13:14 / 07-06-2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
11:28 / 07-06-2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlanıb
10:00 / 07-06-2025
Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ
12:38 / 06-06-2025
Sabah yağış yağacaq - PROQNOZ
11:30 / 06-06-2025
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
10:58 / 06-06-2025
Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
10:33 / 06-06-2025
“Brent” markalı neftin bir bareli 65,1 dollara satılır
09:22 / 06-06-2025
Təzəpir məscidində bayram namazı qılınıb
09:10 / 06-06-2025
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
02:30 / 06-06-2025
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
21:27 / 05-06-2025
KİV: Müxalifət Çexiya hökumətinin istefasını tələb edib
15:18 / 05-06-2025
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb
14:45 / 05-06-2025
Məhkəmədə Ermənistanın Azərbaycanın ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurması faktları üzrə sənədlərin tədqiqinə başlayıb
14:10 / 05-06-2025
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
12:48 / 05-06-2025
İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
12:28 / 05-06-2025
Kartlardan 9 min manatdan çox pul oğurlandı
11:57 / 05-06-2025
Bağça uşaqları ən çox nədən xəstələnirlər?
11:18 / 05-06-2025
İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı
10:47 / 05-06-2025
Azərbaycan nefti 2 % ucuzlaşıb
10:01 / 05-06-2025
FHN Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
09:35 / 05-06-2025
Lökbatan qəsəbəsində qaz olmayacaq
08:59 / 05-06-2025
Ukraynanın Çerniqov vilayətinə PUA-larla hücum olub, 5 nəfər ölüb
08:39 / 05-06-2025
Bakının bir sıra yollarında tıxac yaranıb – SİYAHI
08:05 / 05-06-2025
Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan edib
18:48 / 04-06-2025
Azərbaycan və Moldova şəhərləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
17:58 / 04-06-2025
Sabah Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödəniləcək
17:41 / 04-06-2025
Zelenski: Həftəsonu növbəti əsir mübadiləsi baş tutmalıdır
16:54 / 04-06-2025
Sahibə Qafarova Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
Səriştəsiz və korrupsioner Baydenin “fəaliyyəti” – adı növbəti qalmaqalda hallanır – ŞƏRH



Bölməyə aid digər xəbərlər

Prezident Donald Trampın vaxtilə “ABŞ tarixinin ən korrupsioner və səriştəsiz prezidenti” kimi “ödülləndirdiyi” Cozef Baydenin adı növbəti qalmaqalda hallanır. Ölkə mediasında yer alan xəbərlərə görə, Bayden administrasiyasında yoxlamalar keçirən audit çoxsaylı korrupsiya faktları ortaya çıxarıb.
“USA Today”in məlumatına görə, ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası guya Ukrayna hərbçilərinin reabilitasiyası üçün nəzərdə tutulmuş oyun konsolları və proqram təminatının saxta alışına 144 milyon dollar xərcləyib.
Donald Trampın andiçmə mərasimindən sonra başladılan audit göstərib ki, əslində, heç bir konsol alınmayıb - onlar yalnız kağız üzərində mövcud olub. Bundan əlavə, eyni reabilitasiya proqramı çərçivəsində büdcədən jonqlyorluq kursları üçün 18 milyon dollar ayrılıb.
Bayden administrasiyası Birləşmiş Ştatlar tarixinə ən korrupsiyalaşmış rejim kimi düşəcək. Görünən odur ki, qalmaqallar, maliyyə maxinasiyaları əvvəlki administrasiyanın əsas iş üslubu olub.
Mediaya Baydenlə bağlı sızdırılan xəbərlərin artması göstərir ki, Tramp sələfini tamamilə çökdürməyi planlaşdırır. Hadisələrin gedişi bunu deməyə əsas verir.

Qeyd etdiyimiz kimi, indiki prezident dəfələrlə bəyan edib ki, Baydenin prezidentliyi dövründə Birləşmiş Ştatların nüfuzu və maraqları sarsılıb, özü isə "ölkə tarixinin ən korrupsioner prezidenti" adlandırılıb. “Cozef Bayden ABŞ tarixinin ən korrupsioner prezidentidir və Nümayəndələr Palatasında hər gün təkzibolunmaz sübutlar təqdim olunur”, -Tramp "X"də yazıb.
O, həmçinin qanunvericiləri Baydenə və radikal sol demokratlara qarşı tədbir görməyə çağırıb. Tramp vurğulayıb ki, Senatın bu istiqamətdə fəaliyyətə başlamasının vaxtı çoxdan çatıb. Tramp Baydeni ABŞ-nin dövlət sirrini açdığına görə də qınayıb. Onun sözlərinə görə, prezidentin Pentaqonda sursat çatışmazlığı ilə bağlı açıqlamaları dəhşətlidir. Tramp, həmçinin əlavə edib ki, onun hakimiyyəti dövründə bütün silah anbarları ağzına qədər dolu olub.
Yuxarıda qeyd olunan materiallar onu deməyə əsas verir ki, yaxın vaxtlarda Bayden barədə cinayət işi açıla bilər. ABŞ qanunlarına görə, cinayət törədən şəxs cəzasız qala bilməz. Necə ki, bunu keçmiş ermənipərəst Bob Menendezə qarşı gördük. Tramp çalışacaq ki, Baydenə və siyasi rəqiblərinə qarşı mümkün cinayət işlərini qaldırsın.
Bundan əvvəl ortada Baydenin Yaponiyanın “Nippon Steel” şirkətinin ABŞ-nin polad istehsalçısı “US Steel” tərəfindən alınmasını əngəlləmək qərarı utancverici və siyasi korrupsiya nümunəsi var. Bu fikri “US Steel”in direktoru Devid Burritt bildirib. Onun bəyanatında deyilir:
“Baydenin bugünkü qərarı biabırçı və korrupsiyadır. Bu, onun həmkarlar ittifaqı rəhbərinə verdiyi siyasi mükafatdır və şirkətimizin gələcəyinə, işçilərimizə, milli təhlükəsizliyimizə zərər verməkdir. O, bizim əsas milli təhlükəsizlik müttəfiqimiz olan Yaponiyanı təhqir edib və Amerikanın rəqabət qabiliyyətini təhlükə altına qoyub”.

Şirkətin direktoru hesab edir ki, amerikalı işçilər daha yaxşısına layiqdirlər: “Bizə Amerika üçün ən yaxşı sövdələşməni necə əldə etməyi bilən və bunu əldə etmək üçün çox çalışan prezident lazımdır. Biz Baydenin siyasi korrupsiyasına qarşı mübarizə aparmağa sadiqik”.
Qeyd edək ki, Bayden Yaponiyanın “Nippon Steel” şirkətinin ABŞ polad istehsalçısı “US Steel” tərəfindən alınmasına mane olub. Çox güman ki, Tramp bu məsələni də gündəmə gətirəcək.
Bir faktı da qeyd edək ki, Bayden administrasiyasının erməni lobbisi ilə sıx əməkdaşlığı olub. Bu əməkdaşlığın nəticəsidir ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib.
Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə danışıb. Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib.
Prezident İlham Əliyev "907-ci düzəliş"in yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
Mafioz klanların təmsilçisi kimi tanınan Bayden postundakı son günlərində ailə üzvlərini əhatə edən yüksək səviyyəli qalmaqallarla əlaqədar bir sıra sərəncam və qərarlar imzaladı. Həmin qərarlara əsasən, oğlu Hanter Baydenlə yanaşı, qardaşı Ceyms Baydenin milyonlarla dolları ofşor hesablarında gizlətməsi ilə bağlı istintaqlar dayandırıldı. Vergi cinayətləri, korrupsiya əlaqələri və qanunsuz silah sahibi olmasına dair sübutlara baxmayaraq, Hanter ciddi cəzadan yayınaraq minimal cərimələrlə qurtuldu.

Şübhəsiz ki, Co Bayden dövrü ABŞ tarixinə korrupsiya və ailə maraqlarının simvoluna çevrildiyi bir dövr kimi yadda qalacaq.
Qalmaqallar və manipulyasiyalarla məşğul olan ailə klanının rəhbəri kimi də tarixə düşən 46-cı prezidentlə bağlı yaşananlar göstərir ki, şəxsi mənafe və qazanc onun üçün hər şeydən üstündür. Bu, həm də erməni lobbisinin ciddi təsiri altında olan demokratlar üçün utancverici bir haldır. Məhz demokratlar birtərəfli qaydada erməni lobbisinə dəstək verib, ondan aldığı tapşırıqları yerinə yetirib. Baydenlə bağlı yaşananlar bu fikri bir daha təsdiqləmiş olur.(Report)
Tarix: 31-01-2025, 19:19
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
23-07-2024, 14:20
ABŞ-də siyasi səhnə marafonunda "qocalmış atları güllələyirlər" - Seçki amansızlığı – TƏHLİL
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2024, 13:16
ABŞ-də seçki kampaniyası gərginləşir: Bayden "U" dönüşü etdi - TƏHLİL
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
11-10-2024, 17:46
Korrupsioner avroparlamentarilər - davam edən avantürizm - ŞƏRH
9-11-2024, 13:42
Azərbaycan Prezidentindən Ermənistan və havadarlarına mühüm mesajlar: Qərbin "oxları daşa dəyir"
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
30-05-2024, 16:12
Avropa Parlamentində yeni korrupsiya qalmaqalı - Xilas üçün “Change” formulu - TƏHLİL
24-07-2020, 18:36
Mirzə Əliyev: “Prezidentin sərəncamı ilə ayrılan vəsait müasir suvarma sistemlərinin tətbiqinə yönəldiləcək”
27-05-2024, 16:43
ABŞ Zelenskini yarı yolda qoydu, Çin isə məqsədini bəlli etdi... – Ukraynanı NƏ GÖZLƏYİR?
13-08-2024, 17:22
Azərbaycanda son 20 ilin fəaliyyət mənzərəsi: Ərazi bütövlüyünün bərpası, artan beynəlxalq nüfuz - ANALİZ
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi