19:24 / 16-04-2025
Sabunçu tunelində vəziyyət nə yerdədir? - Video
18:49 / 16-04-2025
Gürcüstan Prezidenti Milli Məclisdə olub
18:29 / 16-04-2025
Azərbaycan Prezidenti ictimai-siyasi xadim Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
18:10 / 16-04-2025
Danimarka hərbçilərini Ukraynaya göndərəcək
15:58 / 16-04-2025
Serj Sarkisyan revanşistləri qızışdırır – ŞƏRH
15:17 / 16-04-2025
Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
14:36 / 16-04-2025
Azərbaycan və Belarus səhiyyə sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə edib
14:10 / 16-04-2025
Azərbaycan və Gürcüstan prezidentləri mətbuat bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
13:04 / 16-04-2025
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh zəruridir
12:44 / 16-04-2025
İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
12:02 / 16-04-2025
Həftəsonu 54 minə yaxın şagird IX sinif buraxılış imtahanında iştirak edəcək
11:26 / 16-04-2025
"Haber Global": İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi
10:40 / 16-04-2025
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
10:03 / 16-04-2025
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:36 / 16-04-2025
DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib
09:21 / 16-04-2025
Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb
18:43 / 15-04-2025
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
18:09 / 15-04-2025
Anar Kərimov maliyyə nazirinin I müavini təyin edilib
17:51 / 15-04-2025
Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında YENİLİK
17:07 / 15-04-2025
Attestasiyadan kəsilən müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
16:42 / 15-04-2025
Yaranması müşkülə düşən Avropa ordusu – İttifaq ABŞ ilə müttəfiqliyi itirə bilər - ANALİZ
15:38 / 15-04-2025
Sahil Babayev onu vəzifədən kənarlaşdırdı
15:04 / 15-04-2025
Simonyan: Paşinyan mayda Moskvada keçiriləcək paradda iştirak edəcək
14:24 / 15-04-2025
Rusiyanın İsveçdəki səfirliyinin qarşısına boya qutuları atılıb
12:58 / 15-04-2025
AMB: Neft qiymətləri maliyyə sektoruna birbaşa təsir etmir
12:32 / 15-04-2025
Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək
12:05 / 15-04-2025
Sloveniya XİN başçısı Azərbaycan və Ermənistana səfər edəcək
11:43 / 15-04-2025
Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir
10:58 / 15-04-2025
Xınalığa 20 sm qar yağıb, dağlıq rayonlarda şaxta olub - FAKTİKİ HAVA
Xaməneinin zəvvarlara çağırışı – Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ





Bölməyə aid digər xəbərlər

Bu günlərdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Həcc ziyarəti ilə bağlı qurultay ərəfəsində rəsmilər və Beytullah əl-Həramdan olan bir qrup zəvvar ilə görüşüb.
O, çıxışı zamanı Həccin fəzilətindən danışmaqla yanaşı İsrailin düşmən olduğunu və ona qarşı Məkkədə belə birlikdə mübarizə aparmağı tövsiyə edib: “Harada olmasından asılı olmayaraq, iranlı, yaxud qeyri-iranlı zəvvarlar Qurani-Kərim məntiqini bütün İslam dünyasına çatdırmalıdır. İndi Fələstinin buna ehtiyacı var”.
İranın ali rəhbəri Əli Xameneyinin builki Həcc ziyarəti haqda çıxışı və iranlı zəvvarları Məkkə və Mədinədə siyasi fəallığa çağırışı geniş etirazlara yol açıb. Bununla bağlı sosial mediada çoxsaylı paylaşımlar edilir.
Aralarında məşhur ruhanilərin də olduğu minlərlə iranlı Səudiyyə Ərəbistanına müraciət göndəriblər. Onlar Xameneyinin çağırışını “təxribata dəvət” adlandıraraq, İran hökumətinin dini mərasimdən siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını yazıblar.
Müraciətçilər Ər-Riyaddan müsəlmanların müqəddəs məkan və alimlərini aksiya üçün istifadə cəhdlərinə icazə verməməyə çağıriblar. Onlar Tehranın əməllərinin İslama və müsəlmanlara utanc gətirdiyini deyib, iranlıların Səudiyyə Ərəbistanına səfərlərinə qadağa qoyulmasını istəyiblər.
O, bu çağırışı ilə Səudiyyə Ərəbistanında Məkkə ziyarətinin din adı altında İsrailə qarşı savaş meydanına çevrilməsini istəyib.

Bu, tərəflər arasında münasibətlərin yenidən pozulmasına səbəb ola bilər. Çünki Tehran hakimiyyəti 1979-cu il fevral inqilabından sonra Məkkə və Mədinənin Qurban bayramında ziyarətindən İsrail və ABŞ-ə qarşı siyasi dəyənək olaraq istifadə etməyə çalışır.
1979-cu il noyabrın 20-də bir qrup yaraqlı əl-Haram məscidini ələ keçirmişdi. Onda Səudiyyə Ərəbistanı polisi ilə silahlılar arasında atışma nəticəsində hər iki tərəfdən 255 nəfər ölmüşdü. Bu qruplaşma İrandakı islam inqilabının krallıqda da reallaşmasına cəhd göstərmişdi. Onda Ər-Riyad bu hadisəyə görə Tehranı ittiham etmişdi. Sonrakı dövrdə krallıq İslam Respublikasını ölkəsinin daxili işlərinə müdaxilə etməkdə qınayıb, Tehran isə Səudiyyə Ərəbistanında şiələrin hüquqlarının müdafiəçisi kimi çıxış edib. Sonrakı dövrdə həmin təriqətin nümayəndələri krallıq hakimiyyətində ABŞ-yə neft ixracını dayandırmağı tələb etmişdi. Növbəti ildə iranyönlü aksiyaların sayının 60-a çatdığı bildirilirdi. Tehran hakimiyyəti isə bir qayda olaraq bu aksiyalarla bağlılığının olmadığını açıqlayırdı.
İran hakimiyyətində iddia olunurdu ki, Həcc ziyarəti müsəlmanlar arasında dialoq üçün ən yaxşı platformadır.
Məkkədə polislə növbəti qarşıdurma 1987-ci il iyulun 31-də baş verib. Onda 375-i iranlı olmaqla 402 nəfər ölmüşdü. Ona görə də növbəti il İrandan olan zəvvarların kvotası 55 min nəfər müəyyən edilmişdi. Tehran isə 150 min yer tələb edirdi. Ona görə də İran hakimiyyəti həmin ildən Həcc ziyarətini boykot yolunu seçdi. Aparılan danışıqlar nəticəsində ikitərəfli münasibətlər 1991-ci ildə bərpa olundu və İrana 105 min yer ayrıldı.

Sonrakı dövrdə münasibətlərdə irəliləyiş oldu. Şiələrin Kərbəla hadisəsi ilə bağlı mərasimlər keçirməsinə şərait yaradıldı, hətta bələdiyyə seçkilərində onların nümayəndəsi deputat olmuşdu. 2016-cı ildə bu təriqətin lideri Nimr ən-Nimri və onun 46 tərəfdarının edam edilməsi tərəflər arasında münasibətlərin yenidən pozulmasına səbəb oldu. İranda krallığın konsulluğu və səfirliyin binası yandırıldı.
2015-ci ilin oktyabrında Həcc ziyarəti zamanı izdihamda 464 iranlının öldüyü bildirilirdi. Həmin hadisə ilə bağlı Xamənei və İranın başqa rəsmləri Səudiyyə Ərəbistanını ittiham etmişdi. Onların sayının 769 -1000 nəfər olduğu da iddia edilir.
Səudiyyə Ərəbistanı hakimiyyəti İrana Məkkə və Mədinədə siyasi şüarlar altında aksiyalar keçirməməyi şərt olaraq irəli sürüb. Çünki Tehran ziyarətə gələnlərin çoxluğundan və müxtəlifliyindən öz siyasi məqsədləri üçün istifadə edir. Həmin aksiyalarda “İsrailə ölüm!”, “Amerikaya ölüm!” şüarları səslənir. Bu şüarların deyilməsi isə krallığın siyasi, regional maraqlarına uyğun gəlmir.
Ümumiyyətlə Tehranla Ər-Riyad münasibətləri normallaşmadan uzaqdır. Bunun üzdə olan bəzi səbəblərini qeyd etmək olar - İran və Səudiyyə Ərəbistanı neft və təbii qaz ölkələri olduğundan enerjidaşıyıcıları bazarında bir-birinə rəqibdirlər - İran hakimiyyəti dünya müsəlmanlarına liderlik etmək istəyir.
Tehran buna alternativ olaraq İraqdakı ziyarətgahları təbliğ etməyə çalışır. Bununla da zəvvarlar bazarında rəqabət var - hər ikisi bir-birini qəbul etməyən təriqət mərkəzi rolunda çıxış edirlər - krallıq ABŞ-nin regional müttəfiqi, tərəfkeşidir. “Amerikaya ölüm!” şüarı isə İranın siyasi-ideoloji təməl prinsiplərindəndir - panfarsizm ideologiyası Sasani imperiyasının çökməsində ərəbləri əsas günahkar sayır. Odur ki, etnik baxımdan da ziddiyyət var - tərəflər Fələstin dövlətinin mövcudluğu ilə bağlı məsələyə fərqli yanaşır. İran HƏMAS və başqa silahlı qruplaşmalar vasitəsi ilə İsrailə qarşı savaşır. Krallıq isə daha çox məsələnin danışıqlar və başqa dinc yollarla həlinə çalışır - Tehran Səudiyyə Ərəbistanı, Yəmən, Bəhreyn və başqa ərəb ölkələrindəki qüvvələri ilə krallıqdakı hakimiyyət üçün problem yaradır - hər ikisi regional güc olmaq uğrunda mübarizə aparır və s.

Ötən il İran Prezidenti İbrahim Rəisi qonşular və müsəlman dövlətləri ilə düşmənçilikdən imtina edib, iqtisadi əlaqələrə önəm verəcəkləri siyasəti həyata keçirəcəklərini açıqladı.
Bu kontekstdə Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanın arasında pozulmuş siyasi-diplomatik əlaqə bərpa olundu.
Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu Tehran-Ər-Riyad münasibətlərinə yenə kölgə salmağa başlayıb.
Tehranın bu müharibədə birmənalı olaraq “İsrailin məhv edilməsi” iddiası ilə çıxış etməsi başqa məsələlərə də təsirsiz ötüşmür.
İran hakimiyyəti Məkkə və Mədinədə anti-İsrail və anti-ABŞ aksiyaları keçirməklə həm də krallığın təhlükəsizliyinə zərbə vurur, onun sabitliyini pozur, Səudiyyə Ərəbistanını riskli ölkə kimi təqdim etməklə iqtisadiyyatına zərbə vurmağa çalışır.
Xaməneinin zəvvarlara çağırışı daha çox siyasi hikkənin göstəricisi sayıla bilər. İsraili “sionist” və “düşmən” adlandırmaq, onu məhv etməyə çağırış İran hakimiyyətinin 45 illik ənənəsidir. Onun təmsilçiləri təkcə Məkkədə deyil, bunu dünyanın başqa dövlətlərində də həyat keçirməyə çalışırlar. HƏMAS-İsrail müharibəsi zamanı Tehran qonşu müsəlman dövlətlərə qarşı çıxışlarına ara verməyib.

Avropa Ravvinləri Konqresinin nümayəndəsi ravvin Gedi Qroniç Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bildirib ki, Bakıda istənilən dinin nümayəndəsi özünü təhlükəsiz hiss edə bilər: “Bakı dünyada nadir yerlərdən biridir ki, mən küçədə sakitcə, heç nə düşünmədən, qorxmadan gedə bilirəm”.
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) təbliğat vasitəsi isə yəhudiləri hədələyərək bildirib: “Sionistlər əmin olmalıdır ki, təkcə Azərbaycan deyil, dünyanın heç bir yerində sizə sığınacaq olmayacaq”.
Bu bir daha Tehranın İsrailə qarşı savaşının siyasi olduğunu təsdiqləyir. Onun İsrailə qarşı açıq savaşa girməyə cəsarəti çatmadığından Fələstində HƏMAS-ın, Yəməndə husilərin, Livanda “Hizbullah”ın, İraqda Həşdi-Şəbinin, Suriyada “Zenəbiyyun”un və s. qrupların arxasında gizlənir, Məkkə ziyarətini siyasi savaş meydanına çevirməyə çalışır. Bununla islam dünyasına qarşı beynəlxalq aləmdə kin-nifrət hissinin yayılmasına əsas verir. Ancaq Hindistanın Baş naziri Narendra Modinin anti-islam, müsəlmanlara qarşı fəaliyyətinə göz yumur. Halbuki onun çağırışları 200 milyondan çox müsəlmanın taleyinə təsir edir.
İraqla müharibədə ayətullah Ruhullah Xomeyni Məkkəni də ələ keçirərək onu “kafirlərdən” (səudiyyələr onları belə adlandırır) azad edəcəklərini vəd edirdi. Xaməneinin də çağırışı bu iddianın davamıdır. Bu, Tehranın özünü dünya müsəlmanlarının lideri, mərkəzi görmək xülyasından irəli gəlir.(Report)
Tarix: 8-05-2024, 15:49
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
8-04-2024, 16:32
İranın vəziyyətinin göstəricisi - Sepahın dezinformasiyası - ŞƏRH
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
25-04-2024, 18:26
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
4-08-2020, 19:02
“İran ABŞ-dan general Süleymaninin qisasını alacaq” - Hüseyn Salami
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
23-06-2021, 17:07
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfərə getdi
18-11-2023, 10:40
Hidayət də, zəlalət də Allahdandır?