18:17 / 05-03-2025
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
17:37 / 05-03-2025
Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edəcək
16:53 / 05-03-2025
İmtahanla bağlı valideynlərə XƏBƏRDARLIQ
16:13 / 05-03-2025
"Qırmızı Xaç" Azərbaycanda fəaliyyətini dayandırır? - AÇIQLAMA
15:36 / 05-03-2025
IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılır
15:07 / 05-03-2025
Hökumət parlamentə hesabat verməyə HAZIRLAŞIR
14:33 / 05-03-2025
Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var
13:56 / 05-03-2025
İlham Əliyev Ankaraya işgüzar səfər edib
12:50 / 05-03-2025
DYP sürücülərə müraciət etdi
12:07 / 05-03-2025
Turizm Agentliyində QALMAQAL - Aparat rəhbəri İŞDƏN ÇIXARILDI
11:17 / 05-03-2025
Səfərbərliyin idarə rəisi və müavini rüşvətə görə HƏBS EDİLDİ
10:37 / 05-03-2025
Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb, polis əməkdaşları cəlb olunub - YENİLƏNİB
09:39 / 05-03-2025
Ali məktəb və kolleclərə sənəd qəbulu yekunlaşır - XƏBƏRDARLIQ
09:04 / 05-03-2025
İlham Əliyevlə Ərdoğanın layihəsi: Türkiyədən Naxçıvana qaz nəqli niyə VACİBDİR...
08:38 / 05-03-2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
18:43 / 04-03-2025
Ramazanın beşinci günü - İmsak və iftar VAXTLARI
18:24 / 04-03-2025
İlham Əliyev D-8-in Baş katibini qəbul etdi
18:07 / 04-03-2025
Lənkəranın icra başçısı məhkəmənin çağırışına gəlmir
17:45 / 04-03-2025
Makronun növbəti məğlubiyyəti - Zelenski Britaniyanı seçir - ŞƏRH
17:02 / 04-03-2025
Rəşad Nəbiyev Samuxda vətəndaş qəbulu keçirdi - Fotolar
16:39 / 04-03-2025
32 yaşlı kişini güllələyən ANAMA əməkdaşı imiş
16:22 / 04-03-2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
15:39 / 04-03-2025
Baş prokuror Beyləqanda vətəndaşları qəbul edib
15:11 / 04-03-2025
Azərbaycanda Avrasiya Dağ Turizmi Forumu keçirilir
14:24 / 04-03-2025
Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb
12:53 / 04-03-2025
Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir
12:09 / 04-03-2025
"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
10:52 / 04-03-2025
Məktəbdə psixoloq işləmək istəyənlərin nəzərinə! - İmtahan BAŞLAYIR
Beynəlxalq Ana dili günü – Min sınaqdan çıxan, yaşayıb, inkişaf edən Azərbaycan dili – ANALİZ
Bölməyə aid digər xəbərlər

“İnsan dilinin altında gizlənib” deyirlər. Bununla dil şəxsin keyfiyyət göstəricilərindən biri olaraq tanınır. Dil həm də bir etnosun varlığı, mövcudluğu üçün əsas elementdir. Dil mədəniyyət daşıyıcısıdır. Onun yoxluğu nəticəsində etnos assimilyasiya olunur, tarixə çevrilir. Bəzən dil qalır, etnos ölür. Latınlar kimi.
Hazırda dünyada 7 min dil var. Ancaq hər il bir çox ləhcələr sıradan çıxır.
Fevralın 21-i, dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu gün həm bayramdır, həm də hələ də bayrama çevrilməyən təqvimdir. 1999-cu ilin noyabrında UNESCO-nun baş konfransının 30-cu sessiyasında Beynəlxalq ana dili günü təsis edilib. 2000-ci il fevralın 21-dən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd olunur.
Beynəlxalq Ana dili günü 25 ildir dünyanın müxtəlif ölkələrində keçirilir.
Bu tarix təsadüfi seçilməyib. 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbə öldürülüb. Onların şərəfinə də bu gün elan olunub.
Azərbaycanda avqustun 1-də Azərbaycan Dili və Əlifbası Günü qeyd edilir. Bu, ölkə üzrə rəsmi Bayram günü sayılır.
Keçmiş SSRİ dövründə də Azərbaycan dilinin, azərbaycanlıların assimilyasiyası üçün Moskva çox saylı layihələr, planlar həyata keçirib. Ancaq onların çoxunun qarşısı alınıb. Məsələn, azərbaycanllar adınan Kremlə Respublikanın rəsmi dilinin rusca olmasına dair çoxsaylı müraciətlər ünvanlanıb.
Onun qarşısını bir vaxtlar Azərbaycan Ali Sovetinin sədri olanda Mirzə İbrahimov və Azərbaycan Kommunist Partiyasının birinci katibi olanda Heydər Əliyev almışdı. O vaxtla Azərbaycan SSR-in konstitusiyasında bununla bağlı dəyişiklik edilməsi təklif olunurdu. Rus dili bütün sahələrdə hakim kəsilmişdi. Elə milli azadlıq hərəkatı zamanı Azərbaycan dilinin təmizliyi, statusu ilə bağlı məsələ əsas tələblərdən olub.
1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub. 2001-ci ildə isə bu qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb. 2001-ci il avqustun 1-də respublika ərazisində Kirill qrafikalı əlifbanın tətbiqi dayandırılıb. Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da avqustun 1-inin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzalayıb.
Ancaq Azərbaycan türklərinin yerli sakini olduğu ölkələrdə vəziyyət heç də birmənalı deyil.
Dağıstan Respublikasının Dərbənd şəhərində 60 mindən çox azərbaycanlı var. Ancaq məktəblərdə ana dilinin tədrisi aşağı səviyyədədir. Şəhərdə 48 məktəb fəaliyyət göstərir. Onlardan yalnız səkkizində azərbaycanlılar oxuyur. Bütün dərslər isə rus dilində keçirilir. Azərbaycan dilinin tədrisinə isə çox az saat ayrılıb.
Azərbaycanda 80 mindən çox insan rus dilində təhsil alır. Ölkə üzrə rus dilində 15 ümumtəhsil məktəbi var. Azərbaycanın 324 məktəbində rus dili tədris olunur, 800 mindən çox məktəbli ikinci dil kimi bu dili öyrənir.
Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır. Orada 116 Azərbaycan məktəbi fəaliyyət göstərir. Saylarına görə Azərbaycanda isə 10 gürcü orta təhsil müəssisəsi var.
Ermənistanda da sovet dövründə Azərbaycan məktəbləri fəaliyyət göstərirdi. Ancaq 1988-ci ildə qərbi azərbaycanlıların öz yurdlarından qovulması ilə bu məktəblərin də fəaliyyəti bitib. Ermənistan hakimiyyəti bununla da ölkə üzrə Azərbaycan türklərinin bütün mədəni izlərini təmizləmiş olublar.
Rusiyada zəif, Gürcüstanda orta səviyyədə Azərbaycan türkcəsi tədris olunur, Ermənistanda isə etnik təmizləmə nəticəsində bu yoxa endirilib.
İran İslam Respublikasında milyonlarla Azərbaycan türkü ana dilində təhsil almaqdan məhrum edilib.
Prezident İlham Əliyev 2022-ci il noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zaman bu məsələ ilə bağlı demişdi: “İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir”.
O deyib ki, İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur: “Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir".
Bu yaxınlarda İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən “Azərbaycan mədəniyyəti həftəsində” Məhəmmədhüseyn Şərhiyarın “Heydərbabaya salam” poemasından iki beyti Azərbaycan türkcəsində deməsini də çox gördülər. Ona farsca danışmaq üçün göstəriş verildi. Halbuki tədbirin mahiyyətinə uyğun olaraq Məsud Pezeşkian Azərbaycan türkcəsində danışması daha məntiqi idi.
İranda türkcə iki beytin deyilməsinə dözməyən siyasi-ideoloji sistem Azərbaycan dilində çətin məktəb açar. Bu hakimiyyətin türk dili və mədəniyyətinə baxışı, yanaşması Rza və Məhəmmədrza şah pəhləvilərin əməllərindən heç nə ilə fərqlənmir.
Təzadlı vəziyyətdir. Prezident İlham Əliyev Azərbaycan dilinin qoruyucusu, təbliğatçısı olaraq çıxış edir, İran Prezidenti, türk Məsud Pezeşkiana isə öz dilində danışmaq belə çox görülür.
Hələ ki Beynəlxalq Ana dili günü ilə bağlı Güney Azərbaycanın şəhərlərində bu günün bayram olması uğrunda mübarizə aparılır, milli dildə kitablar, açıqcalar paylanılır.(Report)
Tarix: 21-02-2025, 15:31
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
12-02-2025, 10:24
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
10-10-2024, 14:05
“Başları əlhəd daşına dəyən” ermənilər – böyüklərinin səhvlərinin qurbanları - TƏHLİL
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
26-08-2024, 08:42
Mehriban Əliyevanın doğum günüdür
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
19-08-2024, 18:05
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
18-11-2023, 10:40
Hidayət də, zəlalət də Allahdandır?
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL