16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
“Bakıya yarımçıq sülh lazım deyil”

Bölməyə aid digər xəbərlər

Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında qəribə iddia irəli sürüb və deyib ki, Azərbaycanla sülh sazişinin 16 bəndi artıq razılaşdırılıb.
Hələ ki, rəsmi Bakı bu bəyanata cavab verməyib, lakin bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev Belçikanın yeni səfiri ilə görüşündə açıq şəkildə vurğuladı ki, “sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz”. Bununla da dövlət başçısı Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifinin tamamilə reallıqdan kənar olduğunu və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğuladı.
Rəsmi Bakı demək olar ki, bütün səviyyələrdə dəfələrlə bəyan edib ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasının yeganə yolu onun öz konstitusiyasına və digər qanunvericilik aktlarına düzəliş etməsindən, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsindən keçir. Buna baxmayaraq, Ermənistan və havadarları tez-tez bəyanat verərək ən azından COP29 sammitinə qədər sülh müqaviləsinin imzalanmasına təkid edir, bununla da Azərbaycanın konstitusiya tələbini arxa plana keçirməyə çalışırlar. Ona görə də Alen Simonyanın bəyanatı şübhəli təəssürat yaradır və onun manipulyasiya olması ehtimalı daha güclüdür. Çünki haqqında bəhs edilən 16 maddə üzrə razılaşmaların konkret şərtləri, xüsusilə sərhəd, təhlükəsizlik, nəqliyyat kommunikasiyaları və ərazi bütövlüyü kimi məsələlərin necə həll olunduğu hələlik məlum deyil. Bu baxımdan Simonyanın bəyanatı əsas mövzular üzrə razılığın əldə edilmədiyini gizlətmək cəhdi kimi də dəyərləndirilə bilər.
Çox güman ki, Alen Simonyan bu bəyanatı ilə həm beynəlxalq ictimaiyyəti, həm də daxili auditoriyanı aldatmağa çalışıb. Beynəlxalq və lokal ictimai fikirdə belə bir təəssürat yaratmağa çalışıb ki, Ermənistan sazişin ən çətin maddələrinin belə razılaşdırılmasında xüsusi fədakarlıq göstərib və onun əsas niyyəti sülh müqaviləsinin imzalanmasıdır. Lakin hamıya aydındır ki, Simonyanın da, onun təmsil etdiyi hökumətin də bu cür addımları yalnız fırıldaqçılıq təəssüratı yaradır və Ermənistanın sülhlə bağlı niyyətinin qeyri-ciddi olduğunu göstərir. Digər tərəfdən, aydındır ki, sülh prosesi beynəlxalq vasitəçilərin iştirakı ilə baş verir. Bu vasitəçilər, xüsusən də ABŞ, Avropa İttifaqı və Rusiya Ermənistanla Azərbaycan arasındakı irəliləyişlərə dair öz mövqelərini ortaya qoymayıbsa, əgər beynəlxalq tərəflərdən hər hansı birindən razılaşmaya dair açıqlama, dəstək və ya təsdiq gəlməyibsə, Alen Simonyanın bu bəyanatı reallıqdan tamamilə uzaqdır və bir daha Ermənistan hakimiyyətinin manipulyasiya ilə məşğul olduğunu təsdiqləyir.
Ermənistan parlamentinin sədrinin bəyanatı müəyyən irəliləyişlərdən xəbər versə də, razılaşmaların nə dərəcə real olması, onların sülhə gətirib çıxarması ilə bağlı iddiaları doğrultmur. Əsas məsələlərdə irəliləyiş əldə edilmədən, yalnız bəzi texniki detallarda razılığa gəlinməsi sülh prosesində həqiqi nəticə kimi qiymətləndirilə bilməz. Hər halda Azərbaycanın mövqeyi bu bəyanatın nə qədər real olduğunu müəyyən edəcək. Azərbaycan hökuməti öz maraqlarına zidd olan və ya yetərincə aydın olmayan hər hansı razılaşmanı dəstəkləməyəcək. Ermənistan bu cür manevrlərini davam etdirə, hətta razılaşdırılmayan bəndləri kənara qoyub razılaşdırılmış bəndlər üzərində saziş imzalamaq təklifini də irəli sürə bilər. Lakin bütün hallarda Ermənistan bu sazişi Azərbaycanla imzalayacaq və rəsmi Bakının münasibəti açıq-aydın ortadadır. Bakıya yarımçıq sülh lazım deyil.
MTM Analitik Qrup
Tarix: 16-10-2024, 15:21
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
1-02-2024, 15:45
Bayramov Çunqonqla görüşdü
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH
17-05-2024, 11:26
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşüb
13-09-2024, 16:11
Etimad qazanmağın Zəngəzur yolu imtahanı - İrəvan bu sınağa yaxşı hazırlaşmır - ŞƏRH
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
2-07-2024, 14:04
Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ
2-07-2024, 14:04
Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-03-2024, 09:52
Cünevrədə mühüm TOPLANTI
24-04-2024, 13:45
Prezident 2 fərman imzaladı
20-08-2024, 20:22
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
14-03-2024, 15:27
İlham Əliyev 2 fərman imzaladı