyinin Baş katibi ilə görüşüb
17:02 / 14-11-2024
Mikayıl Cabbarov: "Azərbaycan daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqinə sadiqdir"
16:11 / 14-11-2024
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
15:08 / 14-11-2024
Paşinyan üçtərəfli bəyanatı imzalamasından danışdı: “..mən bunu niyə etdim?”
14:34 / 14-11-2024
Yeni ildə neçə gün iş olmayacaq?
13:09 / 14-11-2024
Fransa - İsrail oyunundan öncə təhlükəsizlik tədbirləri gücləndirilib
12:49 / 14-11-2024
"İqlim Skaneri"nin ilkin nəticələri təqdim olunub
11:29 / 14-11-2024
İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb - FOTO
10:07 / 14-11-2024
Bakının bu qəsəbəsinin qazı kəsiləcək
09:36 / 14-11-2024
COP29-da TDT ölkələrinin ekologiya üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb
09:05 / 14-11-2024
COP29-un dördüncü günü: Kimlər çıxış edəcək? - SİYAHI
Paşinyanın iki çıxışına bir baxış - ANALİZ
Bölməyə aid digər xəbərlər
Ermənistanda daha çox qarışıqlıq yaratmaq məqsədi ilə keçirilən etiraz aksiyaları davam edir. Polis qüvvələri ilə etirazçılar arasında ara-sıra toqquşma da yaşanır.
Etirazlar əvvəlki günlərlə müqayisədə hökumət üçün daha çox narahatlıq yaradır. Ötən gün yürüşçülərlə asayiş keşikçiləri arasında toqquşma olub. Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 12-sində hökumətin iclasında və iyunun 13-də parlamentdəki çıxışında ölkəsinin mövcud vəziyyətinə dair məsələlərə toxunub.
O bildirib ki, qarşıdurmanın məsuliyyəti ümumerməni katolikosu II Qaregin və keçmiş prezident Rober Koçaryanın üzərinə düşür. Yeri gəlmişkən, ikincinin oğlu, deputat Levon Koçaryanın cangüdəni etiraz aksiyasında polis qüvvələrinə hücum edənlər sırasındadır.
Paşinyan bununla da aksiyaçıların arxasında gizlənən Ermənistandakı qüvvələri açıqlayıb. Hər iki şəxs isə Rusiyayönümlü sayılır. Bu baxımdan baş naziri mövcud hadisələrin əsas müəllifinə işarə edib.
Bu aksiyanın iştirakçıları Paşinyanın istefasını tələb edirlər. Baş nazir məsələyə də aydınlıq gətirərək deyib: “Azı on dəfə demişəm, Ermənistan xalqı hökuməti dəyişmək istəsə, bunu edəcək”. Bununla da keşiş Baqratın keçirdiyi tədbirin tələbi ilə istefa verməyəcəyini, belə bir niyyətinin olmadığını bildirib. Bu açıqlama həm də iyunun 17-də parlamentin növbədənkənar iclasının gündəliyinə cavab da sayıla bilər. Həmin iclas müxalifətin istəyinə uyğun olaraq keçirilir. Toplantıda Paşinyan və hökumətin istefası layihəsinin müzakirə olunacağı gözlənilir.
Ermənistanda hökumət əleyhinə olan KİV və Rusiyayönümlü siyasilər hələ də ATƏT-in Minsk qrupundan, həmsədrlikdən bəhs edirlər.
Azərbaycanın onunla bağlı mövqeyi məlumdur. Rəsmi Bakı bu mənasız qurumu çoxdan arxivə göndərib. Nikol Paşinyan da məsələ ilə bağlı bildirib ki, ATƏT-in Minsk qrupunun üzvləri 2022-ci ilin fevralından sonra hətta, ondan əvvəl də bir-biri ilə təmasda olmayıb. Başqa sözlə, ATƏT-in Minsk qrupu de-fakto mövcud deyil.
Paşinyan bununla Ermənistanın Azərbaycanla münaqişə vəziyyətində olmadığına işarə edib. Hökumət iclasındakı çıxışında o, kommunikasiya xətlərinin açılması və rəsmi Bakı ilə sülh sazişinin tezliklə imzalanması mümkünlüyündən də danışıb.
O, sülh sazişi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, həmçinin sərhədlərin delimitasiyasını tamamilə mümkün sayır.
Hökumət başçısı bu açıqlaması ilə Ermənistanda qarışıqlıq yaradanlara və yaratmaq istəyənlərə də ismarış göndərib. O həm də 2020-ci il noyabrın 10-da atəşkəsə dair imzalanan üçtərəfli Bəyanatın 9-cu maddəsinə əməl etməyə hazır olduqlarını sətiraltı vurğulayıb. Qeyd edək ki, Prezident İlham Əliyev bu müddəada Zəngəzur yolunun açılmasının nəzərdə tutulduğunu bildirmişdi.
Prezident bu ilin əvvəlində yerli TV təmsilçilərinə müsahibəsində qeyd etmişdi ki, ölkənin qərb əyalətlərini Naxçıvanla birləşdirəcək Zəngəzur yolu açılmazsa, Ermənistanla sərhədlər açılmayacaq: “Ən uyğun variant Mehri rayonundan keçəcək marşrutdur. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. İnsanlar və yüklər Azərbaycandan Azərbaycana yoxlayış olmadan keçməlidir. Əks halda Ermənistan sonsuzadək dalana dirənəcək. Qeyd etdiyim marşrut açılmasa, Ermənistanla sərhədimizi açmayacağıq".
Nikol Paşinyan da sülh sazişində əvvəl kommunikasiyaların açılmasından danışmaqla bu yolun açılması ilə bağlı üzərilərinə düşəni edəcəklərini bildirib.
Rəsmi İrəvan bu addımı atarsa onda tərəflər arasında etimadın artmasına xidmət etmiş olar. Bu isə sülh sazişinin imzalanması prosesinin sürətləndirər.
Ermənistanın Rusiyaya etiraz vasitələrindən biri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır (KTMT). Bu rəsmi İrəvanla Moskva arasında münasibətlərin gərginliyinin lakmusudur.
Nikol Paşinyan hər iki toplantıdakı çıxışında bu təşkilatla bağlı çıxış edib.
Hökumətin iclasında KTMT-də gələcək üzvlüyə dair belə açıqlama verib: “Biz qərar qəbul edəndə çıxacağıq”. Bu bəyanat müxtəlif şəkildə yayıldı. Sonra fikrinin təhrif edildiyini bildirdi.
Baş nazir iyunun 13-də parlamentdəki çıxışında daha konkret olub: “Biz KTMT-də qalacağımızı deməmişik. Bizim suallarımız var. Onlara cavab axtaracağıq”. O qeyd edib ki, məsələ ilə bağlı qərar verəcəklər: “Ancaq bu bir ay, bir il də çəkə bilər”.
Paşinyan geri qayıtmaq istəyənlərə də ismarış verib: “Narahat olmayın, geri qayıtmacağıq”.
O, Ermənistan dövlətini sıfır vəziyyətinə salmaq istəyənlərdən də danışıb.
Baş nazir müxalif deputatları tənqid edərək deyib: “Qarabağ sakinləri sizin üçün mitinq keçirmək üçün materialdır”. Onun sözlərinə görə, müxalifətin hədəf ölkədə yeparxiya qurub, kef içində yaşamaqdır.
O əlavə edib ki, zəif hökumət, dövlət üçün fəlakətdir. Paşinyan müxalifətin buna cəhd etdiyini vurğulayıb. Hökumət başçısı aksiya iştirakçılarını təxribatçı adlandırıb: “Hamısı cinayət məsuliyyətinə cəlb edlməlidir”.
Bu ismarışı da Qaregin və Koçaryanın havadarları üçün ismarış saymaq olar. Başqa sözlə, Paşinyan aksiyanın təşkilatçılarına qarşı cinayət işi başlayacağını gizlətməyib.
Nikolun parlamentdəki çıxışında qalmaqala səbəb ola biləcək növbəti açıqlama Belarusla bağlıdır. Onun sözlərinə görə, bu gündən Ermənistanın heç bir rəsmi nümayəndəsi bu ölkəyə səfər etməyəcək: “Mən gedib Belarus prezidenti ilə KTMT formatında oturub bu məsələni müzakirə edə bilərəm? Nə qədər ki, Aleksandr Lukenşenko bu ölkənin prezidentdir, bir daha Belarusa səfər etməyəcəyəm”.
Rusiya ilə Belarusun müttəfiqlik münasibətlərini nəzərə alsaq bunu rəsmi İrəvanın Minskə etirazı kimi də qəbul etmək olar. A.Lukaşenko Ermənistanla bağlı məsələlərdə bir çox hallarda Rusiya rəsmilərinin mövqeyindən çıxış edir, onları dəstəkləyir. Ehtimal etmək olar ki, Paşinyan da bu mövqeyinə görə, Belarusa getməyəcəyini bildirir. Əslində o, bunu həm də Rusiyaya qarşı bir jest edir. Bunu belə də dəyərləndirmək olar - münasibətlərin gərginliyinə görə Moskvaya səfər etməməyə cürəti çatmasa da, Minsklə bağlı bu addımı ata bilər.
Hökumət başçısının iki çıxışını ümumi olaraq aşağıdakı kimi dəyərləndirmək olar:
- Paşinyan istefa verməyəcək. O dəyişikliyin yalnız seçki yolu ilə baş verə biləcəyi ismarışını verib;
- Aksiyanın sponsorunun ünvanını verib;
- Etiraz aksiyası təşkilatçıları saxlanılacaq, yaxud həbs olunacaq;
- Revanşistlərə və havadarlarına “geriyə yol yoxdur” ismarışı yollayıb;
- Bir az gec, bir az tez KTMT ilə münasibətləri bitirəcəklər;
- Rusiyaya KTMT və Lukaşenko açıqlamaları ilə ismarış verib;
- Azəbaycanla münasibətlərin normallaşması istiqamətində fəaliyyəti davam etdirəcək və s.
Nəhayət, Paşinyan bu çıxışları ABŞ-Ermənistan Strateji Dialoqun yekun iclasından, dövlət katibinin Avropa və Asiya işləri üzrə müavinin Ceyms O’Brayanla görüşdən sonra edib. Bunun da baş verənlərlə əlaqəsi yox deyil.(Report)
Tarix: 13-06-2024, 16:25
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
3-06-2024, 15:53
SOCAR-a hücum: Azərbaycanın dostları ilə münasibətlərinə zərbə vurmağa cəhd - TƏHLİL
1-04-2024, 18:30
Nikol Paşinyanın xam xəyalı: Aİ-yə üzvlük reallaşmayacaq - ŞƏRH
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
15-04-2024, 19:32
Müstəmləkə dövrünün xiffəti - Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH
22-04-2024, 09:57
Erməni bloger: “Kəndlər üçün etiraz edən ermənilər bir-iki gün də hay-küy salıb qaçacaqlar” – ÖZƏL
25-04-2024, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
1-04-2021, 21:56
Rusların "zabit şərəfi": Şuşaya zərbənin şok təfərrüatı - Video
13-05-2024, 13:20
Gürcüstandakı xaosda “FRANSIZ BARMAĞI” – Paris qonşu ölkəni qarşıdurmaya sürükləyir...
13-05-2024, 18:10
Fransanın gecikən bəyanatı - Makron hökuməti geri çəkilir - ŞƏRH
15-05-2024, 15:04
Gürcüstanda nə baş verir? - Payız həlledici ola bilər - ANALİZ