15:58 / 16-04-2025
Serj Sarkisyan revanşistləri qızışdırır – ŞƏRH
15:17 / 16-04-2025
Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
14:36 / 16-04-2025
Azərbaycan və Belarus səhiyyə sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə edib
14:10 / 16-04-2025
Azərbaycan və Gürcüstan prezidentləri mətbuat bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
13:04 / 16-04-2025
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh zəruridir
12:44 / 16-04-2025
İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
12:02 / 16-04-2025
Həftəsonu 54 minə yaxın şagird IX sinif buraxılış imtahanında iştirak edəcək
11:26 / 16-04-2025
"Haber Global": İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi
10:40 / 16-04-2025
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
10:03 / 16-04-2025
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:36 / 16-04-2025
DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib
09:21 / 16-04-2025
Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb
18:43 / 15-04-2025
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
18:09 / 15-04-2025
Anar Kərimov maliyyə nazirinin I müavini təyin edilib
17:51 / 15-04-2025
Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında YENİLİK
17:07 / 15-04-2025
Attestasiyadan kəsilən müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
16:42 / 15-04-2025
Yaranması müşkülə düşən Avropa ordusu – İttifaq ABŞ ilə müttəfiqliyi itirə bilər - ANALİZ
15:38 / 15-04-2025
Sahil Babayev onu vəzifədən kənarlaşdırdı
15:04 / 15-04-2025
Simonyan: Paşinyan mayda Moskvada keçiriləcək paradda iştirak edəcək
14:24 / 15-04-2025
Rusiyanın İsveçdəki səfirliyinin qarşısına boya qutuları atılıb
12:58 / 15-04-2025
AMB: Neft qiymətləri maliyyə sektoruna birbaşa təsir etmir
12:32 / 15-04-2025
Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək
12:05 / 15-04-2025
Sloveniya XİN başçısı Azərbaycan və Ermənistana səfər edəcək
11:43 / 15-04-2025
Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir
10:58 / 15-04-2025
Xınalığa 20 sm qar yağıb, dağlıq rayonlarda şaxta olub - FAKTİKİ HAVA
10:17 / 15-04-2025
Buzovnada ticarət mərkəzi yanıb
09:51 / 15-04-2025
UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilir
09:36 / 15-04-2025
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
18:15 / 14-04-2025
Rusiyadan 25 əcnəbi deportasiya ediləcək
MM-nin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu: Ermənistandan irqçi siyasətdən imtina etməyi tələb edirik

Bölməyə aid digər xəbərlər

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın çıxışı ilə bağlı bəyanat yayıb.
Bəyanatda xatırladılıb ki, Ermənistanın 1987-ci ildə başlatdığı münaqişə Azərbaycan xalqını misilsiz əzablara düçar edib:
"Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salınıb. Azərbaycanlıların qaçqın və məcburi köçkün vəziyyətinə salınması münaqişənin yan təsiri deyil, Ermənistanın birbaşa hədəflədiyi və planlı şəkildə həyata keçirdiyi etnik təmizləmənin nəticəsi idi".
Bəyanatda vurğulanıb ki, bu cinayətlərin kökündə Ermənistanın siyasi mühitində dərin kök salmış irqçilik dayanır.
"Ermənistanda irqçilik dövlət siyasəti kimi institusionallaşdırılıb. Bu dövlət öz ərazisində və otuz il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında total və sistematik etnik təmizləmə həyata keçirib. Bundan əlavə, Ermənistan həmin ərazilərdə azərbaycanlıların mədəni irsini tam şəkildə məhv edib, Azərbaycanın təbii sərvətlərini, ictimai və şəxsi əmlakını talayıb və Azərbaycan ərazilərini məqsədli şəkildə kütləvi sayda minalarla çirkləndirib", - bəyanatda deyilir.
Bildirilib ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın ortaya çıxmış videoyazısı bunu bir daha sübut edir:
"Bu çıxışında Ter-Petrosyan azərbaycanlıların Ermənistandan və işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizlənməsini "tarixi nailiyyət" kimi təsvir etmişdir. Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu bəyanat, sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistematik və mütəşəkkil şəkildə törədilməsini birmənalı şəkildə sübut edir".
Qeyd olunub ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu siyasət dəyişmədən davam etmişdir.
"Levon Ter-Petrosyanın xələfi, keçmiş prezident, qaniçən hərbi cani Robert Koçaryan, azərbaycanlılarla ermənilərin “etnik və genetik uyğunsuzluğu” kimi irqçi ideyaları təbliğ edirdi. Digər keçmiş prezident və hərbi cani Serj Sarkisyan isə 1992-ci ildə azərbaycanlı mülki şəxslərin Xocalıda qətliamında oynadığı rolu ilə açıq şəkildə öyünür və nasist general Qaregin Njdenin faşist ideologiyasını rəsmi dövlət siyasəti kimi qəbul etmişdi. Vaxtilə “Qarabağ Ermənistandır” deyərək ilhaqçılıq siyasəti aparan hazırkı Baş nazir Nikol Paşinyan da Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına imkan verməməklə, öz sələflərinin irqçi siyasətini davam etdirir".
Təşəbbüs qrupu bəyan edib ki, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçi və revanşist siyasəti kontekstində onun hazırda apardığı genişmiqyaslı silahlanma, sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır:
"Prezident İlham Əliyev 2024-cü il yanvarın 7-də Azərbaycan mediasına verdiyi müsahibəsində Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçilik, zorakı ekstremizm, revanşizm və militarizmin yaratdığı təhdidin miqyasını dəqiq ifadə etmişdir. Biz Prezident İlham Əliyevin regionda sülh və sabitliyin bərqərar olunmasına dair baxışını və Ermənistana ünvanladığı tələbləri tam və birmənalı şəkildə dəstəkləyirik. Həmçinin, bu fürsətdən istifadə edərək, Qərbi azərbaycanlıların doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına verdiyi möhkəm dəstəyə görə cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk".
Qeyd olunub ki, beynəlxalq ictimaiyyət, o cümlədən parlamentlər, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçiliyə və insan hüquqları pozuntularına, habelə onun sürətli və genişmiqyaslı silahlanmasına biganə qalmamalıdırlar, Birləşmiş Millətlər Təşkilatının üzvü və bir çox beynəlxalq insan hüquqları konvensiyalarının tərəfi kimi Ermənistan bu hərəkətlərinə görə məsuliyyətə cəlb edilməli və onun silahlanmasının qarşısı alınmalıdır:
"Biz beynəlxalq ictimaiyyəti Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi sistematik irqçiliyi və etnik təmizləmə siyasətini pisləməyə çağırır, Ermənistan hökumətindən isə silahlanmanı dərhal dayandırmağı, irqçi siyasətdən imtina etməyi, Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməyi və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı tələb edirik".
Xatırladaq ki, L.Ter-Petrosyan çıxışında deyib:
“Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemi həll etdi. Ermənistan və Artsax tamamilə əcnəbilərdən təmizləndi. Yenə deyirəm, bu, 600 illik problem idi və onun əhəmiyyətini erməni xalqı hələ 600 il də bundan sonra hiss edəcək. Təsəvvür edin, bu gün Ermənistanda 180 min əcnəbi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Zəngəzuru qoruya, şimal-şərq rayonlarımızı qoruya, Sevan sahilini qoruya bilməzdik, burada bir neçə yeni muxtariyyətimiz olacaqdı. Yada salaq ki, azərbaycanlılar üç bölgədə çoxluq təşkil edirdi: Vardenis, Masis, Amasiya - bütün Zəngəzur zonasında onların sayı çox idi. Bu problem həll olundu”.
Tarix: 8-01-2025, 15:24
Bölməyə aid digər xəbərlər
4-01-2025, 16:40
“Demokrat” Levon Ter-Petrosyanın “səmimi” etirafları – etnik təmizləmə və soyqırımına dəstək - ŞƏRH
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
26-11-2024, 14:33
Qərbi azərbaycanların bir-birindən fərqi, oxşarlıqları – onlar bir-birinin davamı da ola bilər - ŞƏRH
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
30-09-2024, 19:10
“Prezidentin çıxışı bizim üçün böyük motivasiya mənbəyidir” - Bəyanat
15-10-2024, 14:54
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür
7-05-2024, 18:27
İƏT-dən tarixi qərar - Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH
13-07-2024, 16:36
Ermənilərin bitməyən saxtakarlığı - Qəbul etmək istəmədikləri Qərbi Azərbaycan - TƏHLİL
23-11-2023, 22:25
Qərbi Azərbaycan Xronikası: Paşinyanın “Qərbi Azərbaycan” iddiasının altında yatan məkrli planı - VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
2-12-2024, 14:09
Baş Prokurorluq: Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb
8-11-2024, 12:49
Prezident xalqa müraciət etdi - Tam mətn
7-07-2020, 12:30
Deputat: “İşğal edilmiş Azərbaycan torpaqlarında həyata keçirilən məskunlaşma müharibə cinayətidir”
18-12-2024, 15:26
Ermənistanın siyasi mühitində xaos - hakim partiyada qorxu mühiti - ŞƏRH
27-09-2024, 11:20
Makronun BMT fiaskosu – Fransa lideri Ermənistanı revanşizmə, Ərdoğan isə sülhə səslədi - ŞƏRH
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB