15:14 / 03-12-2024
Xəyyam Əhmədli dəfn olundu
10:16 / 03-12-2024
Neftimiz ucuzlaşdı
18:26 / 02-12-2024
Bu ərazidə işıq olmayacaq
13:32 / 02-12-2024
Sabah leysan yağacaq
11:14 / 02-12-2024
Prezident qəbul keçirdi
09:41 / 02-12-2024
Bayden oğlunu əfv etdi
Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA

“İnsanlar özlərində xəstəliyin simptomlarını hiss edirlərsə, ərazi üzrə sahə poliklinikalara müraciət edirlər. Qeydiyyata düşdükdən sonra sahə həkimi həmin şəxslərlə telefon vasitəsilə əlaqə yaradaraq vəziyyətlərinə nəzarət edir”.Oxu.Az. xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Səhiyyə Naziriyinin İşçi qrupunun rəsmisi Səbinə Babazadə deyib.
S.Babazadə bildirib ki, əgər həkim şəxsin vəziyyətində COVID-19 şübhəsi hiss edirsə, bu barədə məntəqəyə məlumat verir:
“Məntəqədə çalışan tibb bacısı və ya laborant həmin şəxsin evinə gedərək, ondan yaxma götürür. Bununla da biz vətəndaşlara mümkün qədər evdə xidmət göstərməyə çalışırıq ki, onların poliklinikalara gəlişini azaldaq”.
S.Babazadə xəstəliyin yüngül gedişatı müşahidə edilən şəxslərin müalicəsi üçün dərman preparatlarının dövlət tərəfindən təmin edildiyini də bildirib:
“Əgər xəstəlik yüngül simptomlu keçirsə, dövlət tərəfindən yalnız xəstəliyin birinci mərhələsi üçün nəzərdə tutulan dərman preparatları pulsuz verilir. Buraya Vitamin C, E, D3, maqnezium, selen, “Parasetamol”dur. İnsanlar bu dərmanları qəbul etdikdə, heç bir fəsad olmadan sağalır. Lakin vəziyyətdə ağırlaşma olursa, “103”ə müraciət olunur və onlar xəstəxanaya yerləşdirilirlər.
Çox insan zənn edir ki, poliklinika həkimləri evə gələrək həmin xəstələrə iynə vura bilər. Bu səbəbdən poliklinikalara çoxsaylı müraciətlər daxil olur. Ancaq bu, qəti qadağandır. Epidemioloji nəzarət qaydalarına uyğun deyil. Evdə yalnız yüngül xəstəliklər müalicə edilə bilər”, - deyə S.Babazadə qeyd edib.


Tarix: 7-07-2020, 14:13


Bölməyə aid digər xəbərlər