13:14 / 07-06-2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
11:28 / 07-06-2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlanıb
10:00 / 07-06-2025
Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ
12:38 / 06-06-2025
Sabah yağış yağacaq - PROQNOZ
11:30 / 06-06-2025
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
10:58 / 06-06-2025
Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
10:33 / 06-06-2025
“Brent” markalı neftin bir bareli 65,1 dollara satılır
09:22 / 06-06-2025
Təzəpir məscidində bayram namazı qılınıb
09:10 / 06-06-2025
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
02:30 / 06-06-2025
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
21:27 / 05-06-2025
KİV: Müxalifət Çexiya hökumətinin istefasını tələb edib
15:18 / 05-06-2025
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb
14:45 / 05-06-2025
Məhkəmədə Ermənistanın Azərbaycanın ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurması faktları üzrə sənədlərin tədqiqinə başlayıb
14:10 / 05-06-2025
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
12:48 / 05-06-2025
İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
12:28 / 05-06-2025
Kartlardan 9 min manatdan çox pul oğurlandı
11:57 / 05-06-2025
Bağça uşaqları ən çox nədən xəstələnirlər?
11:18 / 05-06-2025
İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı
10:47 / 05-06-2025
Azərbaycan nefti 2 % ucuzlaşıb
10:01 / 05-06-2025
FHN Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
09:35 / 05-06-2025
Lökbatan qəsəbəsində qaz olmayacaq
08:59 / 05-06-2025
Ukraynanın Çerniqov vilayətinə PUA-larla hücum olub, 5 nəfər ölüb
08:39 / 05-06-2025
Bakının bir sıra yollarında tıxac yaranıb – SİYAHI
08:05 / 05-06-2025
Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan edib
18:48 / 04-06-2025
Azərbaycan və Moldova şəhərləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
17:58 / 04-06-2025
Sabah Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödəniləcək
17:41 / 04-06-2025
Zelenski: Həftəsonu növbəti əsir mübadiləsi baş tutmalıdır
16:54 / 04-06-2025
Sahibə Qafarova Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
Etimad qazanmağın Zəngəzur yolu imtahanı - İrəvan bu sınağa yaxşı hazırlaşmır - ŞƏRH




Bölməyə aid digər xəbərlər

Zəngəzur yolu ilə bağlı məsələ İranla Ermənistanı çaşdırıb. Tehran hakimiyyəti bu məsələni qəsdən, yaxud guya bilməyərəkdən ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və s. bu kimi məsələlərlə qarışdırır, mahiyyəti üzrə olmayan “qırmızı xətdən” bəhs edir.
Hətta, bu məsələ ilə bağlı Rusiyanın mövqeyini dəqiqləşdirmək üçün ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian əlüstü Moskvaya səfər edib. O, Rusiyada Prezident Vladimir Putin və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb. Rəsmi Moskva Zəngəzur yolunun açılması ilə bağlı məsələdə mövqeyinin dəyişməz olduğunu bildirib. Bu isə o deməkdir ki, Kreml 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanatın 9-cu maddəsinin gerçəkləşməsinə sadiqdir.
İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançının isə ermənistanlı həmkarı Vaan Kostanyanla telefon danışığı olub. O, rəsmi İrəvanın təmsilçisinə “beynəlxalq sərhədlərin pozulmaması prinsipi” ilə bağlı Tehranın mövqeyini bir daha çatdırıb. Ermənistanlı nazir müavini həmkarını İrəvana səfərə dəvət edib, qarşı tərəf bunu müsbət qarşılayıb. Kostanyan İranın ərazi bütövlüyü prinsipinə dair mövqeyini yüksək qiymətləndirdiklərini deyib.

Xatırladaq ki, bu günlərdə İrəvanda keçirilmiş beynəlxalq konfrans çərçivəsində İran XİN başçısının başqa bir müavini Məhəmməd Həsən Şeyxülislami də Ermənistanda olub.
Bu səfərlərə, görüşlərə, açıqlamalara baxmayaraq yolun açılması Ermənistana daha çox faydalıdır. Çünki bu onun Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması, qarşılıqlı etimad mühitinin yaranması, iqtisadi-ticarət əlaqələrinin yaranmasına yardım edər. İran da bu yolun üstünlüklərindən səmərəli istifadə edə bilər.
Zəngəzur yolunun ölkələr, region və qlobal miqyasda əhəmiyyətli olsa da, Ermənistan hər dəfə müxtəlif bəhanələrlə onun reallaşmasını əngəlləyir. Məsələ ilə bağlı rəsmi İrəvan hələ də bitkin, səbatlı mövqe açıqlamayıb.
Hər dəfə məsələyə dair yarımçıq, müəyyən olmayan açıqlamalar verir.
Son günlər Ermənistan hakimiyyəti yolun xarici özəl təhlükəsizlik şirkəti tərəfindən müdafiə edilə bilməsinin mümkünlüyünü söyləməklə yenə natamam açıqlama verib.
Nikol Paşinyan Zəngəzur yoluna nəzarətlə bağlı ideyanı, o cümlədən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nəzarət etməsi müddəasını inkar edir.

Paşinyanın çıxışından belə qənaətə gəlmək olar ki, baş nazir xarici şirkətin yola nəzarət etməsinin Ermənistanın suverenliyini qoruması ilə ziddiyyət təşkil etmədiyini bildirib. Onun suverenliyi beynəlxalq birlik tərəfindən tanınıb. Ermənistanın suverenliyi çərçivəsində üçüncü tərəfin yola nəzarət etməsi heç bir hüquqi ziddiyyət doğurmur, əksinə, siyasi müstəvidə qarşılıqlı inamı gücləndirir.
Ancaq burada məsələ suverenlik məsələsi üzərindən rəsmi İrəvanın manipulyasiya etməsidir. O, Naxçıvana yolu açmamaq üçün bu anlayışdan bəhanə kimi istifadə edir.
O halda sual yaranır: Ermənistan suverendir? Bu halda suveren dövlət nədir anlayışına diqqət edək. Beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olana suveren dövlət deyirlər.
Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib, müəyyən bir ərazisi, ali və tək hökumətli olaraq başqa suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Habelə suveren dövlət başqa birindən nə asılı, nə də həmin dövlətə tabe olmalıdır.

Baş verənlərə diqqət etsək Ermənistanın hələ də suveren olmadığı, yaxud suverenliyinin şübhəli olduğunu ehtimal etmək olar. Çünki bu dövlət əvvəllər siyasi və iqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətdə idi. İndi bu asılılığın müstəvisi qərbə doğru meyllənir. Bu anlayışların tərifindən, izahatından göründüyü kimi, İrəvan suverenlik kimi məsələni bəhanə edir. Ölkəsini suveren kimi təqdim etməyə səy göstərir.
Rusiya Paşinyanı bu sürüşkən mövqeyinə görə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dilindən sərt tənqid edib. O, baş naziri Cənubi Qafqazda “canları bahasına sülh uğrunda mübarizə aparanlara” hörmət etməyə çağırıb. Sözçü sənədlərdən sitat gətirməklə məsuliyyətsizlik etməməyi, yüngül yanaşmamağı bildirib.
M.Zaxarova bildirib ki, bölgədə sülh və sabitliyə nail olmaq üçün uyğun sənədlərin müddəalarını hazırlayanların səylərinə hörmət etmək lazımdır.
Əlavə edib ki, Rusiya sərhədçilərinin Ermənistan ərazisindən çıxması onun təhlükəsizliyinə mənfi təsir göstərəcək. Onun sözlərinə görə, RF-nin Ermənistandakı sərhəd qoşunlarının statusunu tənzimləyən əsas sənəd müddətsiz xarakter daşıyır.
Bu baxımdan Ermənistanın xarici özəl şirkət dəvət etmək istəyi beynəlxalq öhdəliklərə zidd sayılır.

Mariya Zaxarova
Nikol Paşinyan suverenlik məsələsini bəhanə etməklə üçtərəfli bəyanatdan irəli gələn öhdəliyə əməl etməkdən boyun qaçırmış olur. Rəsmi İrəvanın bu sayaq çıxışı və davranışı Ermənistan dövlətinə etimadsızlığı artırır. Niikol Paşinyan iddia edir ki, Azərbaycanla sülh sazişinə dair 16 maddədən 13-ü razılaşdırılıb. O rəsmi Bakıdan razılaşdırılmış müddəaların imzalanmasını istəyib. Onun sözlərinə görə, bu sənədə uyğun olaraq tərəflər üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmək üçün öz qanunlarına istinad edə bilməyəcəkləri bənd artıq razılaşdırılıb. Üçtərəfli bəyanatın müddəasını həyata keçirməməklə Ermənistan ona olan inamsızlığı artırır. Belə çıxır ki, bu sənəddə nəzərdə tutulan öhdəliyə əməl etməyən rəsmi İrəvan açıqladığı, razılaşdırılmış müddəlara da əməl etməyə bilər. Zəngəzur yoluna nəzarət məsələsində gətirdiyi bəhanələri sülh sazişinin imzalanmış müddəaları ilə bağlı təkrarlayar. Onda Ermənistanla sülh sazişinin imzalanmasının heç bir əhəmiyyəti olmaz. Zəngəzur yolu ilə bağlı öhdəliklərə əməl etməsi həm də rəsmi İrəvana inam yaradar. Bu layihə öhdəliklərin əməl edilməsi baxımından Ermənistan üçün sınaq imtahanıdır. Rəsmi İrəvan isə imtahana yaxşı hazırlaşana oxşamır.(Report)
Tarix: 13-09-2024, 16:11
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
11-09-2024, 15:29
Qərbə anons verən İranın Rusiyaya hücumu - hamıya açıq olacaq Zəngəzur yolu - ŞƏRH
3-09-2024, 16:08
İranın Zəngəzur yolu iddiası – Tehran Moskvaya qarşı - ŞƏRH
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
9-09-2024, 19:09
Tehranın Zəngəzur təlaşı: İran Rusiyanı hədəfə alır - ŞƏRH
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
12-09-2024, 17:49
İlk səfərini İraqa edən Pezeşkianın ziyarəti və ticarəti - ANALİZ
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
8-04-2024, 16:32
İranın vəziyyətinin göstəricisi - Sepahın dezinformasiyası - ŞƏRH
13-06-2024, 16:25
Paşinyanın iki çıxışına bir baxış - ANALİZ
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
1-04-2024, 18:30
Nikol Paşinyanın xam xəyalı: Aİ-yə üzvlük reallaşmayacaq - ŞƏRH
2-04-2024, 14:58
ABŞ-Ermənistan hərbi əməkdaşlığı və susqun Tehran - ŞƏRH
10-07-2024, 18:08
III MDB Oyunlarının Azərbaycan üzrə Təşkilat Komitəsi yaradıldı
19-08-2024, 18:05
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
2-07-2024, 14:04
Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ
2-07-2024, 14:04
Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ
8-08-2024, 15:07
ABŞ Ermənistanı silahlandırmaqla bölgədə təhlükəli oyuna girişir, səfirlik isə sorğuya cavabdan qaçır - ANALİZ