18:41 / 24-04-2025
Bu agentlik 295 minlik yeni xidməti maşınlar alır
18:25 / 24-04-2025
Baş konsulluq: Türkiyədə zəlzələ zamanı Özbəkistan vətəndaşı ölüb
18:06 / 24-04-2025
İranın Beyrutdakı səfiri Livan XİN-ə çağırılıb
17:30 / 24-04-2025
Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlayır
17:10 / 24-04-2025
Sabah Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
16:49 / 24-04-2025
Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb
16:16 / 24-04-2025
Avropa Voleybol Konfederasiyasının prezidenti Fəxri xiyabanı ziyarət edib
15:40 / 24-04-2025
Saxta soyqırımı iddiası – çin olmadan qapanan daha bir yuxu kitabı - ŞƏRH
15:25 / 24-04-2025
Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğal edilməsinə qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq olunub
14:48 / 24-04-2025
İsmayıllıda zəlzələ olub
14:11 / 24-04-2025
AFFA-nın icraçı vitse-prezidenti UEFA-nın İstanbuldakı tədbirinə qatılacaq
13:00 / 24-04-2025
Sabah rayonlarda yağış yağacaq, şimşək çaxacaq
12:10 / 24-04-2025
DİM Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
11:36 / 24-04-2025
İlham Əliyev Çin kanalına müsahibə verib
11:05 / 24-04-2025
Komissiya sədri: Aİ-nin Ermənistanda yaratdığı iki missiya Azərbaycanın ərazi bütövlüyünə təhdid olub
10:42 / 24-04-2025
İlham Əliyevin qarşılanma mərasiminə HAZIRLIQ - VİDEO
10:16 / 24-04-2025
Kürdəxanıda obyekt yanır
09:49 / 24-04-2025
Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb
09:18 / 24-04-2025
Müdafiə Nazirliyi: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
08:48 / 24-04-2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
17:36 / 23-04-2025
Sabah bu qəsəbələrin qazı KƏSİLƏCƏK
17:15 / 23-04-2025
Ərdoğan: Hazırda İstanbuldakı zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur
16:52 / 23-04-2025
İran Prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var
16:14 / 23-04-2025
Paşinyana xidmət edən “Ermənistan” – parlamentdə oynanılan "dava" tamaşası - ŞƏRH
15:55 / 23-04-2025
Hidayət Heydərov: "Daha güclü qayıdacağım anı səbirsizliklə gözləyirəm"
15:09 / 23-04-2025
İlham Əliyev Çinin Baş naziri ilə görüşüb - YENİLƏNİB
12:28 / 23-04-2025
Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
11:57 / 23-04-2025
Çin Sədri: Tarif və ticarət müharibələri dünyanın iqtisadi nizamına zərbədir
11:07 / 23-04-2025
Çin Azərbaycanın tezliklə Ümumdünya Ticarət Təşkilatına üzv olmasını istəyir
İşğal olunmuş Zəngəzur - bu bölgədən yolun, kəmərin keçməsi də uzaqda deyil - ŞƏRH





Bölməyə aid digər xəbərlər

Azərbaycan türklərinin imperiyaları dağıldıqdan sonra torpaqlarında irili-xırdalı dövlətlər quruldu. Bu zaman türklərin tarixi, qədim yurd yerləri də parçalandı. Ayrı-ayrı ölkələrin tərkibinə qatıldı. Azərbaycana aid həmin ərazilərdə bölgəyə aidiyyəti olmayan gəlmə, köçürülmə etnik qruplara aid dövlətlər quruldu.
Bununla da Azərbaycanla Türk dünyası, özəlliklə tarixi Osmanlı dövləti, onun varisi Türkiyə ilə sərhədlərdə türk düşmənliyi edənlər üçün bufer dövlətlər qurulub.
Həmin torpaqlar Azərbaycandır. Çünki oraların da əsl sakinləri, avtoxon xalqı türklərdir. Bunu isə yer, coğrafi adlar, arxeoloji qazıntılar nəticəsində əldə edilən materiallar, qədim tarixi mənbələr, daş kitabələr və başqa vasitələr təsdiqləyir.
XIX əsrdə Rusiyanın Azərbaycanı işğalı ilə torpaqların parçalanması, işğalı çox geniş miqyasda davam edib.
Qaçar səltənəti çar Rusiyasından ərazilərini, xüsusən şimal torpaqlarını işğal və təcavüzdən qorumağa çalışsa da, buna nail ola bilmədi. Nəticədə Azərbaycan parçalandı. Rusiya ələ keçirdiyi, ilhaq etdiyi bölgələrə, xüsusən, İrəvan, Gəncə, Qarabağ, Şamaxı, Bakıya Qacar səltənətindən erməniləri köçürməklə Cənubi Qafqazda gələcək etnik qarşıdurmaların əsası qoyulub.
Tarixin sonrakı mərhələsində Azərbaycan türklərinin tarixi dədə-baba torpaqlarında ermənilər üçün dövlət qurulması planını həyata keçirməyə başlayıblar. Bunun üçün isə ilk növbədə türkləri indiki Ermənistan ərazisindən köçürməyə, qovmağa başladılar. Türkcə yer adları erməniləşdirildi, tarixi mədəni abidələr dağıdıldı. Bir sözlə indiki Ermənistan ərazisindən türklərin izi, varlığını əks etdirən bütün faktları sildilər.
Ancaq tarixi poza, dəyişə bilmədilər. Dünyadakı tarix, coğrafiya və başqa mənbələr həmin bölgədə ermənilərin yaşadığını indiyədək təsdiqləməyib.

Ermənilərin etnik və türk izini təmizləmə siyasətinə şübhə edənlər üçün Qarabağ və ətraf rayonlar işğal altında saxlanılan müddətdə yol verilən cinayətləri yada salmaq kifayətdir. Onlar Azərbaycanın bütün yer adlarını erməniləşdirmişdilər.
Ermənistanın yaradılması, Azərbaycanın parçalanması Türkiyə ilə birbaşa əlaqələrdə problemlər yaradıb.
Torpaqlar işğaldan təmizlənəndən sonra rəsmi Bakı regional və qlobal əhəmiyyətli bir sıra təşəbbüslər irəli sürüb, yaxud rəsmi Ankara ilə birlikdə həmmüəlliflik edib. Bunlardan biri də Zəngəzur yoludur.
Torpaqlarının parçalanması, bölünməsi Azərbaycan bölgələri arasında əlaqələrin yaranmasında problem yaradıb. Naxçıvanla ölkənin başqa regionları arasında rabitə mümkün deyil.
Bu da Azərbaycan torpaqlarının işğalının törəməsidir. Sovetlər dövründə Zəngəzur bölgəsinin Ermənistana verilməsi buna nümunədir. O vaxtlar sovetlər də da çar Rusiyası kimi torpaqları işğal etdiyi üçün ərazilərlə istədiyi kimi davranırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşeviklər Zəngəzuru Ermənistan Sovet Sosialist Respublikasının tərkibinə qatıblar.
Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də İğdır-Naxçıvan qaz xəttinin açılışı mərasimində bu məsələyə toxunaraq deyib: “Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub.
Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı”.
Prezident İlham Əliyev tədbirdəki çıxışında ermənilərin niyyətinin baş tutmamasının səbəbindən danışarkən deyib: “Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir”.

Yeri gəlmişkən, Prezident Zəngəzurun bolşeviklər tərəfindən işğal edilməsi məsələsini 2021-ci il aprelində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı nitqində də əhatəli danışmışdı.
Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Rusiya K(b)P Qafqaz bürosunun üzvlərinin birgə iclasında (protokol №4, 2-ci bənd) “Ermənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi” müzakirə olunub.
İclasda Nərimanov, Hüseynov və Yeqorov, Stalin, Orconikidze, Stasova, Şeynman, Leqran, Qabrielyan və Qarayev iştirak ediblər. Ermənistanla Rusiya arasında imzalanacaq sülh müqaviləsində Zəngəzurun Ermənistana verilməsinə dair məsələ barədə Siyasi Büro üzvləri bildirib ki, bu, siyasi və strateji baxımdan faydalı deyildir. Qərar yalnız çıxılmaz halda edilə bilər. Yəni, Azərbaycanın bu ərazisi onun iştirakı olmadan Rusiyanın müqavilə ilə Ermənistana verməsi düzgün hesab edilməmişdi.
Çünki onda bu ərazi sovetləşdirilməmişdi. 1920-ci il noyabrın 30-da bölgə bolşeviklərin nəzarəti altına tam keçəndən sonra Zəngəzurda Ermənistan ərazisi sayıldı. Onda bolşeviklər Azərbaycanın Türkiyə ilə əlaqələrini kəsmək üçün bu addım atmışdılar. Bununla da Osmanlıdan gələ biləcək yardımların da qarşısını almışdılar. Nəticədə Azərbaycan Respublikası ilə Türkiyənin bir-birindən ayrı düşməsinə nail olmuşdular. Bolşevikləri bu işğalçı addımı həm də Naxçıvanın da erməniləşdirilməsi üçün yol açırdı.
Ermənilərin, havadarlarının Türkiyə ilə Azərbaycan Respublikası arasında əlaqəni böyük planda kəsməyə nail olsa da, iki dövlət böyük layihələri uğurla reallaşdırıb.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, TANAP, TAP və həyata keçən, yaxud reallaşdırılması istiqamətində hazırlıq işləri görülən layihələr bunu təsdiqləyir.
Prezidentin çıxışı Zəngəzur bölgəsinin də Ermənistanın işğalı altında olduğunu birmənalı şəkildə deməyə əsas verir.

Azərbaycanın bir əsrdir işğal altında olan bu bölgəsi barədə mənbələrə istinadən bəzi məlumatları da yada salmaq istərdik. Zəngəzurun sahəsi 7824 kv.km-dir. O, indiki Ermənistan Respublikasının Gorus, Qarakilsə (ermənilər Sisian adlandırıb), Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarını əhatə edir. İndi isə bu mahal Şərqi və Qərbi Zəngəzur adı ilə iki hissədən ibarətdir.
Mütəxəssislərin qənaətincə, “Zəngəzur” sözü təmiz türk mənşəli toponimdir. “Zəngi” – qədim türk tayfasının adıdır. Hazırda həmin bölgədə yerləşən bir çox coğrafi adların – Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngi çayı, Zəngibasar, Zəngilər, Zəngan, Zəncan, Zəngilli və s. kimi kənd, çay, dağ adlarının qaynağıdır.
Məlumata görə, Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov və başqa bu kimi alimlərin əsərlərində bu türk tayfasının adına tez-tez rast gəlinir. “Zəngəzur” sözünün ikinci leksemi olan “zur” – qədim türk dillərində dağlıq, yarğanlıq, qayalıq kimi anlamları ifadə etməklə, zəngilərin yaşadığı dağlıq ərazinin relyefini səciyyələndirir.
Tarixi mənbələrdə qədim səyyahların memuar və tədqiqatlarında da Zəngəzur türklərin yurd yeri kimi təqdim edilir.
Araşdırmaçılar bildirir ki, qədim türk eposu “Kitabi-Dədə Qorqud” dastanındakı hadisələrdən bəziləri Zəngəzurda cərəyan edir. Kitabdakı xeyli yer, şəxs, tayfa adı indi də bu ərazidə mövcuddur – Gorus, Əngəleyüz, Dondarlı, Ulaşlı, Qundanlı, Əkərək, Boynəkər, Basat çayı, Qapıcıq dağı, İçağız və Daşağız mağara kahaları, Ağqaya, Qaragöl, Qaradağ, Ağdüz, Qarayer, Ağdərə, Ağqaya, Ağbulaq, Qaraqaya, Qarasu, Qaraçay, Qara dərə, Qarahun dərə, Xocik, Ağhasar və sair.

Zəngəzur mis-molibden kombinatı var. Bu da bölgənin türklərə aid olması faktlarındandır.
Türkün bu kitabının tarixi isə erməni etnosunun formalaşmasından daha qədimdir. Bu baxımdan Zəngəzurun Azərbaycan ərazisi olması bir faktdır. İğdır-Naxçıvan xətti isə perspektivdə bu ərazidən uzana biləcəyi də istisna deyil.
Belə olan halda Türküstanla Azərbaycan və Türkiyəni birləşdirəcək, oradan isə Avropaya qədər uzanacaq xəttin Zəngəzur yolundan keçəcəyi də uzaq görünmür.
Bu regional və qlobal layihə bir gerçəklikdir. Ona qarşı çıxmaq isə reallıq hissini özündən uzaqlaşdırmaq, onu itirməkdir. Bir vaxtlar Şuşa da daxil olmaqla Azərbaycan ərazilərinin işğaldan təmizlənəcəyinə də inanmayanlar var idi. Vətən Azərbaycan torpaqları zaman keçdikcə parçalandığı kimi bütövləşəcək. Fələyin çarxı bunu da edə bilir.(Report)
Tarix: 6-03-2025, 15:43
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
17-12-2024, 16:54
“Ozanyan” dəstəsinin anti-Türkiyə çıxışı – İrəvanın terrorçularla ortaqlığı - ŞƏRH
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
26-11-2024, 14:33
Qərbi azərbaycanların bir-birindən fərqi, oxşarlıqları – onlar bir-birinin davamı da ola bilər - ŞƏRH
3-09-2024, 16:08
İranın Zəngəzur yolu iddiası – Tehran Moskvaya qarşı - ŞƏRH
10-10-2024, 14:05
“Başları əlhəd daşına dəyən” ermənilər – böyüklərinin səhvlərinin qurbanları - TƏHLİL
13-07-2024, 16:36
Ermənilərin bitməyən saxtakarlığı - Qəbul etmək istəmədikləri Qərbi Azərbaycan - TƏHLİL
28-11-2023, 07:28
"Azərbaycan" adı Türkmənçay sazişində - Tarixi fakt
8-11-2024, 12:49
Prezident xalqa müraciət etdi - Tam mətn
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
12-02-2025, 10:24
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
11-09-2024, 15:29
Qərbə anons verən İranın Rusiyaya hücumu - hamıya açıq olacaq Zəngəzur yolu - ŞƏRH
30-01-2025, 15:54
Zəngəzur dəhlizi - Azərbaycanın haqlı olduğu daha bir layihə - ŞƏRH
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
7-01-2025, 14:12
Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası - ŞƏRH