Son illər texnologiyanın sürətlə inkişaf etdiyi sahələrdən biri də tibbdir. Ancaq bu qədər ağlasığımaz inkişaf tempinə baxmayaraq, yenə də bir çox xəstəliklərin kütləvi şəkildə yayılmasının qarşısını almaq mümkün olmur. Əsas da diş xəstəliklərinin. Stomatologiya bu gün Azərbaycanda çox yüksək səviyyədə inkişaf edib. Azərbaycanda peşəkar stomatoloqların, yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisələrinin, stomatoloji klinikaların sayının artması da bu inkişafın göstəricisidir. Lakin bütün bunların qarşılığında diş xəstəlikləri çoxalır.
Dr.İlkin Bayramov hər birimizi diş əti xəstəliklərindən, stomotoloji problemlərdən xilas edə bilən yeganə mütəxəssislər cərgəsində birincilər sırasında olan həkim-stomatoloqlardan biridir və ona müraciət edən hər kəs bunun şahididir.
Böyük nüfuza malik, qabaqcıl həkim olaraq tanınan Dr İlkin Bayramov haqqında redaksiyamıza təşəkkürlər dolu məktublar daxil olur və pasientlər zəng vurub öz minnətdarlıqlarını işıqlandırmağımızı xahiş edirlər:
Biz də, qürur duyuruq ki, Azərbaycan həkimi ilə həqiqətən də öyünməyə dəyər.
Redaksiyamıza daxi olan məktubların birində İlkin həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda həkimin yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazandığı qeyd olunur.
Hansı sahədə çalışmasından asılı olmayaraq, əsas məqsəd işini sevərək yerinə yetirmək və gördüyün işlə insanlara, cəmiyyətə faydalı, gərəkli olmaqdır. İlkin Bayramovun timsalında isə sənətini dərindən bilən, həkim adını öz əməlləri ilə layiqincə doğrultmağı bacaran, işini vicdanla yerinə yetirən bütün həkimlərimiz bu cəmiyyətin ən gərəkli, ən çox ehtiyac duyulan və ehtirama layiq şəxsləridir. Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən İlkin həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, sağlamlığını hədiyyə edəcək.
Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından ona təşəkkürümüzü bildirərək deyirik:
Xəstələr minnətdarlıq eləyirlər hər zaman
Sizi bəxş edib bizə Yurdumuz Azərbaycan
Xalqımız hər an deyir, İlkin həkim var olsun
Əzizləriylə birgə xoşbəxt, bəxtiyar olsun.
Əlaqə ucun (050) 565 05 05.
Qeydiyyat uçun (070) 260 65 04
Bölməyə aid digər xəbərlər