11:49 / 18-04-2025
Hikmət Mirzəyevə ağır itki
Zaxarova: Fransa öz maraqları naminə Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır

Zaxarova: Fransa öz maraqları naminə Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır

Fransa Cənubi Qafqazda gərginliyi artırmaq niyyətini dəfələrlə nümayiş etdirib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, rəsmi Paris öz geosiyasi məqsədlərinə çatmaq üçün Cənubi Qafqazda gərginliyin saxlanılmasında maraqlıdır.

"Bizim (rəsmi Moskva) Parisin Cənubi Qafqazda guya xoş niyyətləri barədə verdiyi təminatlara dair heç bir illüziyamız yoxdur. Dəfələrlə məhz Yelisey sarayının Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi bahasına vasitəçilik səylərini qəbul etdirmək cəhdlərinin şahidi olmuşuq. Avropa İttifaqının Ermənistanda əsl məqsədlərinin nə olduğu bizə çox yaxşı məlumdur. Onların Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək vəzifəsi ilə heç bir bağlılığı yoxdur", - o qeyd edib.


Tarix: 17-04-2025, 17:46


Bölməyə aid digər xəbərlər