16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Fransa Ermənistanın çirkin oyunlarına göz yumur




Bölməyə aid digər xəbərlər

Ukraynadakı müharibə Fransa Prezidenti Emmanuel Makronun Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışında yer ayırdığı məsələlər sırasında olub. Burada da Fransa prezidenti ikili standartlar və qərəzli mövqe ortaya qoyub. O, Rusiyaya silah, sursat və ehtiyat hissələrin verilməməsinə çağırış etsə də, Ermənistanın adını çəkməyib.
Makronun çıxışındakı məqamlara diqqət yetirdikdə bəzi maraqlı nüanslar üzə çıxır.
Məsələn, prezident bildirib ki, beynəlxalq ictimaiyyətin ümumi maraqlarında Ukraynanın hüquqlarının bərpası və ədalətli, davamlı sülhün qurulması durur. “Fransa Ukraynanın ayaqda qalması, təhlükəsiz olması və ədalətə nail olması üçün əlindən gələni etməyə davam edəcək”, - deyən Makron əlavə edib ki, Ukraynaya müdafiəsi üçün lazım olan avadanlıqları təchiz etməyə davam edəcək.
O, müttəfiqləri və ən yaxın tərəfdaşları ilə birlikdə Ukrayna xalqının müqavimətini dəstəkləyəcəklərini və uzunmüddətli təhlükəsizliyə nail olmaqda ona kömək etməyi öhdəsinə götürüb. Fransa lideri ölkəsinin Ukraynaya yardım məsələsində “heç bir məhdudiyyət və qırmızı xətt olmadığını” aydın şəkildə bildirib.
“Ümumi marağımız Ukraynanın mümkün qədər tez öz hüquqlarını bərpa etməsi və uzunmüddətli sülhün qurulmasıdır. Fransa Ukraynaya silah tədarükünü davam etdirəcək. O, ukraynalıların müqavimətini dəstəkləyəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin edilməsinə kömək edəcək”, - Makronun Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışı zamanı verdiyi bəyanatda deyilir.

Bir neçə gün əvvəl Makron sülh məsələlərinə dair beynəlxalq konfrans çərçivəsində çıxış edərək bildirmişdi ki, Avropa ölkələri müəyyən mərhələdə Rusiya Federasiyası ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi barədə düşünməli olacaqlar. Prezident əminliklə Avropa ölkələrini yeni dünya nizamının qurulmasına səylərini cəmləşdirməyə çağırıb. O, öz mövqeyini İkinci Dünya Müharibəsinin nəticələrinə görə hökm sürən indiki dünya nizamını ona "natamam və ədalətsiz" görünməsi ilə əsaslandırıb.
Yeri gəlmişkən, Fransa ölkələri Rusiyaya ikili təyinatlı məhsulların və onların hissələrinin ixracından imtina etməyə çağırış edib. Hesab edib ki, ən əsas da İran və Şimali Koreya buna əməl etməlidir.
Qərəz və ikili mövqe ondan ibarətdir ki, Makron Ermənistana bu çıxışda yer ayırmır. Halbuki İrəvan bununla bağlı əsas haba çevrilib. Bu da onu deməyə əsas verir ki, ikili standartlar və siyasi riyakarlıq Qərb dövlətlərinin, xüsusən də Fransanın əsas xüsusiyyətlərindən birinə çevrilir. Beynəlxalq müstəvidə proseslərə ikili yanaşma, ədalət prinsiplərindən uzaqlaşma son illər özünü daha qabarıq göstərir. Fransa lideri bir tərəfdən Ukraynaya dəstək nümayiş etdirməyə, Rusiyaya silah-sursat satışını dayandırmağa çağırır. Lakin digər tərəfdən Ermənistanı BMT Nizamnaməsinin və digər beynəlxalq hüququn normalarının, eləcə də beynəlxalq təhlükəsizlik mexanizmlərini pozduğuna nəinki göz yumur, hətta dəstək verir.

Nəzarət etdiyi qurumlarla dövlətlərin daxili işlərinə qarışır, qarışıqlıq yaradır, sabitliyə qarşı çıxır, ölkələr arasında fərq qoyur, proseslərə ikili yanaşma sərgiləyir.
Fransa otuz ilə yaxın ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlananması ilə məşğul olsa da, əslində, erməni lobbisinin maraqlarından çıxış edib. Münaqişənin dondurulmasına çalışıb və proseslərin belə qalmasında maraqlı olduğunu ortaya qoyub. Bu proses Qarabağ işğaldan azad olduqdan sonra da davam edib. Ermənistanı silahlandırması da bu qəbildəndir.
Fransanın hədəfi Ermənistanı silahlandırmaqla onu Rusiyaya qarşı yönəltməkdir. Silahla təchizatın gücləndirilməsi Ermənistanda Ukrayna ssenarisinin həyata keçirilməsinə yönəlib. Bir sözlə, Ermənistan hərbi poliqona çevrilməkdədir.
Fransa ilə yanaşı, ABŞ-nin hərəkətləri də qərəzlidir. Ermənistanla sanki ərköyün uşaq kimi davranılır. Beynəlxalq müstəvidə proseslərə ikili yanaşma, ədalət prinsiplərindən uzaqlaşma son vaxtlar özünü daha qabarıq göstərir. ABŞ üzərinə götürdüyü öhdəliklərə nəinki əməl etmir, hətta BMT Nizamnaməsinin və digər beynəlxalq hüququn normalarının, eləcə də beynəlxalq təhlükəsizlik mexanizmlərinin gözdən salınması üçün əlindən gələni əsirgəmir.

Bir daha təsdiq olunur ki, Fransa və ABŞ regionda gərginliyin qalmasında maraqlıdır. Bu ölkələr Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına çalışmaqdansa, revanşizmə, qərəzə və riyakarlığa üstünlük verirlər. Məsələn, avqustun əvvəllərində ABŞ Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin İrəvanın “Zvartnots” hava limanına enişi heç bir halda Cənubi Qafqazla bağlı xoş niyyətdən xəbər vermir. Bu barədə ilk məlumatı yayan “Caliber.az” analitik-informasiya portalının yazdığına görə, təyyarələrdə Ermənistana hərbi yük və ABŞ ordusunun şəxsi heyəti göndərilib. Sosial şəbəkələrdə bunun görüntüləri də yayılıb.
Qeyd edək ki, hərbi yük əsasən snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, xüsusi təyinatlılar üçün zirehli gödəkcələr, hücum mini-dronları, kiçikölçülü minalar və ABŞ ordusunda istifadə olunan digər döyüş sursatlarından ibarətdir. Ermənistana göndərilmiş şəxsi heyət isə əksəriyyəti ABŞ ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşıdır. Onlar Ermənistan ordusunun hərbi geyimi ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdiriliblər.
Beləliklə, Qərb, xüsusən də Fransa Ermənistanla bağlı qərəzini və təhlükəli planını reallaşdırmaqda israrlı görünür. Bu planın reallaşması isə erməni xalqının, dövlətçiliyinin sonunu daha da yaxınlaşdırmış olacaq.(Report)
Tarix: 26-09-2024, 18:39
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-05-2024, 18:43
Makronun çökən imperiya siyasəti - Paris uğursuzluğun səbəbini Azərbaycanda görür - ŞƏRH
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH
20-09-2024, 15:37
Dövlət Departamentinin məntiqsizliyi - Ermənistanla ərköyün uşaq kimi davranılır - ŞƏRH
19-08-2024, 15:39
Makronun prezidentliyinin “pik” həddi - Fransa vətəndaş müharibəsi astanasında - ŞƏRH
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
26-09-2024, 16:09
Paşinyanın BMT-dəki keşiş rolu – falçı ümidinə qalan Ermənistan - ŞƏRH
23-05-2024, 17:28
Makronun ən böyük "nailiyyəti": Fransa Avropanın ən təhlükəli ölkəsi statusu qazanıb - TƏHLİL
13-05-2024, 18:10
Fransanın gecikən bəyanatı - Makron hökuməti geri çəkilir - ŞƏRH
1-05-2024, 18:58
Azərbaycan neokolonializm praktikasına göz yummayacaq - İlham Əliyevdən dünyaya mesaj - ŞƏRH
8-07-2024, 18:34
Xaosun başlanğıcı - Yeni Kaledoniyanın müstəqillik tərəfdarı Fransa parlamentində - TƏHLİL
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
15-04-2024, 19:32
Müstəmləkə dövrünün xiffəti - Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH
26-08-2024, 16:46
Söz azadlığına hücum, dünya siyasətində ikili standartların təzahürü - Durovun həbsinin təfərrüatları - ŞƏRH
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-02-2024, 14:49
Zelenski İrəvana niyə gəlir? - Məqsəd Rusiyanı qıcıqlandırmaqdır...
9-04-2024, 18:42
Qafqazdan Mərkəzi Asiyaya uzanan fransız casus şəbəkəsi - Parisin məkrli planı - ŞƏRH