18:17 / 05-03-2025
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
17:37 / 05-03-2025
Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edəcək
16:53 / 05-03-2025
İmtahanla bağlı valideynlərə XƏBƏRDARLIQ
16:13 / 05-03-2025
"Qırmızı Xaç" Azərbaycanda fəaliyyətini dayandırır? - AÇIQLAMA
15:36 / 05-03-2025
IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılır
15:07 / 05-03-2025
Hökumət parlamentə hesabat verməyə HAZIRLAŞIR
14:33 / 05-03-2025
Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var
13:56 / 05-03-2025
İlham Əliyev Ankaraya işgüzar səfər edib
12:50 / 05-03-2025
DYP sürücülərə müraciət etdi
12:07 / 05-03-2025
Turizm Agentliyində QALMAQAL - Aparat rəhbəri İŞDƏN ÇIXARILDI
11:17 / 05-03-2025
Səfərbərliyin idarə rəisi və müavini rüşvətə görə HƏBS EDİLDİ
10:37 / 05-03-2025
Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb, polis əməkdaşları cəlb olunub - YENİLƏNİB
09:39 / 05-03-2025
Ali məktəb və kolleclərə sənəd qəbulu yekunlaşır - XƏBƏRDARLIQ
09:04 / 05-03-2025
İlham Əliyevlə Ərdoğanın layihəsi: Türkiyədən Naxçıvana qaz nəqli niyə VACİBDİR...
08:38 / 05-03-2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
18:43 / 04-03-2025
Ramazanın beşinci günü - İmsak və iftar VAXTLARI
18:24 / 04-03-2025
İlham Əliyev D-8-in Baş katibini qəbul etdi
18:07 / 04-03-2025
Lənkəranın icra başçısı məhkəmənin çağırışına gəlmir
17:45 / 04-03-2025
Makronun növbəti məğlubiyyəti - Zelenski Britaniyanı seçir - ŞƏRH
17:02 / 04-03-2025
Rəşad Nəbiyev Samuxda vətəndaş qəbulu keçirdi - Fotolar
16:39 / 04-03-2025
32 yaşlı kişini güllələyən ANAMA əməkdaşı imiş
16:22 / 04-03-2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
15:39 / 04-03-2025
Baş prokuror Beyləqanda vətəndaşları qəbul edib
15:11 / 04-03-2025
Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir
14:24 / 04-03-2025
Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb
12:53 / 04-03-2025
Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir
12:09 / 04-03-2025
"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
10:52 / 04-03-2025
Məktəbdə psixoloq işləmək istəyənlərin nəzərinə! - İmtahan BAŞLAYIR
Prezidentin nüfuzlu telekanala müsahibəsi: Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutub - ŞƏRH



Bölməyə aid digər xəbərlər

Qonşularla mehriban münasibətlər və balanslaşdırılmış xarici siyasəti ilə Azərbaycan postsovet məkanında stabil, inkişaf edən lider ölkə statusunu qoruyub saxlamaqdadır. Bu statusun qazanılmasında, şübhəsiz ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu önəmli rol oynayır.
Dövlət başçısının Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsində bu və digər məsələlər geniş analiz edilib, müxtəlif suallara cavab verilib. Reallıq odur ki, 2024-cü il Azərbaycan tarixinə beynəlxalq tədbirlərin keçirildiyi, mühüm qərarların qəbul edildiyi il kimi düşüb. Prezident də müsahibəsində bu və digər məsələləri geniş analiz edib, proqnozlar səsləndirib.
Bu müsahibədən çıxan əsas xətt ondan ibarətdir ki, Azərbaycan üçün prioritet bölgədə sülh və əmin-amanlığın qorunub saxlanılmasıdır və bu xəttə də 2024-cü ildə sadiqlik nümayiş etdirilib.
Şübhəsiz ki, Azərbaycan üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası oldu. Bunu da beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdi.
Otuz il Ermənistanın işğal siyasətinə qarşı beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar Azərbaycana yardımçı olmadılar. Prezident Çin nəşrinə müsahibəsində bu məsələyə toxunub. Bildirib ki, çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı: “Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var”.
Prezidentin müsahibəsindən irəli gələn mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan uğurlu xarici siyasət kursu ilə dünyada nüfuzunu artırıb və bu xətt də davam edəcək. Bu sırada isə COP29-un xüsusi rolu oldu.

COP29 - böyük çağırış, böyük məsuliyyət, böyük nailiyyət
Azərbaycanın ötən il ən böyük uğuru təxminən 200 ölkəni bir araya gətirən COP29 iqlim konfransına ev sahibliyi etməsi oldu. Prezidentin də ifadə etdiyi kimi, bu, böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi.
Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi.
Azərbaycan Prezidenti bəyan edib ki, əslində, biz iqlim dəyişikliyi ilə bağlı məsələlərlə dərindən məşğul olmağa başlayanda iqlim dəyişikliyi səbəbindən ekzistensial təhlükə ilə üzləşən ölkələrdə yüksək dərəcədə narazılığın olduğunu gördük: “Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. Aydın məsələdir ki, böyük aktorların birgə yanaşması olmadan həmin ölkələri və iqlim məsələləri ilə məşğul olmaq üçün maddi ehtiyatları olmayan ölkələri dəstəkləmək çətin olacaq. Düşünürəm ki, üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir. Qlobal Cənub tamamilə obyektiv olaraq dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir”.
Yeri gəlmişkən, COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Azərbaycan toplantının dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Ölkəmiz genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.

Strateji tərəfdaş ölkələr – Azərbaycan və Çin
Yeri gəlmişkən, Prezidentin Çin nəşrlərinə müsahibəsi artıq ənənəyə çevrilib. Bu da təsadüfi deyil. Ölkələrimiz arasında münasibətlər strateji önəm kəsb etməkdədir. Çin kimi fövqəldövlətlə münasibətlərin strateji önəm kəsb etməsi Azərbaycan üçün tarixi uğurdur.
Prezident də bildirib ki, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular: “Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.
Dövlət başçısı onu da deyib ki, indi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir.
Bəlli olduğu kimi, Azərbaycan Çin vətəndaşlarını viza almaq tələbindən azad edib. Prezident bu məsələni müsahibəsində xüsusi qeyd edib: “Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi biz rəsmi diplomatik kanallardan istifadə edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir”.

Prezident Çinin də üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi yer ayırıb. Bəyan edib ki, ölkəmizin təşkilatda statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır: “Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var”.
Müsahibədə diqqətçəkən məqamlardan biri də odur ki, Prezident bütün ölkələrlə, o cümlədən Avropa İttifaqı ilə münasibətlərə böyük önəm verdiyini bildirib. Məsələn, Aİ-nin 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması da Azərbaycanın çoxvektorlu siyasətinin nəticəsidir. Dövlət başçısı vurğulayıb ki, şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır: “Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır”.
Bundan əlavə, Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Yekun olaraq onu deyə bilərik ki, Prezident İlham Əliyev növbəti müsahibəsi ilə Azərbaycanın tək bölgədə deyil, qlobal miqyasdakı rolunu açıq şəkildə bəyan etdi.(Report)
Tarix: 12-02-2025, 18:35
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
12-02-2025, 10:24
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
16-08-2024, 13:48
Azərbaycan xarici siyasətinin prioritetləri - qonşularla mehriban münasibətlər və qarşılıqlı etimad - ŞƏRH
26-08-2024, 08:42
Mehriban Əliyevanın doğum günüdür
15-10-2024, 14:54
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür
19-08-2024, 18:05
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
19-07-2024, 16:54
Çətin geosiyasi şəraitdə uğurlu xarici siyasət - Prezidentin dinamik qlobal səfər proqramı - ŞƏRH
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
17-10-2024, 12:02
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
13-02-2024, 16:47
Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı yekun qərarı - TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
24-04-2024, 13:45
Prezident 2 fərman imzaladı