10:37 / 04-06-2025
Ağalı kəndi - VİDEO
Türkiyədə güclü zəlzələ: 1 ölü, 69 yaralı var

Türkiyədə güclü zəlzələ: 1 ölü, 69 yaralı var


Türkiyənin cənub-qərb sahilində 5,8 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb. Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

“TRT Haber” zəlzələnin Muğla şəhəri ilə yanaşı İzmir və Antalyada da hiss edildiyini bildirib.

Muğla valisi İdris Akbıyık zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını bildirib.


Tarix: 3-06-2025, 09:06


Bölməyə aid digər xəbərlər
15-10-2024, 20:04 Cəlilabadda zəlzələ olub
17-07-2024, 08:37 Azərbaycanda zəlzələ oldu
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı