16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Məxfi plan: ABŞ Ermənistan və Azərbaycana qarşı hərbi təxribatlara hazırlıq görür - ŞƏRH




Bölməyə aid digər xəbərlər

ABŞ Ermənistanı Cənubi Qafqazda forpostu, yeni koloniyası elan etməyə çalışır və bu istiqamətdə aktiv fəaliyyətə keçib. Bu dövlət bir tərəfdən regionda sülhün bərqərar olmasından dəm vurur, digər tərəfdən də Ermənistanı silahlandırır, hətta onunla birgə hərbi təlimlər keçirir.
Kəlbəcərdə baş vermiş son atışmanın arxasında da, şübhəsiz, ABŞ-nin Ermənistanı təhrik etməsi durur. Hər vəchlə bölgədə gərginlik yaradan, Yaxın Şərqi fəlakətə sürükləyən və qana bulayan ABŞ indi də Cənubi Qafqazda bu çirkin planını reallaşdırmağa çalışır. Ermənistanda “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimləri də bunun tərkib hissəsidir. Hərbi təlimlərin ssenarisi yalandan başqa cür təqdim edilsə də, bu, dağlıq ərazilərdə hücum və diversiya əməliyyatlarına hazırlıq məqsədi daşıyır. Yəni Ermənistan ordusu hazırlanır ki, Azərbaycan ilə həmsərhəd regionlarda bu kimi əməliyyatlar keçirilsin.

Təlimlərə gəldikdə, iyulun 24-ə qədər davam edəcək proses sayca ikincidir. Şübhəsiz ki, təlim adı altında bölgədə çirkin bir oyun oynanılır və növbəti dəfə Ermənistandan istifadə olunur. Aydındır ki, Vaşinqtonun Ermənistanla yaxınlaşmasının və bu ölkə ilə birgə hərbi təlimlər keçirməsinin məqsədi İrəvanı Rusiyadan uzaqlaşdırmaqdır. Vaşinqton çalışır ki, Nikol Paşinyan hökuməti qısa müddət ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etsin. Paşinyan buna hazırdır, ancaq bunun qarşılığında Ağ evdən təhlükəsizlik təminatı almaq istəyir. Vaşinqton Ermənistana bu təminatı verə bilmir.
Bir faktı da qeyd etmək yerinə düşər ki, son vaxtlar okeanın o tayından diplomatların, missionerlərin İrəvana səfərləri bir-birini əvəzləyir. İyulun əvvəlində senator Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyəti, onun ardınca USAID rəhbəri Samanta Pauer Ermənistanda olublar. Bir neçə gün bundan əvvəl isə ABŞ Dövlət katibinin müavini Uzra Zeya İrəvanda görünüb. Rəsmi məlumata əsasən, İrəvanda hökumət rəsmiləri ilə görüşlərində “erməni-amerikan əməkdaşlığının gücləndirilməsi, Ermənistanın demokratiya, qanunun aliliyi, korrupsiya ilə mübarizə və məhkəmə islahatları sahələrində nailiyyətlərinin təbliği” kimi məsələləri müzakirə edib.
Baş nazir Nikol Paşinyan Uzra Zeya ilə görüşündə Bakı və İrəvan arasında sülh danışıqları prosesini müzakirə edib. “Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. ABŞ Dövlət katibinin müavini vurğulayıb ki, ABŞ iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdə davam edəcək”, - məlumatda deyilir.
Lakin keçirilən təlimlər sübut edir ki, əslində, heç də belə deyil. Onlar bu cür cümlələrlə gözdən pərdə asırlar. Əksi olsaydı, Ermənistanı növbəti müharibəyə hazırlamazdılar.

Ehtimallara gəldikdə, birincisi, Vaşinqton sülh danışıqlarında vasitəçilik statusunu itirib və bu səbəbdən də Ermənistanla münasibətləri daha da dərinləşdirmək, ona təsirini artırmaqda israrlıdır. Bölgəyə səfərlərin intensivləşməsi, birgə təlimlər də bunun göstəricisidir.
İkincisi, Gürcüstanda planları pozulan ABŞ və Avropa İttifaqı Cənub Qafqazda özlərinin dayağı kimi Ermənistana “stavka” edirlər. Hesab etmək olar ki, bu, ən optimal versiyadır.
Üçüncüsü, Ermənistana dəstək ABŞ-də keçiriləcək seçkilərlə də bağlı ola bilər. Yəni erməni lobbisinin dəstəyini və maliyyəsini qazanmaq üçün hərəkətə keçilib. Hazırkı Prezident Cozef Bayden namizədliyini geri çəkdikdən sonra vəziyyət bir qədər mürəkkəbləşib. Respublikaçı namizəd Donald Tramp ən şanslı namizədə çevrilib və demokrat namizədin şansı azalıb. Belə bir durumda isə hazırkı demokrat rəhbərlik Ermənistanla bağlı müəyyən addımlar atır.
Maraqlısı budur ki, İran və Rusiya ABŞ-Ermənistan təlimlərinə reaksiya vermir, sadəcə, bəyanatlar verməklə işini məhdudlaşdırır. Hər ikisi keçirilən birgə hərbi təlimlərə susurlar. Eləcə də, Türkiyə də ciddi şəkildə narahat olmalıdır. ABŞ Suriya və İraqda yerləşən YPQ/PKK terrorçularına hər cür dəstək göstərərək onlardan Türkiyəyə qarşı istifadə etdiyi kimi, Ermənistandan da rəsmi Ankaraya qarşı istifadə edəcək. Bununla bağlı tarixi presedentlər də var. Məsələn, erməni daşnakların silahlandırılması və təlimlərinin Osmanlıya qarşı istifadə olunmasını yada salaq. Görünən də odur ki, Amerika bu oyunu yenidən oynayır.

Birləşmiş Ştatlar administrasiyası anlamalıdır ki, onun Cənubi Qafqazdakı maraqları bölgənin əsas dövləti sayılan Azərbaycanla əməkdaşlığın gücləndirilməsini diktə edir. Azərbaycanın da iştirakçısı olduğu Orta dəhliz layihəsi Ağ evin maraqlarına cavab verir. Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də ABŞ üçün əhəmiyyətlidir.
ABŞ Ermənistanla birgə hərbi təlimlərə, müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə son verməlidir. Azərbaycana sülhlə bağlı çağırışlar edən bir dövlət bu cür ziddiyyətli addımlar atmamalıdır.
Öz növbəsində, Ermənistan da anlamalıdır ki, bu proseslərdən məğlub çıxan yenə o olacaq. Ermənistan hakimiyyəti hələ də anlamaq istəmir ki, ikibaşlı siyasət yeritmək, kor-koranə əmr və tapşırıqlara əməl etməklə xalqını və bütövlükdə regionu növbəti gərginliyə sürükləyir. (Report)
Tarix: 22-07-2024, 17:49
Bölməyə aid digər xəbərlər
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-03-2024, 17:49
Ermənistan Laçından Azərbaycana hücum edəcək? - Yeni TƏXRİBAT
15-04-2024, 16:18
Üçüncü dünya müharibəsi: Azərbaycan üçün əsas milli maraqların qorunmasıdır - ŞƏRH
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-04-2024, 18:42
Qafqazdan Mərkəzi Asiyaya uzanan fransız casus şəbəkəsi - Parisin məkrli planı - ŞƏRH
4-04-2024, 16:42
Azərbaycan yeni münaqişə ocağına qarşı - əsas hədəf təhlükəsiz Cənubi Qafqazdır - ŞƏRH
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
31-01-2024, 10:33
Bakıda saxlanılan casusun Fransadakı qalmaqalı böyüyür - YENİ FAKTLAR
17-05-2021, 17:53
Gömrük Akademiyası bu mərkəzlə birgə təlimlərə başladı
20-07-2020, 17:55
Tovuz döyüşlərinin dərsləri - TƏHLİL
28-03-2024, 10:29
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
3-04-2024, 14:10
Ermənistanın mina terroru davam edir, beynəlxalq ictimaiyyət "ağzına su alıb oturur" - ŞƏRH