16:53 / 21-11-2024
Prezident bu mərkəzləri ləğv etdi - Sərəncam
16:27 / 21-11-2024
Azərbaycan XİN Pakistana başsağlığı verib
15:51 / 21-11-2024
Xaçmazda yol qəzası olub, ölən və yaralananlar var
15:11 / 21-11-2024
“Anadolu S”ə hücum - husilərin Türkiyəni təxribata çəkmək cəhdi - TƏHLİL
14:04 / 21-11-2024
Nazir: Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir
12:45 / 21-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək
12:44 / 21-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək
12:01 / 21-11-2024
Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək
15:02 / 15-11-2024
Özbəkistanın ekologiya naziri: COP29 qlobal ekoloji gündəliyi müzakirə etməyə imkan verir
14:30 / 15-11-2024
Rövşən Rüstəmova yeni müavin TƏYİN EDİLDİ - DOSYE
12:34 / 15-11-2024
Sülh sazişi ilə bağlı konkret razılaşma yoxdur - XİN rəhbəri
11:54 / 15-11-2024
Ceyhun Bayramov: Ümid edirik ki, iqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacaq
10:29 / 15-11-2024
COP29-un 5-ci gününün GÜNDƏLİYİ
09:45 / 15-11-2024
Bakıda 4 marşrutun fəaliyyəti BƏRPA EDİLİR
09:16 / 15-11-2024
“Orta Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” proqramı təsis edilib
17:39 / 14-11-2024
Spiker Millətlər Birliyinin Baş katibi ilə görüşüb
17:02 / 14-11-2024
Mikayıl Cabbarov: "Azərbaycan daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqinə sadiqdir"
16:11 / 14-11-2024
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
15:08 / 14-11-2024
Paşinyan üçtərəfli bəyanatı imzalamasından danışdı: “..mən bunu niyə etdim?”
14:34 / 14-11-2024
Yeni ildə neçə gün iş olmayacaq?
13:09 / 14-11-2024
Fransa - İsrail oyunundan öncə təhlükəsizlik tədbirləri gücləndirilib
12:49 / 14-11-2024
"İqlim Skaneri"nin ilkin nəticələri təqdim olunub
11:29 / 14-11-2024
İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb - FOTO
10:07 / 14-11-2024
Bakının bu qəsəbəsinin qazı kəsiləcək
09:36 / 14-11-2024
COP29-da TDT ölkələrinin ekologiya üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb
09:05 / 14-11-2024
COP29-un dördüncü günü: Kimlər çıxış edəcək? - SİYAHI
18:46 / 13-11-2024
AKAF COP29-la bağlı avarçəkmə yürüşü keçirəcək
18:07 / 13-11-2024
Əsədovla Mişustin perspektivləri müzakirə etdi - Foto
17:38 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü
Makronun BMT fiaskosu – Fransa lideri Ermənistanı revanşizmə, Ərdoğan isə sülhə səslədi - ŞƏRH
Bölməyə aid digər xəbərlər
Fransa prezidenti Emmanuel Makronun anti-Azərbaycan isterikası o həddə çatıb ki, BMT tribunasını özünün şər və böhtanlarına şərik edib. O, ölkəsində və beynəlxalq aləmdə yaşanan problemləri, müharibələri görməzdən gələrək ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycanı hədəfə alıb. Prezident bu ali kürsüdəki çıxışını sülh və əmin-amanlıq üzərində deyil, birtərəfli qaydada Azərbaycanı tənqid etmək üzərində qurub.
"Fransa Azərbaycanın təzyiqi və ərazi gərginliyi qarşısında Ermənistanın yanında möhkəm dayanır. Beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurla nəticələnməsi və beynəlxalq tanınmış sərhədlərin qorunması üçün yaxında olmalıdır", - deyə o bildirib.
Fransa lideri, görəsən, hansı ərazi gərginliyindən dəm vurur? Bəli, bu gərginlik 30 il əvvəl olub və həllini də tapıb. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan belə bu gün bəyan edib ki, Azərbaycanla sülh sazişini COP29-a kimi imzalamağa hazırdır. Makron isə çıxışında hansısa təzyiqdən bəhs edir. Özü də həyasızcasına beynəlxalq ictimaiyyəti sərhədlərin qorunması üçün yaxında olmağa çağırıb.
Ortaya belə bir sual çıxır; bəs Azərbaycanın sərhədləri pozulduğu bütün bu illər ərzində bu ictimaiyyət harada idi? ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi niyə Fransa rəhbərlərindən biri də bu təşəbbüslə çıxış etməyib? O zaman Fransa və şəxsən Makron harada idi?
Sülh danışıqlarından bir kəlmə belə danışmayan Makronun çirkin məramlı olduğu göz önündədir. Burada bir müqayisə aparmaq yerinə düşər. Ondan əvvəl ali tribunadan çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəklədiklərini dediyi halda, Fransa lideri qərəz və qızışdırıcı bəyanatı ilə yadda qalıb. O bildirib ki, Ankara tərəflər arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edir: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması bizimlə Ermənistan arasında əlaqələrə də təsir edəcək”.
Anti-Azərbaycan isterikanı digər bir fransız rəsmi, yeni təyin olunan xarici işlər naziri Jan-Noel Barro isə başqa bir tribunada davam etdirib. O, öz “X” sosial şəbəkəsində yazıb ki, fransalı nazirin Ermənistana səfərindən iki həftə sonra erməni həmkarı Ararat Mirzoyanla danışıqları davam etdirir. "Biz Ermənistanın demokratiyasının suverenliyini və dayanıqlılığını, Cənubi Qafqazda ədalətli və davamlı sülhü dəstəkləyirik", - deyə o qeyd edib. Yeni nazir Azərbaycanın Qarabağda separatçı-terrorçulara qarşı apardığı antiterror tədbirlərinə də toxunub.
Qatı ermənipərəst mövqeyi ilə seçilən Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi nazirin müraciətini oxuyub. Ermənistanda səfirlikdə keçirilən tədbirdə çıxışı zamanı səfir Olivye Dekotinyi “bir il əvvəl Qarabağdan ermənilərin zorla çıxarılması prosesinə başlanılıb” deyə nazirdən sitat gətirib.
Ermənistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə keçirilən tədbirdə "Fransa heç nəyi unutmur və nə onların geri qayıtmaq hüququ, nə də onların mədəni və dini irsinin qorunması ilə bağlı heç nədə güzəştə getməyəcək", - deyib. Nazirin həyasızlığı və başqa dövlətin daxili işlərinə qarışması o həddə çatıb ki, Fransanın heç nəyi unutmadığını dilə gətirib.
Yeri gəlmişkən, rəsmi Bakı erməni lobbisinin təsiri altında olan Fransa liderinin fikirlərinə sərt reaksiya verib.
“Fransa Prezidenti Emmanuel Makronun 25 sentyabr tarixində BMT Baş Assambleyasında çıxışı zamanı “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı” fikirləri Fransanın həm ölkəmizə, həm də ümumilikdə sülh prosesinə göstərdiyi qərəzli ermənipərəst yanaşmanın növbəti nümunəsidir”. Bunlar isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Fransa Prezidenti Emmanuel Makronun fikrinə şərhində bildirilib. Qeyd edilib ki, İrəvanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın Azərbaycan tərəfini təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir.
XİN bəyan edib ki, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüzminlərlə azərbaycanılının qayıdış hüququnu heçə sayan Ermənistanın sülhsevər qurban ölkə kimi təqdim olunması Fransanın apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz il ərzində işğalına dəstək vermiş, bir milyon azərbaycanlının Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmasına göz yummuş, vaxtilə münaqişənin dinc yolla həlli üçün atılan addımlara qarşı çıxmış Fransa rəhbəri, rəsmiləri növbəti ikiüzlü bir yanaşma ortaya qoyublar.
Halbuki, Makronun riyakarcasına çıxışlar etdiyi BMT Baş Assambleyası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini təsdiq edən dörd qətnamə qəbul edib. Aydın məsələdir ki, imperialist gündəliyə malik Fransa, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq münaqişəni həll edib, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən narazıdır. Çünki bu, onun regionun işlərinə müdaxilə etmək imkanlarını məhdudlaşdırır. Makron bölgədə yenidən münaqişə yaratmaq məqsədilə Ermənistana böyük həcmdə silah göndərir və buna informasiya hazırlığı kimi beynəlxalq platformalarda sanki regionda müəyyən gərginlik olduğu təəssüratı yaratmağa çalışır. Azərbaycana qarşı atdığı böhtanlar da Makronun bu məqsədinə xidmət edir.
Fransa lideri BMT-də çıxışında illərdir keçmiş müstəmləkələrində yol verdiyi qanunsuzluqlardan nədənsə bəhs etməyib. Fransız imperiyası əsrlərboyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradıb və bu ərazilərdə öz idarəçiliyini gücləndirib. Yerli xalqlar iqtisadi, siyasi və mədəni təzyiqə məruz qalıblar. Belə ərazilərdən biri də Martinikdir.
Amerika qitəsinə ayaq basandan sonra Fransa yerli xalqın əlindən hər şeyi aldı. Ən dəhşətlisi odur ki, tətbiq etdikləri kimyəvi maddələr nəticəsində əhalinin 90 faizi zəhərlənib və çox adamda xərçəng xəstəliyi yaranıb. Fransa bu məsələ ilə bağlı həkimlərə belə danışmağa icazə verməyib. Zəhərli olmasına rəğmən Fransa tərəfindən Martinikdə kənd təsərrüfatı sahəsində hələ də xloredkon istifadə edilir. Nəticədə Martinikin torpaqları uzun illərdir çirklənib və orada xərçəng göstəriciləri dünyada ən yüksəkdir.
Bu gün Fransa Martinik xalqının öz müqəddəratını təyinetmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin maddələrini pozur. Məsələn, BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir. BMT-nin 1514 (XV) saylı qətnaməsinə uyğun olaraq, Fransa müstəmləkə sistemini davam etdirdiyi üçün bu qətnamənin müddəalarını pozur. 1541 (XV) saylı qətnaməyə əsasən Fransa Martinik xalqına müstəqillik və ya geniş daxili özünüidarə hüququ vermək istəmir və onun müddəalarını bilərəkdən pozur. 1946-cı il qanunsuz Referendumu nəticəsində Martinik Fransanın dənizaşırı departamenti statusunu alır. Bununla, Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınır və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilir.
Beləliklə, Makron və komandasının üzvləri növbəti dəfə Cənubi Qafqazda sülh və əmin-amanlığa dəstək verib, sülh göyərçini kimi çıxış etmək yolunu yox, qırğı rolunda çıxış etməyə üstünlük verdi. Bununla da, Paris riyakar və müharibə tərəfdarı olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu. Son söz, təbii ki, Ermənistanın və onun xalqınındır. Regionu yenidən müharibəyə, revanşizmə sürükləyənlərin deyil, sülhə çağırış edənlərin səsinə qulaq asmağın zamanıdır.(Report)
Tarix: 27-09-2024, 11:20
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
27-05-2024, 18:43
Makronun çökən imperiya siyasəti - Paris uğursuzluğun səbəbini Azərbaycanda görür - ŞƏRH
26-09-2024, 16:09
Paşinyanın BMT-dəki keşiş rolu – falçı ümidinə qalan Ermənistan - ŞƏRH
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
1-04-2024, 18:30
Nikol Paşinyanın xam xəyalı: Aİ-yə üzvlük reallaşmayacaq - ŞƏRH
8-07-2024, 18:34
Xaosun başlanğıcı - Yeni Kaledoniyanın müstəqillik tərəfdarı Fransa parlamentində - TƏHLİL
23-05-2024, 17:28
Makronun ən böyük "nailiyyəti": Fransa Avropanın ən təhlükəli ölkəsi statusu qazanıb - TƏHLİL
25-09-2024, 15:47
Ərdoğanın Paşinyana məsləhəti: kitab oxumaq - ŞƏRH
4-09-2024, 10:53
Tarixi qələbələr ayı - lokal əməliyyatın total nəticəsi - ŞƏRH
15-04-2024, 19:32
Müstəmləkə dövrünün xiffəti - Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH
13-06-2024, 16:25
Paşinyanın iki çıxışına bir baxış - ANALİZ
22-08-2024, 14:53
Regionu qanlı poliqona çevirmək planı işə salınıb - Şərh
16-07-2024, 16:54
Sorosla Paşinyan arasından qara pişik keçir - baş naziri kompromatla hədələyirlər - ANALİZ
13-05-2024, 18:10
Fransanın gecikən bəyanatı - Makron hökuməti geri çəkilir - ŞƏRH
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
9-09-2024, 16:50
Azərbaycan Avropanın enerji təminatçısı – AŞPA, Avropa Komissiyasına xatırlatma - ŞƏRH