14:48 / 24-04-2025
İsmayıllıda zəlzələ olub
10:16 / 24-04-2025
Kürdəxanıda obyekt yanır
İranın Beyrutdakı səfiri Livan XİN-ə çağırılıb

İranın Beyrutdakı səfiri Livan XİN-ə çağırılıb

İranın Beyrutdakı səfiri Moctaba Amani Livan Xarici İşlər Nazirliyinə çağrılıb.

Bu barədə cümə axşamı “Al-Arabiya” telekanalı məlumat yayıb.

Səfirdən Tehranın Livanın daxili işlərinə müdaxilə etməməsi tələb edilib.

M.Amani ilə söhbət zamanı Livan hökuməti ölkələrin suverenliyinə dair "diplomatik protokola riayət etməyin" vacibliyini vurğulayıb.

Telekanalın məlumatına görə, daha əvvəl İranın Beyrutdakı səfiri "Hizbullah" hərəkatının tərk-silah olunması ilə bağlı fikir bildirib.

"Tərk-silah layihəsi ölkələrə qarşı açıq sui-qəsddir. ABŞ İsraili ən yeni silahlar və raketlərlə təchiz etməyə davam edir. Bununla yanaşı, müxtəlif bəhanələrlə digər ölkələrə təzyiq göstərir, onları arsenallarını azaltmağa və ya məhv etməyə çağırır", - telekanal onun sözlərini sitat gətirir.


Tarix: Dünən, 18:06


Bölməyə aid digər xəbərlər
26-03-2024, 09:52 Cünevrədə mühüm TOPLANTI