10:01 / 30-05-2025
Azərbaycan nefti ucuzlaşıb
18:04 / 29-05-2025
Zabratda su kəsiləcək
12:47 / 29-05-2025
Rövşən Qurbanov həbs edildi
Kürün səviyyəsi 14 sm artıb

Kürün səviyyəsi 14 sm artıb

Kür çayında suyun səviyyəsi 14 sm artıb.

Bu barədə Milli Hidrometeologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 29-u saat 09:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay, Oxçuçayda 4 sm, Quruçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 8 sm, Kür-Surrada isə 6 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi ötən sutka ilə müqayisədə 14 sm artıb, su sərfi 475 m3/san olmaqla normanın 68%-ni təşkil edir.


Tarix: Dünən, 09:24


Bölməyə aid digər xəbərlər
13-05-2025, 09:21 Bəzi çaylarda sululuq artıb
29-04-2025, 09:55 Bəzi çaylarda sululuq artıb