Bioloji Təbabət Klinikasının nevroloq-osteopatı Dr. Aygün Məmmədova-vətən uğrunda canından keçənl şəhid ailələrinə və qazilərimizə təmənnasız xidmət etməyin şərəf işi olduğunu bildirdi

Mətbuat əməkdaşları olaraq, müşahidə də apardığımız əksər tibb müəssisələrində ümid yerinə çevrilən bacarıqlı həkimlərin və səriştəli tibbi personalların gördükləri miqyası olduqca böyük ürəkaçan işlərə şahidlik edirik. Demək olar ki, onlar da, Vətən Müharibəsinin qəhrəmanlarına çevrilən fədakar hərbçilərimiz kimi, savaş meydanlarına xas həddən ziyadə ağır və mürəkkəb şəraitə uyğun gərgin əmək sərf edərək, sutkalar ərzində gecə-gündüz fasiləsiz çalışırlar -- bu yaxınlarda bir daha olduğumuz Bioloji Təbabət Klinikasının kollektivi kimi! 
44 günlük müharibənin arxa cəbhəsinin qəhrəmanlarından biri də Azərbaycan həkimləri oldu. Bəzi həkimlər cəbhə bölgəsində, bəziləri isə Bakıda ehtiyacı olan şəhid, qazi ailələrinə və özlərinə yardım etməyə çalışdılar. Ömrünün sonuna qədər səhid, qazi ailələrini təmənnasız müayinə edəcəyini bildirən həkimlərdən biri də tanınmış həkim Bioloji Təbabət Klinikasının nevroloq-osteopatı Dr. Aygün Məmmədovadır. Onu da vurğulamaq yerinə düşərdi ki, Vətənpərvər xanım Dr. Məmmədovanın kürəkəni ehtiyyatda olan Leytenant rütbəli Tağım komandiri Qorxmaz Əliyev Laçının, Suqovşanın azad olunması uğrunda könüllü iştirak edərək Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə”, "Suqovşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Həmçinin Baş Leytenant rütbəsinə, Müharibə veteranı adına layiq görülüb. “Mən bugün rahat yaşayıramsa, evimdə rahat yata bilirəmsə, buna görə sizə borcluyam. İş fəaliyyətim müddətincə şəhid ailələrinə, qazilərimizə daim təmənnasız xidmət edəcəyəm. 
Aygün Məmmədova vətən uğrunda canından keçənl şəhid ailələrinə və qazilərimizə xidmət etməyin şərəf işi olduğunu bildirdi. Biz bu gün şərəf və qürurla “QARABAĞ AZƏRBAYCANDIR” deyə biliriksə, buna görə hər qarışı qanı ilə yoğrulmuş şəhid və qazilərimizə borcluyuq. Bu mənim üçün şərəf işidir. 44 günlük qələbədə bizim də həkim olaraq faydamızın olması sevindiricidir. Son olaraq QARABAĞ BİZİMDİR,QARABAĞ AZƏRBAYCANDIR”.


Tarix: 6-02-2021, 09:00


Bölməyə aid digər xəbərlər