Dr. Bəxtiyar Qarayev Koronavurus xəstəliyi zamanı uşaqlarda yalnız yüngül simptomlar ola bilər, lakin virusu daha yüksək riskli şəxslərə, o cümlədən yaşlılara və ciddi tibbi problemləri olan insanlara keçirə bilərlər.

"Uşaqların koronavirus infeksiyasına yoluxması mümkündür. Bu, adi qrip simptopları kimi özünü göstərir". Müayinə aparılmadan həmin simptomlara koronavirus əlamətləri demək düzgün deyil: "Çünki, bu, adi qrip də ola bilər. Uşaqlar arasında koronavirus infeksiyasından ölüm halları dünyanın heç bir yerində müşahidə olunmayıb. Yəni 10 yaşından aşağı insanlar arasında bu infeksiyadan ölüm hadisəsi qeydə alınmayıb. Amma təbii ki, bütün virusların uşaqlara yoluxma ehtimalı var".
Təəssüflər olsun ki, Azərbaycanda Koronavirusa yoluxanlar arasında 6-17 yaş aralığında uşaqlarda var. Uşaqlarda təsbit olunan koronavirus əksər hallarda simptomsuz gedişə malik olsa da, bəzi hallarda öskürək,  yüksək hərarət yuxarı tənəffüs yollarının iltihabı ilə bərabər ishal da müşahidə olunur. Bu da diaqnostikanı çətinləşdirir.
Uşaqların virusa qarşı həssaslığı isə qəbul etdiyi virus yükü və uşağın orqanizmindən asılıdır. "Uşaqlarda əsasən, təngnəfəslik, öskürək və qızdırma müşahidə olunarsa mütləq həkimə müraciət etmək lazımdır.Uşaqlarda bəzən qan dövranı pozulur, damarlarda qansızmalar baş verir, səpgilər baş verir və uşaqlar ağır vəziyyətə düşür. Koronavirusun klassik əlamətləri və üstəgəl atipik pnevmoniya təəssüflər olsun ki, uşaqlarda da rast gəlinir”.

Bu viruslardan qorunmanın tək yolu təması əngəlləməkdən ibarətdir. Yəni xəstə insanlarla təmasda olmamaq lazımdır. Valideynlərə demək istəyirəm ki, uşaqlarla birlikdə çoxlu insanlar olan yerlərə, kütləvi tədbirlərə getməsinlər. Əl və üzü, ağız və burunu yumadan uşaqlara toxunmasınlar".


Tarix: 22-12-2020, 19:16


Bölməyə aid digər xəbərlər