Azərbaycanda baş həkim və beş tibb bacısı COVID-19-a yoluxub

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.APA-nın məlumatına görə, Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.
O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Əli Məmmədov açıqlamasında bildirib ki, bir həftə əvvəl onda COVİD-19 virusu aşkarlandıqdan sonra paytaxta aparılıb. O, müalicənin nəticələrinin kafi hesab olunduğunu deyib:
“Nəfəs almaqda bəzən çətinlik olur. Belə olduqda oksigen verirlər. Bəzən hərarətim olur, ancaq vəziyyətim stabildir. Ailə üzvlərimdən heç kimdə COVİD-19 aşkarlanmayıb. Lakin Beyləqan Mərkəzi Rayon Xəstəxanasından 5 tibb bacısının analizlərinin cavabı da pozitiv çıxıb. Onlar başqa xəstəxanalara yerləşdirilib”.


Tarix: 7-07-2020, 18:48


Bölməyə aid digər xəbərlər