15:14 / 03-12-2024
Xəyyam Əhmədli dəfn olundu
10:16 / 03-12-2024
Neftimiz ucuzlaşdı
18:26 / 02-12-2024
Bu ərazidə işıq olmayacaq
13:32 / 02-12-2024
Sabah leysan yağacaq
11:14 / 02-12-2024
Prezident qəbul keçirdi
09:41 / 02-12-2024
Bayden oğlunu əfv etdi
Baytarlıq apteklərinin fəaliyyətinə dair tələblər açıqlanıb

Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər təsdiqlənib. 
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar verib. 
Tələblərdə qeyd edilib ki, baytarlıq apteki fərdi inşa edilmiş ayrıca binada, yaxud ayrıca girişi olan qeyri-yaşayış sahəsində təşkil olunur (zirzəmi və yarımzirzəmi istisna olmaqla). Baytarlıq aptekinin yerləşdiyi binanın fasadında aptekin adı, iş rejimi, əlaqə nömrəsi, həyata keçirilən fəaliyyət növü haqqında azərbaycan dilində məlumat lövhəsi yerləşdirilməlidir.
Baytarlıq aptekinin ümumi sahəsi 20 m2-dən az olmamalı və baytarlıq preparatlarının və vasitələrinin saxlanması və satıcı üçün şaquli şüşə ilə alıcılardan təcrid olunmuş xidmət (satış) bölmələrinə ayrılmalıdır. Baytarlıq aptekində otaqların və avadanlıqların təmizlənməsi, yuyulması və dezinfeksiyası işlərində istifadə olunan təmizləyici ləvazimatlar, zəruri yuyucu və dezenfeksiyaedici vasitələrin, həmçinin хüsusi geyimlərin və üst geyimlərinin, ayaqqabıların ayrıca saхlanması üçün ayrıca dolab olmalıdır.
Baytarlıq apteki mərkəzləşdirilmiş fasiləsiz elektrik, isti və soyuq su təchizatı, istilik, kanalizasiya, təbii və mexaniki havalandırma sistemləri ilə, həmçinin yanğın təhlükəsizlik siqnalı ilə təchiz edilməlidir. Fərdi tikilidə, eləcə də kənd ərazisində yerləşən baytarlıq apteklərində qeyd olunanlar fərdi quraşdırılmalıdır. Sanitar-texniki vasitələr (əl-üz yuyan, unitaz və s.) işlək vəziyyətdə olmalı, çat və ya digər qüsurları olmamalıdır.
Baytarlıq aptekinin otaqlarında optimal hava mübadiləsi təbii və mexaniki (sorucu və verici) havalandırma sistemləri ilə tənzimlənir. Baytarlıq aptekinin daxilində havanın temperaturu bu Tələblərin 6.13-cü bəndi nəzərə alınmaqla, 15-25ºC, nisbi rütubət isə 40 - 65%, anbarın daxilində isə nisbi rütubət 50-65%, temperatur müsbət 2-15ºC səviyyəsində olmalıdır. Baytarlıq apteki və anbar daxilində ilin müxtəlif fəsillərində havanın temperatur və nəmlik rejimi nizamlanmalıdır.
Baytarlıq aptekində və anbarda asma tavanların istifadəsinə icazə verilir. Asma tavanlar asan təmizlənən və dezinfeksiya edilə bilən materialdan hazırlanmalıdır. Baytarlıq preparatları və vasitələrinin, o cümlədən heyvanlara qulluq əşyalarının saxlanılması və qorunmasını təmin etmək üçün baytarlıq aptekləri və anbarları avadanlıq, mebel və rəflərlə təmin olunmalıdır. Avadanlıqlar, mebellər və digər ləvazimatlar yuyucu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallardan hazırlanmış gigiyenik örtüyə malik olmalıdır.
Baytarlıq aptekində və anbarda baytarlıq preparatlarının saxlanması bölməsində narkоtik vasitələr, psiхоtrоp maddələr və onların prekursorları, güclü təsiredici baytarlıq preparatlarının saxlanılması üçün xüsusi ayrılmış yer, seyf və ya qıfıllı dəmir dolablar təşkil olunmalıdır. Təmirə ehtiyacı olan avadanlıq, mebel və qurğular dərhal dəyişdirilməli və ya təmir olunmalı, yararsız hala düşənlər isə istismardan çıxarılmalıdır.
Bioloji preparatların qəbulunda, buraxılmasında qablaşdırılmanın kip, onun daxilindəki maddənin həmcins olmasına və etiketlərin mövcudluğuna ciddi fikir verilməlidir. Saxlanıldığı flakonlarda çat olduqda, çalxalandıqda qarışmayan topacıqlar və nazik təbəqə (qaysaq) yarandıqda, preparata xas olmayan rəng və konsistensiya dəyişikliyi olduqda, etiket olmadıqda və ya ondakı yazı oxunmadıqda, ağızları kip bağlanmadıqda, yararlılıq müddəti bitdikdə və dondurulduqda onun qəbul edilməsinə, buraxılmasına və istifadəsinə icazə verilmir. Baytarlıq preparat və vasitələrinin altlıqlar olmadan döşəmədə yerləşdirilməsinə yol verilmir.
İstifadə təlimatlarında xüsusi saxlanılma şəraiti tələb edən baytarlıq preparatlarının yalnız boş qablaşdırma forması vitrinə qoyula bilər.
Baytarlıq preparatlarının yuyucu və dezinfeksiyaedici maddələrlə və yemlərlə birgə saxlanılmasına yol verilmir. Yalnız hermetik qablaşdırılan dezinfeksiyaedici maddələr, repellentlər, attraktantlar, insekto-akarasidlər və yemlər digər baytarlıq preparatları ilə birgə saxlanıla bilər.
Aerozol şəklində olan baytarlıq preparatları müvafiq temperaturda, işıqdan qorunan yerdə saxlanılmaqla, zərbələrdən və mexaniki zədələrdən qorunmalıdır.
Baytarlıq aptekində, o cümlədən anbar otaqlarında havanın temperaturu və rütubət göstəriciləri gündə ən azı bir dəfə qeydə alınmalıdır. Bioloji baytarlıq preparatlarını soyuducuda temperatur rejiminə nəzarət edilməklə saxlanılmalı və ya nəql edilməlidir.
Baytarlıq aptekinin təmizlənməsi yuyucu və dezinfeksiyaedici vasitələrdən istifadə olunmaqla, nəm üsulla və gündəlik həyata keçirilməlidir. Təmizlik işləri üçün istifadə olunan vasitələr təyinatı üzrə istifadə olunmalı və ayrıca dolabda saxlanılmalıdır. Bu vasitələrin fərqləndirilməsi məqsədilə müxtəlif rəng çalarları ilə nişanlana bilər.
Baytarlıq apteklərinin daxilində və ətraf ərazisində gəmiricilərə və həşəratlara qarşı rübdə ən azı 1 dəfə olmaqla dezinfeksiya, dezinseksiya və deratizasiya işləri həyata keçirilməlidir. Baytarlıq aptekinin girişi ayaqqabı təmizlənməsi üçün xüsusi ayaqaltı çərçivələrlə təchiz olunmalı və təmiz saxlanılmalıdır.


Tarix: 6-02-2021, 14:22


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı